“Şah Market” qalmaqalının arxasındakı “güc” üzə çıxdı - “NAZİRİN QUDASIYAM, MƏHKƏMƏ SƏDRİ İLƏ GÖRÜŞƏCƏM…”
“Ədliyyə naziri Fikrət Məmmədovun qudası Qulu Quliyev 21 il əvvəl – 1998-ci ildə özəlləşdirdiyim əmlakı əlimdən almaq istəyir”. Bu iddianı qalmaqallı məhkəmə çəkişmələrinə cəlb olunmuş sahibkar Qənirə Hacıyeva səsləndirir. İlin-günün bu vaxtı – Prezidentin öz komandasında ciddi kadr, struktur dəyişiklikləri apardığı, məmur korpusundan vətəndaşların bütün problemlərinin həllinə səfərbər olunmağı tələb etdiyi vaxta yüksək çinli dövlət məmurunun adından kimlər istifadə edir? Kimlər nazirin adını hallandırıb, ondan təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edir?
Sözügedən qalmaqal kifayət qədər ictimailəşib və hətta mətbuatda ən çox oxunan materialların siyahısına düşüb.
Qısaca olaraq xatırladaq ki, qanunsuz olaraq məhkəmə çəkişməsinin predmetinə çevrilən “Şah Market” ASC-nin nizamnaməsi 18.11.1998-ci il tarixdə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalının miqdarı 98.256,2 manat, buraxılmış səhmlərin miqdarı 49.128 ədəd, hər bir səhmin nominal dəyəri 2 manatdır.
ASC-nin mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi 23 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ayrı-ayrı 4 sahədən və yarımzirzəmidən ibarət qeyri-yaşayış sahəsi var.
Həmin mağazaları Bakının yaşlı sakinləri yaxşı xatırlayar: Sovet İttifaqı Qəhrəmanı “Şaxnoviçin mağazası” kimi tanınırdı.
Hacıyevanın mərhum həyat yoldaşı Ələddin Hacıyev əvvəllər həmin mağazada Şaxnoviçin müavini, sonra isə direktoru vəzifəsində işləyib. 1997-ci ildə sözügedən qeyri-yaşayış sahələri özəlləşdirilib və Ələddin Hacıyev ASC-nin səhmdarı olub. Amma bundan sonra işləmək asan olmayıb, məmur müdaxiləsi səhmdarları təsəvvür belə etmədikləri çətin vəziyyətə salıb.
Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmış Faiq Məmmədov müxtəlif təhdidlərlə səhmlərin 29,9992 faizini əldə edərək, onu faktiki sahibi olduğu “Caspian Service” şirkətinin adına sənədləşdirib.
Faiq Məmmədovun bu əməllərindən müxtəlif dövlət orqanlarına şikayətlər edildikdən sonra “Caspian Service” şirkəti sahib olduğu 14.738 ədəd səhmi Faiq Məmmədovun özünə, sonuncu isə 2016-cı ildə Kərimov Vəli Cəlil oğluna satıb. Yəni şikayətlərdən gələn “təhlükələrdən” özünü sığortalamağa cəhd edib.
Hazırda Vəli Kərimov 29,9992% səhmin sahibi kimi görünsə də, ASC-ni “boykot” edib, bir dəfə də olsun səhmdarların ümumi yığıncağında iştirak etməyib, həmişə nümayəndəsini göndərib. Digər səhmdarlar bir dəfə də olsun, V. Kərimovun üzünü görməyiblər. ASC-nin üçdə birinə sahib çıxan səhmdarın ümumi işə qatılmaması hər halda onun bu məsələdə formal payçılığına şübhə yeri qoymur.
Vəli Kərimov bu müddət ərzində “sakit” dayanmayıb. O və yuxarıda haqqında bəhs etdiyimiz “Caspian Service” şirkəti “Şah Market” ASC-yə qarşı müxtəlif iddialar qaldırıb. Həmin iddialar üzrə hazırda 2 mülki iş üzrə proses davam edir.
Birinci iddiada Vəli Kərimov tələb edir ki, sahibləndiyi 29,9 fazi pay qarşılığında ASC-yə məxsus qeyri-yaşayış sahələri naturadan ayrılıb ona verilməlidir.
İkincisi, xalis mənfəətdən ona ödənilməyən 369,602.61 manat pul tutulmalıdır.
Onun bu iddialarını sonralar Prezident İlham Əliyev tərəfindən kobud qanun pozuntularına görə cəzalandırılaraq vəzifəsindən azad edilən Səbail rayon Məhkəməsinin keçmiş hakimi Nürəddin Bağırov “araşdırıb”. “Araşdırıb” deyəndə, 2 noyabr 2018-ci il tarixində heç bir məhkəmə iclası keçirmədən, heç bir araşdırma aparmadan, ASC-nin xəbəri olmadan, saxta sübutlar əldə etməklə tez-tələsik V.Kərimovun hər iki tələbini təmin edib.
Bakı Apellyasiya Məhkəməsində iclasa sədrlik edən Məmməd Məmmədov, hakimlər Xəyal Sarıyev və Elşad Şamayev də eyni ssenarini davam etdiriblər.
