Bibiheybətdə uçan yolun altından Ziya Məmmədov “çıxdı” - İLGİNC
Bibiheybət ərazisində baş verən sürüşmə diqqət mərkəzindədir. Məlumat verək ki, noyabrın 24-ü axşam saatlarında paytaxtın Bibiheybət ərazisində sürüşmə baş verib. Sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda hərəkət dayandırılıb. Hadisə nəticəsində yolun asfalt qatı dağılıb. Uçqunun 80-100 metr ərazini əhatə etdiyi bildirilib. Sürüşmə baş verən ərazinin yaxınlığında küçədə hərəkətsiz vəziyyətdə olan “Mercedes” markalı avtomobil uçqunun altında qalıb.
Bu hadisənin başvermə səbəbi nədir? Həmin yol nə zaman çəkilib? Müvafiq qurumlar niyə mətbuat konfransı keçirmirlər? Hadisəyə görə cinayət işi açılacaqmı- kimi ictimaiyyəti maraqlandıran suallar var. “Yeni Müsavat” olaraq bu suallara cavab tapmağa çalışdıq.
Sahə üzrə ekspert Əzim Məsimov “Yeni Müsavat”a hadisənin başvermə səbəbləri barəsində söylədi ki, burada əsas faktor kanalizasiya xəttinin olmamasıdır. Ekspert hesab edir ki, Hacıbala Abulatıbovun Bakının meri olduğu zamanlarda bu ərazilərdə necə gəldi tikintilər aparılıb. Lakin kanalizasiya xətlərinin çəkilməsi unudulub: “Hələ ötən illərdə Badamdarda sürüşmə baş verən zaman söyləmişdim ki, bu əraziləri ciddi sürüşmə hadisələri gözləyir. Çünki ərazidə kanalizasiya xətti mövcud deyil və artıq torpaq layları da su ilə doyub. Ona görə də təzyiq altında sürüşmə baş verib. Dağın altı sudur və laylar sürüşür. Kanalizasiya suyu sonuncu qata qədər çöküb. Söhbət təkcə oradakı evlərin kanalizasiya sularından getmir. Badamdar ərazisinə axıdılan sular da oraya təsir edir. Badamdar min illərdir ki, çökmürdü. Nə oldu birdən-birə çökdü? Deməli, torpağı satıblar, kanalizasiyanı da çəkməyiblər. H.Abutalıbov zamanında bunun qarşısını almalı idi. Lakin o, bunu etmədi. Onda günah görmürəm.
Çünki sahədən məlumatlı deyil. Fizik olan Abutalıbov bu məsələləri dərindən bilə bilməz. Bu kimi səhvlər üzündən dövlət, xalq böyük itkilərə məruz qalır. Oxşar vəziyyət Bakı-Quba yolunda da yaşanır. Orada da çökmələr var. Çünki həmin yolu da tikənlərin sahə ilə bağlı savadları yoxdur. Yamamaqla o yol düzələn deyil. Gərək hamısını söküb, təzədən yol salasan. Başqa çarəsi yoxdur. Heç olmasa bu işlərə nəzarət edən dövlət komissiyası olmalıdır. Həmin komissiya tikilən obyekti sonda yoxlamalı, qəbul etməlidir. Bu cür komissiyalar isə bizdə yoxdur. Ona görə də belə hadisələr baş verir”.
Bəs Bibiheybət yolu nə zaman təmir olunub?
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “BBC Azərbaycanca”ya yolun 2010-cu ildə salındığını və sürüşmə əleyhinə işlərin görüldüyünü, istinad divarlarının qoyulduğunu söyləyib. Bu yol və eləcə də 2009-cu ildə istifadəyə verilən Bakı-Quba-Rusiya yolu o zaman Nəqliyyat Nazirliyinə rəhbərlik edən Ziya Məmmədov və komandası tərəfindən salınıb. Bakı-Quba yoluna, məlumatlara görə, 700 milyon manat xərclənib və o zaman Ziya Məmmədov yolun 30 il ömrünün olduğunu bildirmişdi. Ancaq aylardır həmin yolda təmir işləri aparılsa da, bu işlərin sonu görünmür. Eləcə də Bibiheybət yolu salındıqdan sonra bir neçə dəfə təmir edilib. Sonu isə bəllidir.
“Yeni Müsavat”a danışan media eksperti Zeynal Məmmədli bildirib ki, belə bir önəmli məsələ ilə bağlı müvafiq qurumların rəhbər şəxsləri mətbuat konfransı keçirib, ictimaiyyəti məlumatlandırmalıdırlar: “Hadisə kifayət qədər ictimai önəm daşıyır. Burada insan həyatı diqqət mərkəzindədir. Yəni söhbət insan faciəsindən gedə bilər. Ona görə də ictimaiyyətin informasiya, jurnalistlərin mətbuat konfransı tələb etmələri çox yerindədir və bu xüsusda onlar tamamilə haqlıdırlar. Ona görə də müvafiq qurumlar mətbuat xidmətləri səviyyəsində deyil, ən yüksək rəhbərlikləri səviyyəsində vətəndaşları məlumatlandırmalıdırlar. Bu, vətəndaşın tələbidir. Ancaq çox təəssüf ki, təşkilatlar bu tələbə cavab verməkdə yubanırlar”.
Ekspert Fərhad Mehdiyev “Yeni Müsavat”a bildirib ki, yolun çökməsi nəticəsində külli miqdarda zərər olduğu üçün cinayət işi açıla bilər: “Lakin burada fərqli məqamlar var. Əgər ekspertizanın nəticəsində məlum olsa ki, burada yolu çəkən qurumun səhvi var, o zaman həmin qurum məsuliyyət daşıyır və cinayət işi də onların əməkdaşlarına açıla bilər. Yox, əgər burada kanalizasiya sisteminin çəkilməməsi çökməyə səbəb olursa, o zaman günahkar yol çəkən qurum olmur. Bu zaman da məsuliyyət kanalizasiya sistemini çəkməyən, bu işləri düzgün aparmayan şəxs və ya şəxslər üzərində qalır. Hadisə zamanı cinayət işi adətən o zaman açılır ki, ölüm və ya külli miqdarda zərər olsun. Burada xoşbəxtlikdən ölüm hadisəsi baş verməyib. Lakin görünən budur ki, dövlətə külli miqdarda zərər dəyib. Ona görə də cinayət işi açıla bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-11-2019, 10:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-11-2019, 10:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09