reklam
Regionxeberlericom.az » Gündəm » MİLLİ KITABXANADAKI MIŞOVULLAR – Yazılı tariximiz necə məhv edilir...

reklam

MİLLİ KITABXANADAKI MIŞOVULLAR – Yazılı tariximiz necə məhv edilir...


Azərbaycanının Milli Kitabxanası çox şeylər kimi, mənə indi söyləyəcəyim bir həqiqəti də yenidən xatırlatdı. Bu həqiqət nə idi?

Milli Kitabxanaya gedib sovet dönəmində çap olmuş hansısa bir qəzeti sifariş verib arxivdən gətirtdiyin zaman nəylə üzləşdiyini az sonra görəcəksən. Tozlu səhifələri çevirməyə çalışırsan, ancaq aradığın materialları o səhifələrdə tapacaqsanmı? Axtardığın yazıları səndən əvvəl kəsib aparmış, götürmüşlər. Kartonla cilidlənmiş nəhəg qapaqların arasında üst - üstə yığılmış cırılmış, əzik-üzük edilmiş qəzet parçalarıyla rastlaşacaqsan.

Bunu kimlər edib deyəcəksiniz?

Əlbəttə, mənim kimi hansısa yazıların ardınca bu müqəddəs məkana gəlib sifariş verən oxucudan başqa bu işləri kim edə bilər? İnanmıram, bu məkanda saysız- hesabsız mişovul, ya siçan olsun ki, bu qəzetlərin səhifələrini bu günə sala bilsin.
Daha demirəm ki, o siçan və mişovullardan betər oxumuş siçanlar, mişovullar olan yerdə heç nəyə ehtiyac yoxdur.

Bilirsiniz bu nə deməkdir?

Təsəvvür edin, Qobustan qayalıqlarında əcdadlarımızdan bizə qalmış və əmanət edilmiş o şəkillər, rəsmlər, çizgilər, mənzərələr o daşlar üzərinə döyüldükdən az sonra kimsə gəlib onları kəsib, silib, dağıdıb gedir. Yəqin o zaman geriyə, bu yazılardan əsər- əlamət qalmazdı. Elm isbat edir ki, Qobustandadaşların üzərindəki şəkillər əməllli-başlı yazılardır. Məsələn, Razim Əliyev adlı dəyərli bir alim güzgü oxunuşu vasitəsi ilə Qobustandakı qayaüstü rəsimləri istənilən rəsmi yazı kimi oxuya bilir. Bu, əlbəttə, Qobustan qayaüstü rəsmlərin çözümündəki yeni dövrdə yeni nailiyyətlərimiz də hesab edilməlidir. Məsələ bu deyil. İndi bu qəzetlərə baxarkən adam əsəbləşməyə bilmir. Axı bura gələn insanlar, bu qəzetləri bu kökə salan adamlar oxumuş, savadlı, ağıllı, zəkalı insanlardır. Bu insanlar hər şeyi düşünə bilirsə, nədən bu qəzetləri bir yığın zibilə çevirirlər. Heçmi düşünümürlər ki, bu qəzet toplularının hər biri xalqın sərvəti, millətin malıdır. Onları bir başqa yerdən təmin etmək olduqca çətindir. Axı bir kəsə lazım olan material, minlərlə adama da gərək ola bilər. Özündən sonra bir kimsəni düşünmədən bu addımı atan kim olursa olsun, yaxşı adam deyil. Bu adamlardan nə desən gözləmək olar. O adam kimsə, o kəsib, cırıb oğurladıqları səhifələri heç bir xeyirliyə işlədə, sərf edə bilməz. Hətta elmi iş yazanlar, alim olmaq istəyənlər olsa belə, yenə də hüsrana uğrayıb şərə tuş gələcək. Çünki bu cür haqq- hesabın təməlində halallıq və halallıq lazımdır. Bu rəsmən oğurluğun lap yekəsidir. Bu qədər də ziyan vurmaq hansı sağlam ağlın, qafanın işi sayılmalı?

