Mikayıl Cabbarovun islahatlarının səmimiyyəti buradan görünəcək... - İllərdir "Azersun" bazarda meydan sulayır...
Bu gün Azərbaycanda mövcud olan inhisarçı şirkətlərdən söz düşərkən, ilk ağla gələn Abdolbari Goozalın rəhbərlik etdiyi "Azərsun Holding" olur. Niyə? Çünki hazırda ölkənin qida sənayesinin böyük bir hissəsi adıçəkilən şirkətin nəzarətindədir. Məhz buna görədir ki, əksər ərzaq məhsullarının qiyməti bazarın tələb-təklif münasibətlərinə görə deyil, "Azərsun Holding"in kommersiya maraqlarına əsasən müəyyənləşdirilir. Bu isə öz növbəsində, bazarda süni qiymət artımına, ölkənin milli valyutası olan manatın alıcılıq qabiliyyətinin zəifləməsinə, əhalinin gəlirlərinin dəyər itirməsinə, inflyasiyaya, makroiqtisadi tarazlığının pozulmasına səbəb olur.
İnhisarçılıq iqtisadiyyatın inkişafına, əlverişli biznes mühitinin və azad rəqabətin yaradılmasına mane olur
Ümumiyyətlə, inhisarçılıq elə bir mərəzdir ki, o, iqtisadiyyatın inkişafına, əlverişli biznes mühitinin və azad rəqabətin yaradılmasına mane olan əsas səbəblərdən biri kimi xarakterizə olunur. Məhz elə bu səbəbdən də ölkə başçısı iqtisadiyyat naziri postundan baş nazirin müavini vəzifəsinə təyin olunan Şahin Mustafayevi qəbul edərkən sözügedən mövzuya toxunub və hazırda Azərbaycan iqtisadiyyatında mövcud olan problemlərdən söz açıb. Belə ki, "İqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır" deyən dövlət başçısının sözlərinə görə, yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar. Prezidentin fikrincə, ölkədə iqtisadi artım demoqrafik artımı üstələməlidir: "Buna nail olmaq üçün biz yeni artım mənbələri aşkar etməliyik. Onlardan biri kölgə iqtisadiyyatına qarşı mübarizədir. Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda, biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq".
Əgər Mikayıl Cabbarov həqiqətən də inhisarçılığa son qoymağı planlaşdırırsa, onda ilk olaraq "Azərsun Holding"dən başlasa lap yerinə düşər
Gördüyünüz kimi, ölkə başçısı da inhisarçılığa qarşı mübarizənin vacibliyini vurğulayıb və baş nazirin yeni müavini Şahin Mustafayevin, o cümlədən digər səlahiyyətli şəxslərin qarşısında belə bir vəzifə qoyub. Söz yox ki, bu gün ölkə iqtisadiyyatının inkişafına, bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına birbaşa cavabdeh olan şəxs məhz iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. Odur ki, əgər o, həqiqətən də Azərbaycanda inhisarçılığa son qoymağı planlaşdırırsa, onda ilk olaraq elə "Azərsun Holding"dən başlasa lap yerinə düşər. Çünki "İntersun İnternational Sun Group FZCO" şirkətinin törəmə müəssisəsi olan və tərkibinə "Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı" MMC, "Bakı Qida və Yağ Fabriki" MMC, "İnnova Konstrakşn ənd Kontraktinq" MMC, "Azərbaycan Duz istehsalat Birliyi" QSC, "Azərsun Ticarət və Dağıtım" MMC, "Kürdəmir Süd Emalı Zavodu" MMC, "Qafqaz Ticarət" MMC, "Sun Food Service" MMC, "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC, "Qafqaz Konserv Zavodu" MMC, "Sun Tea Çay Fabriki" MMC və "Green Tech" MMC daxil olan, eyni zamanda "İntepe Ofşor LLC", "Muğan Enerci LLC", "Lənkəran Konserv Zavodu" ASC, "Azərsun Humanitar Fondu", "Qazax Konserv Zavodu" MMC, "Svit Star" MMC, "Sumqayıt Plastik Emal Zavodu" MMC, "Qusar-Agro" MMC, "Gözəl Təbiət" MMC, "Qusar-İstixana" MMC və Gürcüstanda fəaliyyət göstərən "Dəfnə H A Limited" şirkətinin səhmdarı olan "Azərsun Holding"in fəaliyyəti "Antiinhisar fəaliyyəti haqqında" və "Haqsız rəqabət haqqında" qanunların tələblərinə tamamilə ziddir.
