reklam
Regionxeberlericom.az » Gündəm » Əyləncəyə milyonlar xərcləyən rəhbər... – Bakıda qalmaqal

reklam

Əyləncəyə milyonlar xərcləyən rəhbər... – Bakıda qalmaqal


Holcim Azərbaycan ASC-də distribüterlərə külli miqdarda ziyan vurulması və dəymiş zərərin ödənilməməsi ilə bağlı faktların detalları üzə çıxıb.

regionxeberlericom.az-un Axar.az-a istinadən məlumatına görə, məlum olub ki, Anar İsmayılov və Elnur Qurbanov hansısa nüfuzlu şəxslərin adını yalandan çəkməklə külli miqdarda pulu mənimsəyiblər. Sonradan bu nüfuzlu şəxslərdən birinin yanında bu məsələ ilə bağlı görüş olub və görüşdə Elnur Qurbanov həmin şəxs tərəfindən danlanıb. Orada Elnur Qurbanova sonuncu xəbərdarlıq edilib və təxminən 100 min manata yaxın rüşvətin qaytarılması tapşırılıb.

Lakin bunun qarşılığında Anar İsmayılov və Elnur Qurbanov kriminal dəstə üzvlərini işə cəlb etməklə distribüterlərə hədə-qorxu gəliblər. Belə olan halda zərərçəkmiş distribüterlər Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarının, qanunun olduğunu qeyd ediblər.

Adı çəkilən şəxslərin distribüterlərdən birinə 370881, digər ikisinə isə 347186 manat maddi ziyan vurduğu məlum olub.

Distribüterlərin bildirdiyinə görə, Holcim Azərbaycan ASC-nin rəhbəri Frederik Guimbal müxtəlif ölkələrdə şəxsi əyləncələrinə (Onun şəxsi əyləncələrinin görüntüləri də yayılıb – red.) külli miqdarda pul xərcləsə də, onlara olan borcu qaytarmaqdan boyun qaçırır.

Zərərçəkmişlər sözügedən məsələnin Azərbaycan Respublikasının qanunları çərçivəsində həll olunması üçün bütün vasitələrdən istifadə edəcəklərini bildiriblər.


Paylaş:


Müəllif : Tarix:
18-11-2019, 17:02
Sikayət   


loading...
Загрузка...