Mən indi anladım ki, niyə bizim ən dəyərli abidələrimiz Vatikandan, Drezdendən, Sankt-Peterburq, Tiblis və digər arxivlərdən tapılıb indi- indi geri qaytarılır. Mən o arxivlərdəki materialların artıq vətənə gətirilməsinin əleyhinəyəm. Nə yaxşı ki, “Kitabi Dədə Qorqut” dastanları Vatikanda və Drezdendə saxlanılıbmış. İnanın, buralarda qalsaydı, bu gün bu dastanın, abidənin izinə -tozuna rast gələ bilməzdik. Sağ olsun yenə o xain ingilis, namərt alman, oğru yəhudi, qəspkar fars, rus, hiyləgər fransız. Sağ olsun ki, bizim dəyərli əlyazmalarımızı və sənət nümunələrimizi, mədəniyyət izlərimizi vaxtında buralardan qan- tər içindəsilib süpürüb aparıblar. Yoxsa, indiki Milli Kitabxanasındakı 60-70 il, lap 10 il bundan əvvəl çıxan qəzetlərin didik - didik edilimiş səhifləri kimi, o əlyazma və sənət nümunələri, abidələrin də ya izi - tozu itiriləcək, ya da cırıx-cırıx edilib zibil yığınına dönüşdürüləcəkdi.

Oxumuş adamların özündən sonrakı soydaşını, lap belə bir insanın ehtiyacını düşünməməsini nəylə izah etmək olar?

Gerçəkdən, söylədiyim, dilə gətirdiyim bu məsələ böyük bir naqislikdən, namərtlikdən, insanlığa, özəlliklə oxumuşluğa yaraşdırmadığım bir çirkinlikdir. Mən Azərbaycan insnının belə əxlaqını gördükdən sonra deyirəm ki, amanın günüdü, bu insanları dəftər - kitaba yaxın buraxmayın, qoyun, gedib mal - qoyun dalınca sürünüb günlərini gün eləsinlər. Heç olmasa əlimizdə - ovucumuza qalmış pis - yaxşı gələcəyə ötürəcəyimiz bir keçmiş var. O keçmişi bizim oxumuş insanlara həvalə etmək, onların ümidinə buraxmaq əsla olmaz. Bu insanlar xalqı, dövləti qorumaq üçün sərhəddə görəvini icra edən əsgərdir ki, bir yer tapıb daldalada gizlənərək yatıb yuxuya gedir. Bu səfil və nanəcib insanlar o kəslərdir ki, düşmən gəlir dediyinidə silah - sursatı mənim gözlərimin önündə atıb qaçan bax həmin o misgin insanların qan qohumu, ciyarparəsidir. Yaxşı ki, Qobustan qayası, Qız qalası, Gəmiqaya abidəsi, Xudafərin körpüsü daşlardan ibarətdir. Yoxsa, onlardan da günümüzə bir iz - toz belə qalmazdı. Bizim bəzi oxumuş kəsimin boş - boş danışıqlarına fikir verməyin, onlar üçün millətin tarixi, keçmişi kimi qutsal məfhumlar yox dərəcəsindədir.

Biz tarixini Milli Kitabxana örnəyində digər soydaşlarıyla əsla paylaşmayan bir toplumamı çevrilməyə başlayırıq yoxsa? Tarixi paylaşmayan, torpağı da öz soydaşıyla paylaşmaz, torpağı paylaşmayan çörəyi də paylaşmaz. Biz bu tavırımızla gələcəyi keçmişsiz qoyub, gələcəyi tənhalaşdıran bir millətin övladları olmağa can atırıq.
Milli Kitabxanadakı o mənzərəni gördükdən sonra, bir daha inandım ki, bizim oxucu, oxumuş kəsimimiz mədəniləşməkdənsə, barbarlığa doğru daha da üz tutmağa başlayıb. //bakupost.az//


Paylaş:


Müəllif : Tarix:
29-11-2019, 15:35
Sikayət   


loading...
Загрузка...