reklam
Regionxeberlericom.az » Gündəm » Bütün rayon ondan narazı idi... - Zərdab rahat nəfəs ala bilər...

reklam

Bütün rayon ondan narazı idi... - Zərdab rahat nəfəs ala bilər...


Xəbər verildiyi kimi bu gün prezident İlham Əliyev bəzi rayonların icra hakimiyyətlərinin başçılarının yerini dəyişib. Suraxanının icra başçısı Şirvana, Şirvanın icra başçısı Zərdaba təyin olunub. Yasamal başçısı isə Suraxanıya təyinat alıb, onun yerinə Milli Məclisin gənc deputatı təyin edilib. Beləliklə, işszi qalan təkcə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev olub. Çünki onun hansısa yeni vəzifəyə təyinatı barədə sərəncam mövcud deyil.

Lütvəli Babayev ən qalmaqallı və adı müxtəlif qanunsuzluqlarda hallanan icra hakimiyyəti başçılarından biri idi. O, 1959-cu ildə Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. Dövlət Pedaqoji İnstitutunu ümumi texniki fənlər müəllimi ixtisası ilə bitirib. İş təcrübəsinə Mingəçevirdə zavodda fəhləlikdən başlayıb, 1981-1987-ci illərdə Azərenerji Tikinti Tresti Mənzil İstismar Sahəsində tərbiyəçi ştatında işləyib. Daha sonra müəllimliyə başlayıb, 1987-1990-cı illərdə Mingəçevirdə müəllim işləyib, 1993-cü ildə Lütvəli artıq şəhərdə məktəb direktoru idi. Və həmin vəzifədən Mingəçevir İcra Hakimiyyətində ümumi şöbənin müdiri vəzifəsinə təyinat alıb.

1997-ci ilə qədər bu vəzifədə işləyən Lütvəli Babayev necə olubsa həmin il yenidən müəllimlik peşəsinə qayıdıb, San-Marino Universitetinin (bir vaxtlar Azərbaycanda bu adda komik universitet də var idi,-red.) Mingəçevir filialında müəllim işləməyə başlayıb. İki il sonra Lütvəli yenidən şəhər İcra Hakimiyyətinə qayıdıb, bu dəfə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. 2005-ci ilə qədər həmin vəzifədə işlədikdən sonra Babayev şəhər başçısı təyin olunub. Bu vəzifədə iki il işləyib və 2007-ci ildə oradan Zərdaba təyinat alıb, həmin vaxtdan rayon icra hakimiyyətinin başçısı idi.

Bioqrafiyasında göstərilir ki, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. “Sənaye müəssisələrinin iqtisadi tənzimləyiciləri”, “Heydər Əliyev neft strategiyası əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmişdir”, “Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı Proqramı (2005-2010 və 2015-ci illər)”, “Ümummilli lider Heydər Əliyev – Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisidir”, “Onun ideyalarını qorumağa və yaşatmağa çalışıram” və s. elmi əsərlərin və monoqrafiyaların müəllifidir.

L.Babayevin haqqında şikayətlər tez-tez mətbuatda və sosial şəbəkələrdə yer alıb. Br neçə il əvvəl isə o, hətta Mingəçevirin polis rəisi , polkovnik Ələsgər Bədəlovla publik qarşıdurmaya da girmişdi. Buna səbəb isə Lütvəli Babayevin qardaşı oğlunun Mingəçevirdə avtoxuliqanlığa görə saxlanılması idi.

L. Babayev deyib ki, həmin polis rəsi uzun müddətdən bəri davam edən ədavət üstündə onun qohumlarına qarşı şantaj xarakterli materiallar yayır: “Mən Mingəçevirdə icra başçısı olan zaman bu adamın qanunsuz əməllərindən edilən şikayətlərin əlindən bezmişdim. Bu adam Azərbaycanın hətta beynəxlaq nüfuzuna mənfi təsir edən hərəkətlərin müəllifidir. Yadınızdadırsa, bir neçə il əvvəl Qarabağ əlilini polis şöbəsində döyüb öldürmüşdülər. Uzun zaman bu biabırçılığa görə başımız ağrıdı. O vaxt bu hadisəyə görə 9 nəfər həbs eildmişdi, rəis Ələsgər Bədəlov isə ciddi şəkildə cəzalandırılmışdı. Bir dəfə də 5 yaşlı qardaşım oğlunu 25 yaşlı qonşunu döyməkdə ittiham etmişdi. Axund qardaşım Xanəli Babayevin narkotik qaçaqmalçısı olması haqda xəbər yaymışdı. Bu xəbərlərin heç biri doğru çıxmayıb. İndi də bu hadisəni qəsdən yayır. Məsələ belə olub ki, rəis karyerdə işləyən qardaşım oğlundan qum istəyib. Uşaq da qumu verməyib. Buna görə karyerin KamAz-larından birini cərimələyib. Uşağı da şillə ilə vurub.

Maraqlıdır ki, bu adam seçki öncəsi belə mənasız və təxribat xarakterli xəbərləri niyə yaradır və yayır? Bu məqamı araşdırmaq lazımdır! Yaxşı olar ki, adam qanunun aliliyini gözləsin. Böhtan xarakterli xəbərlər yaymaqla məşğul olmasın” .

"Lütfəli Babayev niyə ona qarşı qərəzli olduğumu deyir, bunu bilmirəm. Mən onun barəmdə soylədiklərini yalan hesab edirəm. Kimin kim olduğunu ölkə rəhbərliyi yaxşı bilir. Əgər yaxşı icra başçısı olsaydı, onu Mingəçevir kimi şəhərin rəhbərliyindən uzaqlaşdırmazdılar",-polis rəisi bu deyilənlərə cavab olaraq bildirmişdi.

Bu ilin əvvəllərində isə Zərdab başçısının Bakıda tikinti biznesi haqda fakt ortaya çıxmışdı. Məlum olmuşdu ki, o, Binəqədi rayonunun 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində, 3123-cü məhəllədə 12 mərtəbəli bina tikib. Binanın sahəsi 10 min kvadrat metrə yaxındır və tikintisi icra başçısının oğlu Babəli Babazadənin adı ilə həyata keçirilib.

Ümumiyyətlə, Zərdab rayonu ölkənin iqtisadi baxımdan ən geridə qalmış rayonları arasındadır və sakinlərin də dediyi kimi, rayonda baxımsızlıq, təsərrüfatsızlıq baş alıb gedir. Küçə itləri sürü ilə dolaşır. Lütvəli Babayevdən isə hamı narazı idi-sahibkarlar, şəhid ailələri, sıravi sakinlər...

Və indi yenilənən hakimiyyətdə belələrinə yer yoxdur. Prezident İlham Əliyev son çıxışlarında xəbərdarlıq edərək deyib ki, insanları narazı salan, korrupsiyaya və rüşvətxorluğa qurşanan, üzərinə düşən öhdəlikləri yerinə yetirməyən məmurlar, icra başçıları işdən azad ediləcək. Və işdən azad edilmə belələri üçün ən yumşaq cəza olacaq...


Paylaş:


Müəllif : Tarix:
12-11-2019, 16:14
Sikayət   


loading...
Загрузка...