reklam
Regionxeberlericom.az » Gündəm » Kəmaləddin Heydərovun şirkəti məhkəməyə verildi – Bağlanması tələb olunur

reklam

Kəmaləddin Heydərovun şirkəti məhkəməyə verildi – Bağlanması tələb olunur


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olan “Gilan Holding” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) məhkəməyə verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirlliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən “Gilan Holding”ə daxil olan “Jalə” İstirahət Mərkəzi ilə bağlı iddia qaldırıb. Qurum məhkəmədən istirahət mərkəzinin fəaliyyətini dayandırmağı xahiş edib.

İşə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində hakim Vəfa Əzizovun sədrliyi ilə baxılıb. Vəfa Əzizova iddianı təmin etməyib. Noyabrın 20-də çıxarılan qərarda qeyd olunub ki, iddia ərizəsi məhkəmənin dəftərxanasına kağız daşıyıcıda 13 noyabr 2019-cu il tarixdə daxil olub. Sənəddə daha sonra deyilir: “Məhkəmə iddia ərizəsi üzrə materialları yoxlayaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli 1436-VQDN-li Qanunu ilə (30 dekabr 2018-ci il tarixdə qüvvəyə minmişdir) həmin məcəlləyə «mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qaydada aparılması» adlanan 10-1-ci maddə əlavə edilmişdir.

Həmin maddənin 10-1.3-cü hissəsinə əsasən iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür”.


Paylaş:


Müəllif : Tarix:
21-11-2019, 13:25
Sikayət   


loading...
Загрузка...