Köklü islahatların zəruri olduğu sahə: məhkəmə sistemi - DƏYİŞƏCƏKMİ?
Azərbaycanda həyata keçirilən kadr və struktur islahatları ciddi sahələri əhatə edir. Həm hökumətin iqtisadi blokunda yenidən strukturlaşma aparılır, həm də dövlət idarəetmə sistemində ciddi kadr dəyişiklikləri reallaşdırılır.
Prezident Administrasiyasının rəhbərinin dəyişməsindən sonra yerli icra strukturlarında da kadr islahatlarının başlanması gözlənilən olmaqla yanaşı, ictimaiyyət tərəfindən müsbət qiymətləndirilməkdədir. Xüsusilə bölgələrdə rayon icra hakimiyyətləri aparıcı idarəetmə orqanı olmaqla, onların rəhbərləri iqtisadi, sosial, siyasi və mədəni həyatın bütün sahələrində əsas iradə sahibidir. Belə geniş səlahiyyətlər isə bir qayda olaraq, icra hakimiyyəti başçılarının rayonlarda sosial-iqtisadi inkişafın qarşısında ciddi maneəyə çevrilməsinə səbəb olur. Belə ki, faktiki olaraq icra başçılarının şəxsi razılığı olmadan regionlarda kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qeyri-mümkündür. İcra başçıları istədikləri vaxt kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini dayandıra bilirlər.
Bu isə regionlarda iqtisadi inkişafa mənfi təsir göstərən əsas faktorlardandır. Digər tərəfdən, xalqla hakimiyyət arasında əsas həlqə olan yerli icra hakimiyyətlərinin əhali ilə ünsiyyətdən qaçması, vətəndaşların şikayət və narazılıqlarına biganə yanaşması insanları dövlətdən narazı salan amillərdəndir. Bütün bunları nəzərə alan ölkə rəhbərliyi yerli icra hakimiyyəti başçılarını dəyişməklə yanaşı, yeni təyin olunan şəxslərə ilk növbədə vətəndaşlarla işləməyi, əhali ilə birbaşa ünsiyyətə girməyi, sosial əhəmiyyətli problemləri müəyyənləşdirərək, onların həlli istiqamətində operativ işlər görməyi tapşırır. Eyni zamanda icra başçılarından rüşvət və korrupsiya hallarına son qoyulması, fəaliyyətin şəffaf prinsiplər üzərində qurulması tələb olunur.
Hazırda cəmiyyətdə kadr və struktur islahatlarının davam etməsi gözləntiləri güclüdür. Vətəndaşlar, müstəqil mütəxəssislər islahat aparılmalı olan sahələri sadalamaqla, mövcud problemləri göstərirlər. İctimaiyyətin islahat və dəyişiklik gözlədiyi sahələr arasında məhkəmə sistemi öndə gedir. Ölkədə ədalətli məhkəmə sisteminin qurulması həm sahibkarlığın inkişafı, həm iqtisadiyyata xarici investisiyaların cəlbi, həm də vətəndaşların öz hüquqlarını asanlıqla müdafiə etməsi baxımından ən vacib element hesab olunur.
Prezidentin fərmanı icra olunurmu?
Qeyd edək ki, bu il aprelin 3-də prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanda bütün məhkəmələrin sədrlərinə, hakimlərinə tövsiyə edilir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və məhkəmələrə etimadın möhkəmlənməsindən ötrü fəaliyyətlərində ədalətli olsunlar, habelə, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun qarşısında bərabərliyinə və Azərbaycan Konstitusiyasında və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər. Eyni zamanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə Ali Məhkəməyə, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində prezidentə təqdim etmələri tövsiyə olunur və ya tapşırılır.
Həmçinin Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə baxmaqdan ötrü ixtisaslaşmış məhkəmənin yaradılması barədə qanun layihəsini iki ay müddətinə hazırlaması nəzərdə tutulurdu. Bu məhkəmə sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin baxması üçün yaradılır. Həmçinin hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması da vacib sayılır. Hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılmasına da diqqət yetirilməsi zəruri sayılır.
