“Azəriqaz” “Azəristiliktəchizat”a qadağa qoydu - Bakıda heç bir binaya istilik verilmir
Noyabrın 15-dən qanuna uyğun olaraq Bakı şəhərində binalara istiliyin verilməsinə başlanılmalı idi. Lakin bu gün paytaxtın bir neçə rayonundan saytımıza müraciət edən vətəndaşlar hələ də istiliyin verilmədiyindən şikayətləniblər.
regionxeberlericom.az xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı “Azəristiliktəchizat”a müraciət edib. Qurumun abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev bildirib ki, “Azəriqaz” onların qazanxanalarına qaz vermədiyi üçün binaları istiliklə təmin etmək mümkün deyil:
“Bu problem bizim “Azəriqaz”a olan borca görə yaranıb. Borcun artması da qazın və istiliyin qiymət fərqinə görədir. İstilik tarifləri qazın tarifindən çox aşağı olduğu üçün abonentlər borclarını tam ödəsə belə, biz “Azəriqaz”a olan borcu ödəmək gücündə deyilik. Hökümətə də, “Azəriqaz”a da müraciət etmişik. Keçən ilki borcları dövlət tənzimlədi, qalan borcla bağlı danışıqlar gedir”.
“Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov açıqlamasında məlumatı təsdiqləyib: ““Azəristiliktəchizat”in “Azəriqaz”a olan borc məsələsi həll olunana qədər qazın verilməsinə icazə verilmir. Danışıqlar aparılır, yaxın müddətdə yəqin ki, bu problem həllini tapar. Biz ayrı-ayrı qazanxanalarla yox, “Azəristiliktəchizat”la işlədiyimiz üçün bütün Bakı üzrə qazanxanalara qazın verilişi dayandrılıb. Bu gün “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu 29 milyon manatdan çoxdur”.
Qeyd edək ki, bir neçə gün əvvəl “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev mətbuat konfransında yeni mövsümə hazır olduqlarını bildirib. O qeyd edib ki, gücləndirilmiş iş rejimi keçiriləcək və bütün qazanxanalar tam işə başlayacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-11-2019, 16:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-11-2019, 16:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16