Yəni ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə heç bir araşdırma aparılmır. 15 mart 2019-cu il tarixində Səbail rayon Məhkəməsinin məlum qətnaməsi ilə eyni məzmunda qətnamə çıxarılıb.
Amma V.Kərimovun məhkəmə instansiyalarında “uğur hekayəsi” davamlı olmayıb. 8 oktyabr 2015-ci ildə Ali Məhkəmənin Mülki Kollegiyasında prosesə sədrlik edən İ.Dəmirov, hakimlər A.İsgəndərov və Ə.Əhmədov ASC-nin verdiyi şikayəti qismən təmin edərək, məhkəmə qətnaməsini ləğv edib və işi təkrar apellyasiya baxışına göndəriblər.
Beləliklə, işə Bakı Apellyasiya Məhkəməsində təkrar baxılacaq.
Bu qalmaqallı prosesdə işin arxasında məmur maraqlarının dayandığını göstərən məqamlar var.
“Caspian Service” şirkəti hələ 5 il əvvəl ASC-yə qarşı analoji tələblə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Amma işə düzgün və ədalətli, qanun əsasında baxılaraq məhkəmənin 16 yanvar 2014-cü il tarixli qətnaməsi ilə şirkətin iddiası rədd edilib. Beləliklə, bu məsələdə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcud olub.
Amma prosesin aparıcısı rolu həvalə edilmiş V.Kərimov bir neçə il sonra məqsədli şəkildə Səbail rayon Məhkəməsinə yönləndirilib. Niyə məhz ora? Bu ilin oktyabr ayının 15-də keçirilən proses zamanı Q.Hacıyevaya bu və ya başqa bəzi sualların cavabı aydın olub.
Həmin gün “Caspian Service” şirkətinin “Şah Market” ASC-yə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırdığı iddia üzrə son məhkəmə iclası keçirilirdi. Şirkətin sahibi V.Kərimov cavabdehdən 2011-2015-ci illərdə ona ödənilməmiş 813.575 manat pulun və 100.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsini tələb edirdi.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim A. Oruczadə iddianı araşdıraraq onun rədd edilməsi barədə qərar verib.
Qənirə Hacıyeva deyir: “Burada çox önəmli məqama diqqət çəkmək istəyirəm. Belə ki, “Caspian Service” şirkəti və V. Kərimovun müxtəlif əsassız iddialarla ASC-nin üzərinə gəlmələri, təzyiq göstərmələrinin arxasında hansı şəxsin dayandığı İdarə Heyətinin sədri kimi mənə məlum deyildi. Əlbəttə ki, V.Kərimov və “Caspian Service” şirkətinin özbaşına bu cür iddialar qaldırmadığını ehtimal edirdim, lakin sifarişçinin şəxsiyyəti mənə bəlli deyildi. Ancaq 15 oktyabrda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baş vermiş bir hadisə bu qanunsuz iddiaların arxasında dayanan şəxsi gün üzünə çıxardı.
Belə ki, bu iş üzrə sonuncu iclas keçirilən ərəfədə saat 14:00 radələrində məhkəməyə 99 AA 555 dövlət qeydiyyat nişanlı avtomobildə Ədliyyə naziri cənab Fikrət Məmmədovun qudası Qulu Quliyev gəldi. O, məhkəmənin girişində xidmətdə olan polis nəfərinə nümayişkəranə şəkildə “Mən Ədliyyə naziri Fikrət Məmmədovun qudasıyam, məhkəmə sədri ilə görüşəcəm” deyərək, sədr Rəşid Rzayevin otağına qalxdı.
Qulu Quliyevin həmin gün məhkəməyə gəlməsi, əlbəttə ki, təsadüfi deyil. Şübhə etmirəm ki, məqsəd Fikrət Məmmədovla olan qohumluğundan sui-istifadə edərək, məhkəməyə təzyiq göstərmək idi. Amma nə gizlədim, gözlədiyimin əksinə, hakim işlə bağlı qanuni və ədalətli qətnamə qəbul etdi.
Bu hadisədən sonra Vəli Kərimovun və “Caspian Service” şirkətinin qaldırdığı iddialar üzrə təşəbbüskar şəxsin kimliyi artıq mənə bəllidir: Ədliyyə naziri cənab Fikrət Məmmədovun qudası Qulu Quliyev!
Əminik ki, cənab Fikrət Məmmədov, qudası Qulu Quliyevin öz şəxsi mənafeyi naminə onun adından sui-istifadə etməsi barədə məlumatlı olmayıb. Çünki bizə yaxşı məlumdur, cənab nazirin adı yüksək dövlət qulluğunda olduğu uzun illər ərzində bir dəfə də olsun belə iddialara qarışmayıb. Şübhə etmirik ki, Q.Quliyev də bu reallığı dərk edib prosesə müdaxilədən, sahibkarların incidilməsindən əl çəkəcək”.
Qənirə Hacıyeva ölkə Prezidenti İlham Əliyevə də müraciət edərək, bu porsesi nəzarətə götürməyi xahiş edib, ASC üzvlərinin dövlət rəhbərliyindən dəstək gözlədiklərini bildirib.
P.S. Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. /azpolitika.info/
Paylaş:
Müəllif : Yazar
Tarix:1-11-2019, 17:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-11-2019, 17:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16