Fərmanda məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etməkdən ötrü bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi nəzərdə tutulur. Hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə Məhkəmə-Hüquq Şurasına müvafiq məlumatların qəbulu üçün qaynar xəttin yaradıması tövsiyə edilib. Sənədə əsasən, habelə, hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyü təmin edilməlidir.
Fərmanın icrası çərçivəsində Azərbaycanda sahibkar mübahisələrini araşdıran xüsusi məhkəmələr - kommersiya məhkəmələrinin yaradılması istiqamətində addımlar atılıb, qanunvericiliyə müvafiq əlavələr edilib. Lakin fərmanın imzalanmasından ötən müddət ərzində ölkənin məhkəmə sistemində ciddi keyfiyyət dəyişikliyinin olduğunu söyləmək hələ ki mümkün deyil.
Hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda məhkəmə islahatları çox zəruridir: “Hətta mən deyərdim ki, bu islahatlarda biz çox gecikmişik. Prezidentin 3 aprel tarixli fərmanı çox ləng icra olunur. Mən hələ şübhə edirəm ki, bu islahatlar marağına toxunan dövlət məmurları onun həyata keçirilməsinə imkan verəcəklərmi. Məhkəmə sisteminin ədalətlə işləməsi ölkədə iqtisadi inkişafın başlıca şərtidir. Müasir iqtisad elmi çoxdan sübut edib ki, yalnız oyun qaydalarına riayət olunan cəmiyyətdə iqtisadi inkişaf var. Buna da bariz nümunə budur ki, ən yüksək iqtisadi inkişaf ən ədalətli mühakimə sistemi olan ölkələrdədir. Bu, ingilis-sakson hüquq sisteminə malik ölkələrdir: Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və sair. Eyni zamanda alman hüquq sisteminə malik ölkələr də yüksək iqtisadi inkişafa nail olublar: Almaniya, Avstriya İsveçrə və sair. Biz formal olaraq alman hüquq sisteminə malik ölkə sayılırıq, amma bunun ancaq adı var. Çünki bizdə faktiki olaraq hüquq elmi yoxdur. Bizdə dövlət məmurlarının əksəriyyəti elə bilir ki, hər hansı bir qanun qəbul olunursa, bu, elə hüquqdur. Halbuki hüquq elmi əsasları olan bir sahədir. Elmi əsasları olmadan bu sahə normal işləyə bilməz, onun praktikaya tətbiqi mümkün olmaz, necə ki, olmur”.
Ekspert bildirir ki, normal məhkəmə sistemi iqtisadiyyatın inkişafı üçün ona görə zəruridir ki, belə sistemdə mümkün mübahisələrin həll variantlarını əvvəlcədən proqnozlaşdırmaq mümkün olur: “Yəni mübahisə tərəfləri qanunvericilik əsasında mübahisələndirilən məsələ üzrə hansı qərarların çıxarıla bilinəcəyini əvvəlcədən müəyyənləşdirə bilirlər. Buna görə də xarici investorlar o ölkələrin iqtisadiyyatına investisiya yatırırlar ki, orada ədalətli mühakimə sistemi var və gözlənilməz, hüquq elminə, iqtisadi qanunauyğunluğa zidd qərar çıxarıla bilməz. Bu gün dünya ölkələri arasında əsas mübarizə məhz investisiyalar uğrunda gedir. Bizim bu mübarizədə uğur qazana bilməməyimizin əsas səbəbi ədalətli mühakimə sistemimizin olmamasıdır. Yəni kim deyirsə ki, investisiya demokratik ölkələrə daha çox qoyulur, avtoritar rejimli ölkələrə az, bu, yanlışdır. Dünyada kifayət qədər antidemokratik ölkələr var ki, hüquq sistemi düzgün işlədiyinə görə xarici investisiyaları rahatlıqla cəlb edirlər. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və sair. Demək istədiyim odur ki, hər hansı ölkə nə qədər demokratik olsa belə, hüquq sistemi normal işləməsə, ora heç bir sahibkar pul qoymayacaq”.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda hüquq elminin olmaması əsas problemlərdən biridir: “30 ilə gəlir ki, müstəqil dövlətik. Bu müddət ərzində hüquq elminə aid yalnız bir fundamental əsər qoyulub ortalığa. Onu da Prezident Administrasiyasının hüquq şöbəsinin müdiri Şahin Əliyev yazmışdı - ”Konstituionalizmin qrammatikası". Bundan başqa Azərbaycanda hüquqi elmi kitab nəşr edilməyib. Hüquq elmi ilə məhkəmə praktikasının əsas bağlantısı odur ki, bütün məhkəmə qərarları dərc olunmalıdır. Bizdə bu, hələ də yoxdur. Baxmayaraq ki, bununla bağlı prezident dəfələrlə tapşırıq verib, hələ də buna əməl olunmayıb. Bundan əlavə, məhkəmə qərarları açıqlanmaqla yanaşı, onların axtarış sistemi də formalaşdırılmalıdır. Hər kəs özünə aid olan məhkəmə işləri üzrə praktikadan məlumatlı olmalıdır. Qərarların açıqlanması hakimlərin qanunvericilikdən kənar, gözlənilməz qərarlar qəbul etməkdən çəkinməsinə səbəb olacaq. Onlar rüşvət alıb haqsız tərəfin mənafeyinə cavab verən qərarlar qəbul edə bilməyəcəklər, çünki o qərar ictimaiyyətə açıqlanacaq. Təəssüf ki, dövlət başçısının bu tapşırığı icra olunmur".