Yəqin, cənab nazir bilməmiş deyil ki, "Antiinhisar fəaliyyəti haqqında" Qanunun 4-cü maddəsinə əsasən hökmran mövqe anlayışı "təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti" kimi qiymətləndirilib. Eyni zamanda, bazar payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutmuş hesab edilir. Bundan başqa, əmtəə bazarında heç bir rəqibin olmadığı, resursların əldə edilməsi, malların (işlərin, xidmətlərin) satılmaq imkanlarının məhdud olduğu, bazara girişdə maneələrin, güzəştlərin və ya başqa səbəblərin mövcudluğundan digər subyektlərin bazara daxil olmasına çətinliklər yarandığına görə müəyyən təsərrüfat subyektinin (subyektlərinin) təsirli rəqabətlə qarşılaşmadığı şəraitdə müvafiq əmtəə bazarında əmtəələrin tədavülünün ümumi qaydalarına (şərtlərinə) həlledici təsir göstərə bildiyi müstəsna vəziyyət hökmran mövqe hesab edilir. Həmin qanunun 6-cı maddəsinə görə, yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələr yaradılması, qeyri-dövlət təsərrüfat subyektlərinin maddi ehtiyatlarla əsassız olaraq mərkəzləşdirilmiş qaydada təchiz edilməsi kanallarının yaradılması, malların bölüşdürülməsi tədarükü və satışı üzrə paralel strukturların yaradılmasına maneçilik törədilməsi, təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması, rəqabətin məhdudlaşdırılması ilə nəticələnən təşkilati idarəetmə strukturlarının, yaxud holdinq şirkətlərinin yaradılması, sahə tabeliyində olan təsərrüfat subyektlərinin özəlləşdirilməsi prosesində səhm nəzarət paketlərinin əldə edilməsi, kapitalın bir sahədən digər sahəyə sərbəst axını qarşısında əsassız maneələr qoyulması, yeni məhsulun və texnologiyanın işlənib hazırlanması və ya yeni müəssisələrin yaradılması qüvvədə olan qanunvericiliyə zidd deyilsə, onların qarşısında əsassız maneələr qoyulması, azrentabelli və ya zərərlə işləyən təsərrüfat subyektlərinə ictimai mənafe ilə bağlı olmayan və sahədaxili rəqabətə ziyan vuran maliyyə güzəştlərinin və digər güzəştlərin verilməsi, rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması rəqabətin məhdudlaşdırılmasına və ya aradan qaldırılmasına gətirib çıxaran qeyri-qanuni fəaliyyət kimi xarakterizə olunur. Qanunun 8-ci maddəsində isə deyilir ki, süni qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədi istehsalın həcminin dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması, digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaradılması, bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması), məhsulun alternativ satıcıları və alıcıları olmadıqda təsərrüfat subyektləri arasında ayrı-seçkilik yaratmaq məqsədilə həmin məhsulu satmaqdan və ya almaqdan imtina edilməsi, digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran qeyri-qanuni fəaliyyət kimi qiymətləndirilir.
"Azərsun Holding" qida sektorunda, həmçinin kağız və karton istehsalında hökmran mövqeyə sahibdir, ki, bu da qanuna ziddir
Beləliklə, konkret olaraq, "Azərsun Holding"ə gəlincə, artıq heç kimə sirr deyil ki, yağ, çay, qənd, şəkər tozu, ət konservləri, turşular, duz və digər ərzaq malları, o cümlədən kağız və karton istehsalı məhz Abdolbari Goozalın rəhbərlik etdiyi şirkətin inhisarındadır. O da bəllidir ki, Abdolbari Goozal Aqrar Məşvərət Şurasının sədri seçildikdən sonra "Azərsun Holding"in bazara təsir imkanları xeyli artıb. Yəni hazırda adıçəkilən holdinqin qeyd olunan bazardakı payı 35 faizdən azı 2 dəfə çoxdur. Bu isə o deməkdir ki, "Azərsun Holding" qida sektorunda, həmçinin kağız və karton istehsalında hökmran mövqeyə sahibdir. Halbuki bu, "Antiinhisar fəaliyyəti haqqında" Qanunun tələblərinin pozulması anlamına gəlir. Odur ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov, eyni zamanda digər müvafiq şəxs və qurumlar həmin qanunun 15-ci maddəsini əsas götürərək, Abdolbari Goozalın rəhbərlik etdiyi şirkətin inhisarçılıq fəaliyyətinin aradan qaldırılması istiqamətində zəruri addımlar atmalıdırlar. Çünki qeyd olunan maddədə birmənalı şəkildə göstərilir ki, hökmran mövqe tutan təsərrüfat subyektləri inhisarçılıq fəaliyyəti göstərirlərsə və onların fəaliyyəti rəqabətin xeyli məhdudlaşdırılmasına səbəb olarsa, müvafiq icra hakimiyyəti orqanı təşkilati, texnoloji və ərazi şəraitinin imkan verdiyi halda onların məcburi bölünməsi haqqında qərar qəbul edə bilər. Bu halda müvafiq icra hakimiyyəti orqanı təsərrüfat subyektlərinin xüsusiyyətini nəzərə alaraq onların məcburi qaydada bölünməsi müddətlərini altı aydan az olmamaq şərti ilə müəyyənləşdirir. 18-ci maddədə isə deyilir ki, bu qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar. Belə ki, təsərrüfat subyektləri müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərtiylə, müvafiq icra hakimiyyəti orqanına bu qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. Cərimənin miqdarı müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyəti nəzərə alınır. Həmçinin, bildirilir ki, bu qanunda nəzərdə tutulan şəxslər qanunla nəzərdə tutulmuş inhisarçılıq hərəkətlərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti daşıyırlar. Təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir.
