Sabiq nazirin nəvəsi Poladov vəkil ola bilməyəcək - məhkəmə onun şikayətini rədd etdi
Məhkəmə sabiq vəkilin Vəkillər Kollegiyasından uzaqlaşdırılması barədə qərarı qüvvədə saxlayıb.
Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində sabiq vəkil Vüqar Poladovun Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı qərara apellyasiya şikayətinə baxılıb.
Hakim Səriyyə Seyidovanın sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara əsasən, Vüqar Poladovun şikayəti təmin edilməyib.
Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti V.Poladovun vəkillikdən xaric olunması ilə bağlı qərar qəbul edib və bununla bağlı məhkəməyə müraciət edib.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi VK-nın müraciətini təmin edib. Qərardan narazı qalan V.Poladov apellyasiya şikayəti verib.
Xatırladaq ki, V.Poladov ötən ay dələduzluqda və rüşvət verməyə təhrik etmədə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8600 manat cərimə edilib və onun vəkillik fəaliyyəti ilə məşğul olması 2 illik qadağan edilib. Bu iş üzrə digər təqsirləndirilən - sabiq müstəntiq Misir Əmirov isə 5000 manat cərimə edilib.
Vüqar Poladov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru olub. O, uzun müddət İctimai Televiziyada "İcra məmuru" rubrikasının daimi müsahibi olub və ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib. Sonradan həmin sistemdən uzaqlaşıb və vəkil kimi fəaliyyətə başlayıb.
V.Poladov dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuş Möhsün Poladovun nəvəsidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-11-2019, 16:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-11-2019, 16:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39