reklam
Regionxeberlericom.az » Gündəm » "Onlar vəzifələrə gəlib həmin yerləri üfunətə döndərdilər" — Əli Nağıyevdən SƏRT AÇIQLAMALAR

reklam

"Onlar vəzifələrə gəlib həmin yerləri üfunətə döndərdilər" — Əli Nağıyevdən SƏRT AÇIQLAMALAR


Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev Prezident İlham Əliyevin son günlər həyata keçirdiyi kadr islahatları ilə bağlı Demokrat.az-ın suallarını cavablandırıb.

Əli Nağıyevin həmin fikirlərini oxuculara təqdim edirik:

— Ötən həftə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çoxlarının gözləmədiyi halda ölkə Prezidentinin Sərəncamı ilə vəzifəsindən azad olundu. Ondan öncə isə Baş nazirin 2 müavini istefaya göndərildi. Bu kadr islahatlarını necə qiymətləndirirsiniz?

— Bilirsiniz, mən sizin kimi düşünmürəm. Mən İlham Əliyevi hər zaman tamhüquqlu Prezident kimi görmüşəm. Bilirsən tamhüquqlu Prezident nə deməkdir? Tanıyırsan Tomas Hobs kimdir?

— Bəli, tanıyam. Məşhur ingilis filosofudur...

— Tomas Hobs dövlətin başında dayanan şəxsi suveren - "Leviafan" adlandırır.

"Leviafan" bilirsən nə deməkdir? - Yarımallah!

Azərbaycanda İlham Əliyevdir, Rusiyada Putin, Türkiyədə isə Ərdoğan.

Yəni, Prezident böyük səlahiyyət sahibidir və bu səlahiyyətləri xalq olaraq biz özümüz ona vermişik. Biz İlham Əliyevi Prezident seçərək, ona böyük səlahiyyətlər vermişik ki, bütün hüquqlarımızı qoruyub müdafiə etsin. Mən İlham Əliyevi qətiyyətli və öz sözünü hər zaman deməyi bacaran Prezident hesab etmişəm. Ona görə də Prezidentin kiməsə qarşı səbri çox ola bilər. Amma bu səbr sənin, mənim düşündüyüm səbr deyil. Çünki biz Prezidentin proqnozlarını əvvəlcədən bilə bilmərik. Prezident çox mənbələrdən informasiya almaq imkanına malikdir, həmin informasiyaları təhlil etmək imkanları çox böyükdür. Bu baxımdan da son kadr islahatlarını təbii qarşılamaq lazımdır. Hər bir Prezident istəyər ki, onun kadrları iş görən və bacarıqlı insanlar olsunlar. İndi İlham Əliyevin də son kadr dəyişiklikləri bununla bağlıdır.

— Siz bu hakimiyyətdə uzun illər təmsil olunan bir şəxs kimi "toxunulmaz" hesab olunan məmurların vəzifələrindən azad olunmasını necə qarşıladınız?

— Bilirsiniz, siz artıq sual yerinə söz güləşdirməyə keçirsiniz. Mən çox adamları tanıyıram. O adamların həmin vəzifələrə qoyulmasına da mən vaxtilə etiraz etmişəm. Hətta, bəzən bunu açıq şəkildə söyləmişəm. Zaman da göstərdi ki, mən doğru demişəm. Çünki onlar vəzifələrə gəlib həmin yerləri üfunətə döndərdilər. Onlardan hələ də vəzifələrdə təmsil olunanları var. Ancaq əsas səlahiyyət sahibi Prezidentdir. Onun məlumat almaq və bunu təhlil edib nəticə çıxarmaq imkanları da böyükdür. Prezident məsələlərə mən baxdığım bucaqdan baxmır. Yəni, mənim hesablamalarımla Prezidentin hesablamaları düz gəlməyə bilər.


Paylaş:


Müəllif : Tarix:
28-10-2019, 11:51
Sikayət   


loading...
Загрузка...