Hansısa gözəgörünməz qüvvənin müdaxiləsi, həmçinin süni əngəllər sayəsində kağız və karton istehsalı sahəsində hökmran mövqeyə yiyələnən şirkət qiymətlərlə manipulyasiya edir
Bu arada, "Azərsun Holding"in kağız və karton istehsalında da inhisarçı mövqeyə sahib olmasına gəlincə, şirkət bu işi nəzdində fəaliyyət göstərən "Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı" MMC vasitəsiylə həyata keçirir. 2011-ci ildə yaradılan MMC-nin tərkibində isə "Kağız Tullantılarının Tədarük Müəssisəsi" mövcuddur. Bu müəssisə ölkənin bölgələri və Bakı şəhərində 100-ə yaxın kağız toplama mərkəzi, 90-a yaxın personal, 18 toplama maşını və 100-dən çox tədarükçü ilə 3000 tondan çox makulatura toplayaraq yenidən istehsala verir. Onu da nəzərinizə çatdıraq ki, müəssisə fluting, test liner, kraft liner, ağ liner marka kağızlarla yanaşı, kənd təsərüffatı sektoruna aid bütün çeşid qablaşdırma məhsulları, şirniyyat sektoruna aid bütün tiplərdə iç və çöl qablaşdırmalar, şərab, süd sektoru üçün karton qablaşdırma məhsulları, digər qida və qeyri-qida sektorlarının karton qablaşdırma məhsullarını da istehsal edir. Deyə bilərsiniz ki, axı burda qeyri-adi və ya digər təsərrüfat subyektlərinin bazara daxil olmasını əngəlləyən nə var? Məsələ ondadır ki, hansısa gözəgörünməz qüvvə paytaxtda, o cümlədən ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən super marketlərə, ticarət obyektlərinə və bu qəbildən olan digər müəssisələrə kağız və karton tullantılarını yalnız "Azərsun Holding"ə təhvil vermək barədə xüsusi göstəriş verib. Bununla da kağız və karton istehsalı sahəsində xammal qıtlığı yaranır ki, nəticədə bu da digər təsərrüfat subyektlərinin sözügedən sahəyə daxil olması üçün süni maneələrə, hətta onların haqsız rəqabətlə üzləşdikləri üçün bazarı tərk etmələrinə səbəb olur. Sözsüz ki, mövcud vəziyyət "Azərsun Holding"in kommersiya maraqlarına tam cavab verir. Çünki bu halda, yəni hansısa gözəgörünməz qüvvənin müdaxiləsi, həmçinin süni əngəllər sayəsində kağız və karton istehsalı sahəsində rəqibsiz olan, hökmran mövqeyə yiyələnən şirkət qiymətlərlə istədiyi şəkildə manipulyasiya etmək imkanı əldə edir. Odur ki, əgər hökumət sözün həqiqi mənasında inhisarçılığı aradan qaldırmaq istəyiriksə, o zaman mütləq Rəqabət Məcəlləsi qəbul edilməlidir. Çünki bu məcəllə qısa zaman ərzində, əlverişli biznes mühitinin və azad rəqabətin yaradılmasına mane olan əsas səbəblərin kökünü kəsə, ölkə iqtisadiyyatının inkişafına, yerli və xarici investisiyanın artımına təkan verə bilər.
"Hürriyyət"
Paylaş:
Müəllif : Yazar
Tarix:8-11-2019, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-11-2019, 09:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08