"Qışda günlərlə ət, yağ üzünə həsrət qalırıq..." - İcra başçısı isə aciz olduğunu deyir...
Şabran rayonunun Ərəblər kəndinin sakinləri 20 ilə yaxındır mavi yanacaq üzünə həsrət qalıblar. Sakinlər evlərini qızdırmaq və yemək bişirmək üçün odun sobasından istifadə edirlər. DİA.AZ bildirir ki, ara-sıra rayon, ölkə rəhbərliyinə üz tutan kənd sakinləri şikayətlərini mətbuata ünvanlayıblar. Onların sözlərinə görə, illərdir döymədikəri qapı, müraciət etmədikləri ünvan qalmayıb, amma qonşu kəndlərə verilən qazdan Ərəblərə gəlib çıxmır ki, çıxmır. Bunu özlərinə qarşı ögey münasibət kimi dəyərləndirirlər.
“80-ci illərdə Ərəblər kəndinə qaz çəkilib. Təxminən 10 il qazdan istifadə edə bildik. Sovetlər dövründən sonra qonşu kəndlərin də, bizim də qazımız kəsildi. Amma sonralar bütün qonşu kəndlərdə qazın verilişi bərpa olundu, biz kənarda qaldıq”, – sakinlərdən biri deyib.
Kəndlilər hər il qış gələndə dağlara, meşələrə üz tutub odun tədarükünə başladıqlarını söyləyirlər.
Ərəblər Şabran rayon mərkəzindən çox da uzaqda deyil. Sakinlərdən Azər Məmmədovun sözlərinə görə, ucqar dağ kəndinə qaz çəkilir, amma magistral yolun cəmi bir kilometrliyində olan Ərəblər yaddan çıxır. O, bunun səbəbini hələ də öyrənə bilmədiklərini deyir.
Özünü söyadı ilə təqdim edən G.Xalıqov isə bildirir ki, qaz üçün dəfələrlə Şabran Rayon İcra Hakimiyyətinə üz tutub. O, hər il övladlarının çörək pulundan kəsib odun aldığını deyir: “Qışda günlərlə ət, yağ üzünə həsrət qalırıq. Odun tapanda ət ala bilmirəm, ayda 300 manat maaşla 6 nəfərlik ailəni dolandırmaq mümkün deyil. Qışda cəmi 1 gün qonaq olsunlar, dolanışığımızı gözləri ilə görsünlər”.
İmkanı olanlar meşədən kəsilib doğranmış odunu maşınla alır, imkansızlar isə at arabası ilə dağlardan özləri qırıb gətirirlər. Bir maşın odunun qiyməti isə 300 manatdır. Sahinlərin sözlərinə görə, 4-5 nəfərlik, o qədər də böyük olmayan ailə qənaət etməklə, qış mövsümü ərzində ən azı iki maşın odun istifadə edir. Bu isə həm daimi iş yeri olmayan kənd sakinlərinin ailə büdcəsinə zərbə vurur.
“Bu gedişlə həyətimizdə də yaşıllıq qalmayacaq, hamısını qırıb yandıracağıq. Biz də istəyirik ki, başqa kəndlərdəki kimi qazımız olsun. Nə vaxta kimi üst-başımızdan his iyi gələcək?”, – sakinlər deyiblər.
Şikayətçilərin sözlərinə görə, 60 ailədən ibarət kəndin qazlaşdırılması ilə bağlı dəfələrlə rayon icra hakimiyyətinə və digər orqanlara şikayət ediblər. Lakin qaz əvəzinə onlara həmişə vəd verilib: “2012-ci ildə kəndə qaz çəkmək adı ilə köhnə boruları da kəsib apardılar. Neçə ildir icra hakimiyyətinə qazla bağlı yazılı müraciət edirik. Son bir neçə ay ərzində isə 3 dəfə yığışıb Şabran Rayon İcra Hakimiyyətinə getmişik. Həm yeni icra başçısı Asif Hüseynovun, həm də müavinin qəbulunda olmuşuq. Onlar bizə deyiblər ki, bu məsələdə əllərindən heç nə gəlmir, qazlaşma işinə “Azəriqaz” baxır. Hətta onu da dedilər ki, gedin, sizə ucuz qiymətə odun təşkil edərik. Axı bir dəfə 5-10 manat ucuz odun almaqla dərdimiz sağalmayacaq. Biz də normal insan kimi yaşamaq istəyirik, başqa kəndlər kimi Ərəblərə də qaz çəksinlər. Belə getsə, yığışıb Bakı-Quba yolunu bağlayacağıq”, – şikayətçilərdən biri deyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-11-2019, 11:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-11-2019, 11:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25