reklam
Regionxeberlericom.az » Gündəm » Azərbaycanda daha bir yüksək rütbəli məmurun istefa xəbəri yayıldı - Belə deyirlər...

reklam

Azərbaycanda daha bir yüksək rütbəli məmurun istefa xəbəri yayıldı - Belə deyirlər...


Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhməzdzadə vəzifəsindən istefa verdiyinə dair ərizə yazıb.

“AzPolitika.info”ya sözügedən ASC-yə yaxın mənbədən daxil olan məlumatda belə deyilir.

Xatırladaq ki, 1993-cü ildən, yəni 26 ildir ölkənin meliorasiya və su təsərrüfatı sahəsinə rəhbərlik edən Ə.Əhəmədzadənin 74 yaşı var və o, mətbuatda tez-tez ən çox korrupsiyaya yol verən, nəticədə də böyük var-dövlət sahibinə çevrilən iri ranqlı məmurlardan biri kimi təqdim olunur.

Onun rəhbərlik etdiyi qurumun fəaliyyətilə də bağlı çoxsaylı şikayətlər və tənqidlər səsləndirilir. Onu da xatırladaq ki, Ə.Əhmədzadənin Zaqatala rayonunun icra başçısı vəzifəsini daşıyan qardaşı Mübariz Əhmədzadənin də 72 yaşı var…

Qeyd edək ki, üç gün əvvəl ölkə başçısı pensiya yaşına çatmış və yaşı 70-i keçən məmurlara çağırış edərək, onların könüllü şəkildə istefa verməli olduqlarını bildirmişdi. Görünür, Ə.Əhmədzadə də Prezidentin bu çağırışına qoşulanların sırasına daxil olmaq qərarına gəlib.


Paylaş:


Müəllif : Tarix:
25-10-2019, 10:29
Sikayət   


loading...
Загрузка...