Hüquqşünas hazırlanan qanunların əsaslandırılması sahəsində də vəziyyətin problemli olduğu qənaətindədir: “Hər bir qanun hazırlanarkən onun niyə zəruri olduğunu hərtərəfli əsaslandıran arayışlar da hazırlanmalıdır. Bizdə qanunvericiliyin bu tələbinə formal əməl olunur, hazırlanan arayışlar əsaslandırılmış olmur və ictimaiyyətə açıqlanmır. Halbuki qanunların hansı zərurətdən qəbul olunduğunu hamı bilməlidir ki, sabah məhkəmə qərar qəbul edəndə səbəbi hər kəsə aydın olsun. Nəhayət, bizim məhkəmə sistemində əsas problemlərdən biri də məhkəmələrin müstəqil, hakimlərin yetərincə savadlı və dürüst olmamasıdır. Reallıq budur ki, hazırda Azərbaycanda məhkəmə sistemi müstəqil deyil, hakimlər bu və ya başqa məmurdan, icra hakimiyyətlərindən sıx asılılıqdadırlar. Buna görə də məhkəmələrin müstəqilliyi təmin olunmalıdır. Bu istiqamətdə əsas addım hakimlərin əmək haqqının artırılmasıdır. Düzdür, bu sahədə müəyyən işlər görülür, lakin hakimlərin tam müstəqilliyini təmin etmək üçün ciddi artımlara gedilməlidir. Eyni zamanda korrupsiyaya, rüşvətə yol verən hakimlər barədə ən sərt cəzalar tətbiq olunmalıdır. Bu gün təəssüf ki, bu sahədə cəzalar kifayət qədər yumşaqdır. Hakimlər məhkəmə sədrləri və prokurorluq orqanlarından asılı vəziyyətdədirlər. Bu gün Ali Məhkəmədən tutmuş yerli məhkəmələrə qədər, bütün sistemdə rəhbərlik köhnə təfəkkürlü insanların əlindədir, onlar fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmirlər, bir çox hallarda yeniliklərin qarşısında əsas maneəyə çevrilirlər”.
Ə.Həsənovun fikrincə, məhkəmə sisteminin dəyişməsi, ədalətli mühakimənin formalaşması Azərbaycanda iqtisadi inkişafa, ölkəyə investisiya cəlbinə təkan verər: “Bazar iqtisadiyyatının 3 təməl prinsipi var: mülkiyyət hüququnun müdafiəsi, bağlanan müqavilələrin və öhdəliklərin icrası, nəhayət, sağlam rəqabət. Bu 3 prinsipin üçünün də normal işləməsi məhkəmə sistemindən keçir. Bu sistem normal işləmirsə, müstəqil deyil, hakimlər savadsızdırsa, bazar iqtisadiyyatının təməl prinsiplərinə də əməl etmək mümkün olmayacaq. Düşünürəm ki, ölkə rəhbərliyi tezliklə bu zərurəti nəzərə almaqla, məhkəmə sistemində köklü dəyişikliklərə başlayacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-11-2019, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-11-2019, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16