reklam
Regionxeberlericom.az » Gündəm » "Ucar Pambıq Zavodu səhmdarlarının haqqını mənimsəyən Kəmaləddin Heydərovdur"-ŞİKAYƏT

reklam

"Ucar Pambıq Zavodu səhmdarlarının haqqını mənimsəyən Kəmaləddin Heydərovdur"-ŞİKAYƏT


Uzun müddətdir ki, səhmdarlarla zavod rəhbərliyi arasında dividend mübahisəsi gedir. Buna görə səhmdarlar dəfələrlə zavodun qarşısnda və Bakı şəhərində etiraz aksiyaları keçiriblər.Ancaq buna baxmayaraq heç bir qanunu tədbir görülməyib.Hər dəfə də aksiya iştirakçılarına məhkəməyə müraciət etməyi məsləhət görüblər. İnsanların məhkəmələrə inamı olmadığı üçün bu məsləhətləri əhəmiyyətsiz hesab edirlər.
Aksiya iştirakçılarından Bəxtiyar Kərimov mətbuata bildirib ki, “1997-ci ildən etibarən zavoda səhmdar olmalarına baxmayaraq indiyə kimi onlara dividend ödənməyib. Bəxtiyar Kərimov bildirir ki, indi isə zavod rəhbərliyi onlara öz səhmlərini 16 manata yenidən müəssisəyə satmalarını təklif edir. Məsələ ilə bağlı heç bir hüquq-mühafizə orqanına müraciət etmədiklərini bildirən səhmdar, məktub vasitəsilə müxtəlif şəxslərə və qurumlara müraciət etdiklərini deyib.
                                                                                                                                                                 
O, bildirir ki, "Üzləşdiyimiz qanunsuzuluğa etiraz olaraq bir qrup səhmdar il ərzində dəfələrlə Ucar Pambıq Zavodunun qarşısında və Bakı şəhərində etiraz aksiyası keçiriblər.Hər dəfə bizə məhkəməyə müraciət etməyi məsləhət görüblər.Ancaq bizim məhkəməyə inamımız yoxdur çünki qarşı tərəf imkanlıdır öz xeyrinə qərar çıxardılmasına nail olacaq. Biz köməyi ancaq prezident cənab İlham Əliyevdən gözləyirik.Hamı yaxşı bilir ki, Ucar Pambıq Zavodunu Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov alıb, ancaq sənəddə başqa şəxsin adı qeyd edilib.Kəmaləddin Heydərovu xeyirxah, çörək verən insan kimi tanıdıblar, anacq onun indiyə qədər zəhmətkeşlərin harayına susması deyilənlərin yalan olmasını subut etdi.Biz aksiyalarımızı davam etdirəcəyik.Növbəti aksiyalarımızı Bakı şəhərində keçirəcəyik.Qoy səsimizi prezident cənab İlham Əliyev eşidib bizə kömək olsun.”
Qeyd edək ki, 1996-97-ci illərdə Azərbaycan Respublikasında özəlləşdirmə keçirilən zaman Ucar rayon pambıq zavodunda işləyən adamların hər birinə səhm verilib. 2009-cu ildən isə zavod MKT İstehsalat Kommersiya MMC-nin nəzdində fəaliyyət göstərməyə başladı. Müəssisənin 3000-dən artıq səhmdarı var.

regionxeberlericom.az







Paylaş:


Müəllif : Tarix:
20-11-2019, 10:30
Sikayət   


loading...
Загрузка...