Arif Əsgərovun adı hallanan 30 milyonluq cinayətlə bağlı yeni qərar
Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun, onun oğlu Elnar Əsgərovun adı qarışan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun valideynlərinin və vəkillərinin kəskin etirazlarına baxmayaraq iş üzrə qərar verib. Rəşad Abdulov Rahib Hüseynovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmün dəyişdirilmədən saxlanılması haqda qərarını açıqlayıb.
Bu haqda “Yeni Müsavat”a məlumat verən R.Hüseynovun anası Lətifə Hüseynova deyib ki, qərar qanunsuzdur, vəkillərin təqdim etdikləri əsaslı vəsatətlər araşdırılmadan, mühasibatlıq sənədlərinə baxmadan verilib: “Hakim elə tələsirdi ki, sanki qərar verən kimi mükafat alacaqdı. Biz məhkəmədə dedik ki, Elnar Əsgərov pulları adamlardan atasından gizli yığıb, onlara verdikləri pula görə faizləri də gizli ödəyib. Məsələnin üstü Arif Əsgərov işdən çıxarılandan sonra açılıb. Bundan sonra da Elnar Əsgərov bütün günahı oğlum Rahibin üstünə atdı. Elnar yalandan deyir ki, guya milyonlarla pulu Rahib adamlardan özbaşına yığıb. Hamı da bilir ki, bu mümkün deyil. Oğlum Elnar Əsgərovun adamlardan aldığı pullara görə elə onun göstərişi ilə qeydiyyat aparıb, faizlər ödəyib. Atasını işdən çıxardılar, bilindi ki, Elnar bu işləri gizli görüb. Bundan sonra Elnar bütün günahı mənim övladlarımın üstünə atdı. Bunu hamı bilir. Bilirlər ki, oğlanlarım onlara tapşırılan işi görüblər. Əgər oğlanlarımın günahı varsa, elə onlara göstəriş verənlər də, onlardan faiz alanlar da bu gün günahkar olmalıdırlar. Bu işlərin başında Elnar durur. Biz hakim Rəşad Abdulova Elnarın Rahibə yazdırdığı kitabların hamısını təqdim etdik. Dedik ki, bütün bunlar Elnarın icazəsi ilə olub. Oğlum dəmir yolunda ləyaqətlə işləyirdi. Rahib dəmir yolunda normal işlədiyi yerdə onu bu işə Elnar qatıb. Dəmir yoluna verdiyin malların çoxunu onun əli ilə verdirdi. O işlərin hamısının kağızları var. Hakim isə həmin kağızlara baxmamaq üçün tez-tələsik qərar verdi. Bilirlər ki, həmin kağızları araşdırsalar, məsələnin mahiyyəti üzə çıxacaq. Ona görə də bu məsələnin üstündən sükutla keçirlər”.
Lətifə Hüseynova həmin kitablarda həqiqətdə nə baş verdiyinin göründüyünü deyir: “Əvvəllər də demişəm, yenə də deyirəm. Bu kitablarda Rahib Elnarın icazəsi ilə kimə nə verib, nə qədər pul alıb, faiz verib hamısı yazılıb. O camaatı da Ağır Cinayətlər Məhkəməsində hakim bir-bir çağırdı, dindirdi. Kitabları biz istintaqa verdik. Kitablar 2013-cü ilə qədər Elnarın göstərişi altında yazılıb. Rahib kim idi ki, siyahı tuta? Rahibə kim idi o milyonları verən? Qoşqar bizim evə gəldi, yoldaşıma dedi ki, İsmayıl dayı, Rahibə milyon vermərəm. Mən çoban oğluna milyon vermərəm. Səndən çox xahiş edirəm, böyük bacanaqsan, get Arif (Əsgərov) müəllimi başa sal, pullar sənin oğluna verilib. İsmayıl da dedi ki, mən Arifə (Əsgərov) pul verməmişəm ki, gedim ondan pul istəyim. Dedi, mən 10 milyon pul vermişəm, müəyyən hissəsini almışam, müəyyən hissəsini ala bilmirəm. Qoşqar söhbətindən sonra bizi düşmən elan etdilər, qapıya da qoymadılar. Bu kitabların hamısını ekspertə də verdik. Rahib kitablarda kimə nə verib, hamısını yazıb. Hətta Elnara göstərmək üçün özünün maaşını da yazıb. Elnarın işçisi kimi ona hesabat verib. Elnar məni türmə qapılarında qoyub. Bütün bu işlərin başında o durub, mənim 2 oğlumu həbsə o, saldırıb”.
Qeyd edək ki, Rahib Hüseynovun qardaşı Emin Hüseynov da eyni iş üzrə bir müddət əvvəl 9 il həbs cəzasına məhkum edilib. 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Emin və Rahib Hüseynovların valideynləri iş üzrə ədalətli araşdırma aparılmasını istəyirlər. Deyirlər ki, Elnar Əsgərova məxsus 20-30 milyon pulun qara mühasibatlıq hesabatı var. Əsas günahkar Elnar Əsgərov azadlıqda gəzir.
Lətifə Hüseynova Bakı Apelyasiya Məhkəməsində keçirilən son iclasda oğlunun günahsız olduğunu hakimə bildirib, deyib ki, oğlunun məhkəməyə təqdim etdiyi qara mühasibatlığa dair kitabları araşdırmadan qərar verib.
Rahib Hüseynov 2018-ci ilin dekabrında külli miqdarda dələduzluqda təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, iş üzrə zərərçəkən şəxslərə 4 milyon 300 min manat zərər vurulub. O, zərərçəkənləri “Azərbaycan Dəmir Yolları” QSC-yə yataq dəstləri gətirmək adı ilə aldatmaqda ittiham edilsə də, deyir ki, pullar xalası oğlu Elnar Əsgərov tərəfindən alınıb, o, alınan pulların qeyri-rəsmi qeydiyyatını aparıb. İş üzrə zərərçəkənlər Emin Məmmədovun da, Qoşqar Zeynalov və başqalarının da ifadələri ilə Rahib Hüseynovun fikirləri arasında uyğunluq var. Bundan başqa, o, ilkin məhkəmə instansiyasında məhkəməyə Arif Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun qara mühasibatlıq aparmasını təsdiqləyən 5 kitab da təqdim edib. Rahib Hüseynov 2013-cü ildə həbs edilməzdən öncəyə qədər həmin kitablarda Elnar Əsgərovun görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Rahib Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Vəzifəli şəxslərin yaxınlarından alınan pullarla Arif Əsgərovun oğlu dəmir yolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib. Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər.
Rahib Hüseynov məhkəmədə dönə-dönə vurğulayıb ki, o, Elnar Əsgərovun tapşırığı, birbaşa iştirakı ilə pulların alınması və aylıq faizlərin verilməsinə, qara mühasibatlıq işinə nəzarət edib. Rahib Hüseynovun qardaşı Emil Hüseynov da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il cəza alıb. Həmin cinayət işində də Arif Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanırdı. Emin Hüseynov da pulları xalası oğlu Elnar Əsgərova verdiyinə israr edirdi. Elnar Əsgərovun adı hər iki xalası oğlunun işində şahid kimi keçib.
Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. O, 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilərək, nəqliyyat nazirinin müavini təyin edilib. Bir müddət əvvəl Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib və o, vəzifəsini itirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-03-2019, 10:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-03-2019, 10:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29