Bankir Emin Zeynalov öz yeznəsinə də 1 milyon dollar "atıb"
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “GünayBank”ın keçmiş sədr müavini Emin Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
regionxeberlericom.az "Virtualaz.org"a istinadən xəbər verir ki, iş üzrə zərərçəkmiş şəxslər məhkəməyə mülki iddialar təqdim ediblər. Zərərçəkmişlərin mülki iddiaları icraata qəbul edilib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Emin Zeynalov 2012-ci ildən etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif şəxslərdən külli miqdarda pul alıb. Özgənin əmlakını ələ keçirmək məqsədilə “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi vətəndaşları inandırmaq üçün yalandan özünü daxili və xarici valyuta bazarında yüksək gəlirli valyuta mübadiləsi əməliyyatları həyata keçirən, uzun müddət bank sektorunda işlədiyi üçün bu sahədə geniş təcrübəyə malik tərəfdaş kimi təqdim edib.
Müxtəlif şəxslərə bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəkləri pulun müqabilində gələcəkdə özünün bankdan kənar müstəqil şəkildə həyata keçirəcəyi valyuta mübadiləsi əməliyyatlarından əldə ediləcək gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalandan vəd verməklə onların etibarını qazanıb. Bu məqsədlə Emin Zeynalov 2016-cı ilin sentyabr ayında Rəşad Qəribdən 200 min dollar alıb.
Həmçinin, 2017-ci yanvarında bacısının əri Fərid Məmmədovdan 1 milyon dollar, Tamerlan Şeyxzamanovdan 100 min dollar, Məmməd Nəzərəliyevdən 2,5 milyon dollar, Əmrah İldırımzadədən 300 min dollar, Rövşən Əlizadədən 200 min dollar, Eldar Abbasovdan 600 min dollar, Rüfət Kərimovdan 1,4 milyon, İlkin Nuriyevdən 750 min dollar, Orxan Vəliyevdən 4 milyon dollar, Vazeh Xələfovdan 20 min dollar, Elnur Talıbovdan 45 min dollar, Elgün Bağırovdan 1 milyon 850 min dollar, Türkiyə vətəndaşı Zivari Sərdar Mustafa oğlundan 4.5 milyon dollar, Araz Süleymanovdan 1.5 milyon dollar, Rahim Məmmədovdan 500 min dollar, Sahib Səfərovdan 3.5 milyon dollar, Tural Bağırovdan 1 milyon 460 min dollar, Heydər Süleymanovdan 134 min dollar alıb.
E.Zeynalov iş yoldaşı Xalidə Məmmədovanın özünəməxsus mənzili satdığını və yeni mənzil almaq niyyətində olduğunu öyrənib. Ona tanışları vasitəsi ilə sərfəli ev alacağını vəd edərək 143 min 700 dollar nağd pulunu ələ keçirib.
Təqsirləndirilən Emin Zeynalov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib və hazırkı mərhələdə ifadə vermək istəməyib. Məhkəmə prosesi zərərçəkmişlərin dindirilməsi ilə davam etdirilib.
Öncə prosesdə zərərçəkmiş kimi Emin Zeynalovun bacısının əri Fərid Məmmədov ifadə verib. 19 ildir bank sferasında işlədiyini deyən zərərçəkmiş qaynı Emin Zeynalovun ona valyutadəyişmə məntəqələrinə dollar satmaq və qazanc əldə etmək vədi verib. Sonuncu da onun dediklərinə inanıb və 1 milyon dollar verib. Həmin ərəfədə F.Məmmədov özü "GünayBank"ın 3 saylı filialının müdiri olub: “Bank sektorunda işləmişəm. Dedi ki, adi əməliyyatdır, gəlir qazanacağıq. Dollar alıb-satmaq üçün maliyyə vəsaiti lazım olduğunu dedi. Dolları ucuz alıb baha satacaqdıq. Aradakı fərq isə bizim qazancımız olacaqdı. Eminə əvvəlcə 400 min, sonra isə 600 min dollar vermişəm. 1 milyon dollara görə 300 min dollar qazanc vəd vermişdi. Bu pul mənim deyildi, xalam Rənanın idi. İş bu yerə gəlib çıxanda mən xalamın borcunu özüm ödəməli oldum. Badamdardalı 3 mərtəbəli evimi, “Mercedes” markalı maşınımı satdım. Satdığım ev həyat yoldaşımın adına olub".
Zərərçəkmişin ifadəsinə görə, dostu Elgün Bağırovun 1 milyon 850 min dollar məbləğində pulunu da eyni məqsədlə qaynı Emin Zeynalova verib. Amma sonradan özünün dediyi kimi “şeytan vəsvəsə” verib və məbləği ondan geri alıb: "Biz həftəlik gəlir götürürdük. Elə bil şeytan vəsvəsə verdi, şübhələndim və Elgünün pulunu Emindən geri aldım. İşlərin necə getdiyini soruşandan sonra Elgünün 850 min dollarını Eminə qaytardım. Sonra da Emin özü 1 milyonu Elgündən alıb. Həmin vaxt mən Həcc ziyarətində idim”.
Prosesdə zərərçəkmiş qismində Heydər Süleymanov da dindirilib. O, ifadəsində E.Zeynalovu dostu Vazeh Xələfov vasitəsilə tanıdığını deyib: “134 min pul vermişəm. Cəmisi 6 min manat qazancım olub. Pulları “GünayBank”ın kassirinə vermişəm, qəbz almamışam”.
Digər zərərçəkmiş Vazeh Xələfov ifadəsində Emin Zeynalova etibar etdiyini deyib: “Uşağım xəstə idi, Almaniyada əməliyyat olunacaqdı. Pulu ona görə qoymuşdum ki istədiyim zaman götürə bilib. Ona etibar etmişəm və heç vaxt şübhələnməmişəm. Demişdi ki, valyuta mübadiləsi edəcək. Necə edəcəyini bilmirdim. Mən Eminə həm halallıq baxımından, həm də hüquqi baxımdan etibar etmişdim”.
Məhkəmə prosesi noyabrın 19-da davam edəcək.
İttihama görə, Emin Zeynalov bankdan kənarda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın milyonlarla pulunu mənimsəməkdə təqsirləndirilir. Bildirilir ki, Emin Zeynalov vətəndaşları aldadaraq on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 3-6 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjası “Forex”ə yatıraraq ziyana düşdüyü məlum olub. Qeyd edilir ki, E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurlar da var.
Paylaş:
Müəllif : Redaktor
Tarix:13-11-2019, 20:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:13-11-2019, 20:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16