reklam
Regionxeberlericom.az » Gündəm » “FHN”-nin rejisordan rüşvət aldığını etiraf edən əməkdaşı: “Biz də dolanmalıyıq da, acından ölək”?

reklam

“FHN”-nin rejisordan rüşvət aldığını etiraf edən əməkdaşı: “Biz də dolanmalıyıq da, acından ölək”?


Binəqədi rayonu Biləcəri qəsəbəsində dələduzluq yolu ilə torpaq sənədlərini düzəltmək adı ilə vətəndaşlardan külli miqdarda pul alan və onları süründürən dəstə peyda olub. Həmin şəxslərdən biri özünü Əmlak və Torpaq komitəsinin sədr müavini Əfqan, digəri Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Elvin Zamanov kimi təqdim edərək rejisor Qurbanov Zaur Nizami oğlundan FHN-nin rəsmi sənədlərini və tikintiyə icazə almaq adı altından 2356 manat məbləğində rüşvət alıblar. Milletinsesi.az-a bu haqda zərərçəkmişin arvadı Aida Qurbanova məlumat verib. O bildirib: “Pulu alan şəxslər nə pulu qaytarır, nə də sənədləri düzəldirlər. Əvəzində isə günü-günə satır, rəislərin yerlərində olmadığını və seçkilərlə bağlı işdə tapılmadıqlarını deyirlər. Bir neçə ay öncə ödədiyim 2356 AZN pulun qarşılığında 20 gün ərzində sənədlərin hazır olacağına söz verən Elvin Zamanov Naxçıvanda yaşayan və dediyinə görə məsul vəzifədə olan qardaşına arxalanaraq hələ də bizi süründürür.. Onu da qeyd edim ki, bu məbləğin 300 manatını “Milli ön” vasitəsilə dəllalların dediyi kimi torpaq məsələlərilə bağlı qurumda çalışan Verdizadə Aynur adlı şəxsin hesabına köçürmüşəm. Qəbzin surəti:

Bununla bağlı polisə ərizə ilə müraciət etmişəm. Hazırda iş artıq bir neçə gündür ki, 6-cı polis bölməsinin müstəntiqi Murad Bəşirova yönləndirilib. Onunla əlaqə saxlasaq da bu işlə bağlı hələ ki, heç bir izahat alınmayıb”. Məsələ ilə bağlı Milletinsesi.az-a Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsindən bildirdilər ki, “vətəndaş bölməyə noyabr ayının 11-də müraciət edib. On gün müddətində şikayəti araşdırılacaq”. Vətəndaşdan rüşvət alan Fövqəladə Hallar Nazirliyinin “əməkdaşı” Elvin Zamanov isə bizə “həqiqətən Zaur Qurbanovdan 2356 AZN aldığını, onun 800 manatı qaytardığını və sənəd düzələndən sonra yenə geri alacağını” bildirdi. Gülməli olan odur ki, Zamanov bu işə dolanışıq vasitəsi kimi baxır və pulun qalan hissəsini qaytarmayacağını deyir: “adam var daa.. pulu ona veririk, o işi düzəldir. Biz də beş manat qazanmalıyıqdaa…Acından ölək?”
Azinforum.az


Paylaş:


Müəllif : Tarix:
16-11-2019, 12:06
Sikayət   


loading...
Загрузка...