reklam
Regionxeberlericom.az » Gündəm » Məktəb direktoru bazar açıb... - Özbaşınalıq

reklam

Məktəb direktoru bazar açıb... - Özbaşınalıq

Bəzi məmurlar, çinovniklər, idarə rəisləri, məktəb direktorları bəzən elə absurd, kuryoz addımlar atırlar ki, insan heyrətə gəlir.

Fikirləşirsən ki, bunun üçün gərək “şir ürəyi” yeyəsən, ya da tamamilə reallıq hissini itirəsən. Əks halda insan ağlının qavramadığı bir hərəkətdir.

Belə bir inanılmaz hadisə adı tez-tez qalmaqallarda hallanan Şamaxının A.Alxanov adına Sabir qəsəbəsində orta məktəbində baş verib.

Məktəbin direktoru qorxmadan, çəkinmədən elə bir qanun pozuntusuna yol verib ki, bu məsuliyyətsizliyin altından nə Şamaxı Rayon İcra Hakimiyyəti, nə yerli Təhsil Şöbəsi, nə də Təhsil Nazirliyi çıxa bilər.

Belə ki, A.Alxanov adına məktəbin direktoru Gülnurə Babaşovanın prezidentin tapşırığından sonra sökülən rayondakı E.Hüseynov adına 2 saylı məktəbin invertarlarını satdığı iddiaları üzə çıxıb.

Reportyor.info-nun əldə etdiyi məlumata görə, dövlət başçısının göstərişi ilə sökülən qəzalı məktəbin invertarları sözügedən A.Alxanov adına məktəbə gətirilib.

Məlum olduğu kimi, prezident İlham Əliyev Xaçmaz və Yevlaxa təyin olunan yeni icra başçıları ilə görüşdə Şamaxıda bir məktəbin zəlzələdən yararsız vəziyyətdə olduğunu açıqlamışdı.

Ölkə başçısı bu barədə telekanallardan birinə baxarkən xəbər tutduğunu qeyd etmişdi. Bundan sonra Baş nazir Əli Əsədov da E.Hüseynov adına 2 saylı məktəbə getmiş, tapşırıqları çatdırmışdı.

Artıq məktəb sökülüb, yenisi inşa olunur. Əldə etdiyimiz xəbərə görə, qəzalı məktəbdən çıxarılan stol, stul, partalar, şkaflar, bir sözlə, invertarlar A.Alxanov adına məktəbə çatdırılıb.

Lakin məktəbin direktoru Gülnurə Babaşova ehtiyat etmədən, qətiyyən narahat olmadan prezidentin diqqətində olan bir məsələnin üzərindən bazar açıb, iddialara görə, invertarları satmağa başlayıb.

Bildirilir ki, avadanlıqlar boş sinif otaqları üçün gönərilib.

Məlumata görə, hansı müəllif şkaf istəyirsə direktor G.Babaşova tərəfindən elan olunur ki, 5 manatdır, stul isə 1 manatdır.

Görün, özbaşınalıq hansı miqyasdadır ki, prezidentin nəzarətində olan bir məsələ ilə bağlı direktor təşvişə düşmür, əksinə, alver etməyə, pul qazanmağa çalışır.

Yeri gəlmişkən, Şamaxının A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova bir müddət əvvəl texniki işçilərə şəxsi avtomobilini yudurması ilə gündəmə gəlmişdi. Həmin faktın videosu yayılmışdı.

Bu yaxınlarda isə A.Alxanov adına həmin məktəbin həyətində şəhidin heykəlinin qarşısında heyvanlar gəzişdiyi kadrları tirajlanmışdı.

Şəkillərdən görünürdü ki, inəklər məktəbin həyətinə daxil olub, şəhid abidəsinin önündə dolaşırlar. Şəhid büstü isə baxımsızdır, ətrafının abadlaşdırılmasına ehtiyac olduğu aydın görünürdü.

Bundan başqa, məktəbin adı sertifikat qalmaqalından tutmuş direktorun “qoçu dəstəsi” saxlamasına qədər hallanıb.

Bir neçə il qabaq isə onun səs yazısı yayılmışdı və müəllimlərdən pul tələb edirdi.Gülnurə Babaşova orada müəllimlərə bayramları bəhanə gətirməməyi məsləhət bilib:

“Mən bilirəm burda nəzərə alnmalı olanlar kimlərdi, onlar nəzərə alınacaq. Ancaq nəzərə alınmayanlar da var. Nə olsun, sizin kimi camaat da bayram eləmək istəyir. Bu dəfə də əyər ləngiməmiz-filanımız olsa… o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir, onlar sonrakı aylarda məktəbin digər işlərində mənə yaxın gəlməsinlər, mənim də hər şeyə görə müəyyən işlərim var. Sonra bir-birimizdən küsməyək”.

Təhsil Nazirliyi isə məsələnin araşdırıldığını bildirmişdi. Lakin araşdırma unuduldu. Belə imicə malik və qalmaqallı direktor isə hələ də vəzifəsində saxlanır. Sanki Şamaxıda layiqli kadr yoxdur…

Qarşı tərəfi dinləməyə hazırıq:
REPORTYOR.info


Paylaş:


Müəllif : Tarix:
12-11-2019, 09:27
Sikayət   


loading...
Загрузка...