reklam
Regionxeberlericom.az » Gündəm » 68 yaşlı Məzahir Pənahovun da istefa verəcəyi gözlənilir... – Yeni sədr Paşayev olacaq

reklam

68 yaşlı Məzahir Pənahovun da istefa verəcəyi gözlənilir... – Yeni sədr Paşayev olacaq


Ölkədə aparılan kadr islahatları, uzun müddət eyni vəzifədə qalan və həmçinin pensiya yaşı keçmiş məmurların vəzifədən uzaqlaşdırılması prosesi davam edir.
Bu proses ölkədə seçki komissiyalarını da əhatə edəcək.

Məlumata görə, ilk addımın Mərkəzi Seçki Komisiyasının sədri, 68 yaşlı Məzahir Pənahovun atacağı gözlənilir. 2000-ci ildən, 19 ildir ki, MSK-nın sədri olan M. Pənahovun yaxın vaxtlarda istefa ərizəsini Milli Məclisə təqdim edəcəyi söylənilir.

MSK-da hakim Yeni Azərbaycan Partiyasını təmsil edən Pənahov Azərbaycanda iki vəzifə tutan məmurlardan biridir. O, paralel olaraq Bakı Dövlət Universitetinin ümumi fizika kafedrasının müdiri vəzifəsini daşıyır.

Bildirək ki, prosedura görə MSK üzvlərini Milli Məclis parlamentdə təmsil olunan çoxluq, bitərəflər və azlıqda olan partiyaların irəli sürdüyü namizədlər əsasında formalaşdırır. Pənahovun istefasından sonra YAP yeni namizəd irəli sürəcək və ya qurumdakı əvəzedici üzv partiyanın yeni təmsilçisi kimi təsdiq olunacaq.

MSK-ya rəhbərliyin isə hazırda qurumun üzvü olan Hüseyn Paşayevə həvalə olunacağı ehtimal edilir.


Paylaş:


Müəllif : Tarix:
3-11-2019, 12:08
Sikayət   


loading...
Загрузка...