"Pokrov Məhərrəm" hara qaçırmış? - Lənkəranskiyə xəyanət, 9 milyon borc...
Bir qədər əvvəl Rusiyanın Volqoqrad vilayətinin Novonikolayevsk rayon məhkəməsinin haqqında deportasiya qərarı çıxardığı “Pokrov Məhərrəm” ləqəbli Məhərrəm Quliyev barədə Rusiya KİV-ə maraqlı məlumatlar daxil olub. Söhbət Məhərrəm Quliyevin harada və necə saxlanıldığından, onun indiyədək yaşadıqlarından gedir.
Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Məhərrəm Quliyev “Kaspi” federal yolunun 650-ci kilometrliyində təsadüfən ələ keçib. Söhbət ondan gedir ki, həmin ərazidə Quliyevin maşınını saxlayan yol polisi onun pasport qeydlərini yoxlayarkən Rusiya Federasiyası ərazisində müddətdən artıq qaldığını müəyyən edib. İlkin tədqiqat zamanı o da məlum olub ki, onun 1996-cı ildə Novqorod vilayətində aldığı Rusiya ümumvətəndaşlıq pasportu belə saxtaymış.
Bundan sonra məhkəmə önünə çıxarılan Məhərrəm Quliyev miqrantların müvəqqəti saxlanma məntəqəsinə göndərilib.
Amma rusiyalı həmkarlarımız “Pokrov Məhərrəm”lə bağlı maraqlı araşdırma aparıblar.
Məlumata görə, Məhərrəm Quliyev azərbaycanlıların əksəriyyəti kimi Moskvaya 90-cı illərin əvvəllərində gəlib. O, qardaşı Rövşənlə birgə Moskva metropoliteninin stansiyalarının qarşısında pərakəndə meyvə-tərəvəz satırmış. Bir qədər sonra Moskvanın cənubunda yerləşən “Pokrovsk” topdansatış bazasına köçüblər.
Bazar işində bacarıqlı olan Məhərrəm tezliklə “Pokrovsk”da bir neçə konteyner əldə edir. Bir qədər sonra bazanın idarəçiliyi ona tapşırılır. O, burada özünü bacarıqlı menecer kimi göstərə bilir.
Lent.az -ın araşdırmalarına görə, “Pokrovsk” boyda “böyük tikəni” Moskvadakı bu və ya digər kriminal qruplaşmalardan qorumaq üçün o, azərbaycanlı avtoritetlərlə əlaqə yaradır. Əvvəlcə nardaranlı Mirseymur onu hamiliyə götürür. Seymurun qətlindən sonra Lotu Hikmət və Ağbaş Çingizin qanadı altına sığınır. Onların qətlindən sonra isə bu dəfə Rövşən Lənkəranski onu himayə etməyə başlayır.
Məşhur Orxan Zeynalov hadisəsindən sonra “Pokrovsk” bazası bağlanır. Bu dəfə o, Domededovadakı “Dörd fəsil”" meyvə-tərəvəz bazasına, təbii ki, Rövşən Lənkəranskiyə sığınıb. Amma bu bazarda o, özünü necə deyərlər, təmiz menecer kimi aparmayıb. Məşhur avtoritetdən pul gizlətməsi, eyş-işrətə meyllik onu nüfuzdan salır. Onun bir neçə adama üst-üstə 8 milyon dollara yaxın borcu yaranır. Deyilənə görə, o, eyni zamanda kazinolara və vətənindən olan şou-biznes nümayəndələrinə səxavətlə pul xərcləyib.
Məhərrəm uzun illər məhz Rövşən Lənkəranskinin patronajlığı altında çalışıb. Həmin bazanın əsl sahibləri Ananyev qardaşları və keçmiş avtoritet Timofey Kurqin olsa da, Moskvada heç kimə sirr deyildi ki, oranın “krışalığını” məhz Rövşən edirdi. Təkcə “Pokrovsk” bazasında yox, Moskvada bağlanmış bütün irili-xırdalı bazarlarda çalışan azərbaycanlılar Rövşənin timsalında etibarlı hami kimi məhz bu bazanı seçmişdilər. Qubalı milyarderlər Nisanov və İliyevin təzə tikdirdiyi “Fud siti”nin mağaza və piştaxtaları isə həmin vaxt bomboş qalmışdı.
Məlumatda deyilir ki, “Dörd fəsil”in qara günləri Məhərrəm və ortağı Nuruşun Rövşənə və bazar rəhbərliyinə pul atmasından sonra başlayır. Amma bəxti gətirir ki, Rövşən həmin ərəfədə qətlə yetirilir. Bir yandan da illərdir Moskvada bazar idarəçiliyi ilə məşğul olan Məhərrəm və Nuruş “Fud siti” rəhbərliyi tərəfindən şirnikləndirilərək, ora cəlb edilirlər.
Rusiya KİV-in yazdığına görə, bu müddətdə o təkcə bazar idarəçiliyi ilə məşğul olmur, necə deyərlər, əl altdan “Stenton Qrup” və “MRV-Loqistika” şirkətlərini də təsis edir. Necə deyərlər, Zarah İliyev və Qod Nisanovdan xəbərsiz “Fud Siti”də kölgə biznesi qurur.
Quliyevin qara günləri isə ötən ilin martından başlayır. O, 13 milyon dollarlıq dələduzluqda ittiham edilir. Prokurorluğa təkcə “Dörd fəsil”dən onun haqqında 9 şikayət verilir.
Sonra məlum olub ki, onun Azərbaycan Beynəlxalq Bankına belə 1 milyon 500 min ödənilməmiş kredit borcu var.
2018-ci il martın 31-də o, Moskvadakı evində həbs edilsə də, sonradan məhkəmənin qərarı ilə haqqında ev dustaqlığı qərarı çıxarılıb. Amma o, məhkəmənin qərarını saymayıb. Tez-tez “Oqni Baku” restoranında görünməyə, dəbdəbəli məclislər keçirməyə başlayıb. Və bununla da hüquq-mühafizə orqanlarının diqqətinə düşür. Ən son olanı isə Volqoqrad vilayətində saxlanılması, miqrantların saxlanılma məntəqəsinə köçürülməsidir. Bəs, Məhərrəm Qulyiev “Kaspi” federal trası ilə hara gedirmiş? Bu artıq başqa bir yazının mövzusudur.
Lent.az
Paylaş:
Müəllif : Yazar
Tarix:8-11-2019, 16:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-11-2019, 16:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24