Kənd təsərrüfatındakı “”Diqlas" hadisələri" - fermerlərə dövlət yardımı olacaqmı...
“Diqlas” yanğını zamanı sahibkarlara onminlərə, yüzminlərlə manat məbləğində ziyan dəyməsi, daha sonra prosesin prezident tərəfindən nəzarətə götürülərək sahibkarlara dövlət yardımı verilməsi hər kəsə məlumdur. Dövlət başçısı da bu hadisə ilə bağlı keçirdiyi müşavirədə bir daha vurğuladı ki, ölkədə sığorta sahəsində boşluq olduğundan bu cür ağır məqamlarda məhz dövlət sahibkarın yanında olur, ona dəstək verir.
İqtisadiyyatın ən çox risk daşıyan sahələrindən biri də kənd təsərrüfatıdır və bu sahə son illər dövlət üçün prioritet elan edilib. Vaxtaşırı olaraq təbii hadisələr səbəbindən fermerlərə onminlərlə manat məbləğində ziyan dəyir və aqrar sığorta olmadığından dəyən zərər hər hansı formada kompensasiya edilmir. Nəticədə insanların gözü qorxur, kənd təsərrüfatına maraq azalır, motivasiya sıfıra düşür. Avropanın əksər ölkələrində aqrar sektorun əsas inkişaf səbəblərindən biri də dövlətin bütün riskləri üstlənməsidir. Azərbaycanda isə fermer bütün təbiət hadisələrində və digər risklərdə təkbaşınadır. Bunun nəticəsidir ki, bir çox aqrar məhsullar üzrə hələ də ölkənin xaricdən asılılığına son qoyulmayıb. Bu zaman dövlət nə etməli? Kənd təsərrüfatında mövcud olan riskləri də dövlət öz üzərində götürməlidir, yoxsa aqrar sığortanın tətbiqini genişləndirməklə fermerlərin risklərini paylaşmalıdır?
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirdi ki, hər il dəfələrlə aqrar sektorda çalışan fermerlər kütləvi zərərə düşür və bu hər hansı formada kompensasiya edilmir: “Dövlət təbii hadisələr zamanı əkin sahələrinə ziyan dəyən fermerlərə də dəstək olmalıdır. Çünki hər il ”Diqlas" yanğını kimi hadisələr kənd təsərrüfatında da baş verir. Hər il daşqın, sel, çay daşması, dolu düşməsi kimi hadisələr baş verir və təsərrüfat sahələrində məhsullara ziyan vurur. Bu hazırda çox aktual məsələdir. Hal-hazırda Kənd təsərrüfatı Nazirliyində aqrar sahədə risklərin idarə olunması ilə bağlı sənədlər müzakirə mərhələsindədir. İlk növbədə kənd təsərrüfatında risklər müzakirə olunmalıdır. Əvvəllər belə bir sənəd olmayıb. Sığortaya gedən ilk yol məhz risklərin ciddi təhlilindən keçir. Çünki kənd təsərrüfatında çoxsaylı risklər var. Bu proqram hazırlanarsa, aqrar sığortanın tətbiqi üçün ilkin addım atılmış olar".
Ekspert etiraf etdi ki, sığorta şirkətlərinin kənd təsərrüfatı sahəsinə marağı yoxdur: “Ölkədə 18 sığorta şirkəti fəaliyyət göstərsə də, onlardan cəmi 4-ü kənd təsərrüfatının müəyyən seqmentlərinə sığorta verir. Hər il büdcədən kənd təsərrüfatının sığortası üçün təxminən 1 milyon manata yaxın sığorta şirkətlərinə vəsait ayrılır. Ancaq i vəsait istifadə olunmur və yenidən geri qaytarılır. Sığorta şirkətləri bu sahədə maraqlı deyillər”.
Azərbaycanda özünü doğruldacaq modelə gəlincə, N.Nəsirli Türkiyənin Tarsim modelini daha uyğun hesab edir: “Maliyyə Bazarlarına Nəzarət Palatası Türkiyənin Tarsim modelinə uyğun bir model hazırladı və onu ictimai rəyin müzakirəsinə verdi. Orada Türkiyə modelinə istinad olunmuşdu, bir Zəmanət Fondunun yaranması nəzərdə tutulurdu ki, o fond kənd təsərrüfatında baş verən hadisələrə dövlət zəmanəti versin və şirkətlər burada aktiv iştirak etsinlər. Ancaq bu məsələ elə müzakirə mərhələsində qaldı. Aradan 1 il vaxt keçsə də, biz bir reallıq görmürük”.
Nicat Nəsirli hesab edir ki, kənd təsərrüfatında əsas problem itkilərin qarşısının alınmasıdır: “Risklərin böyük hissəsini təbiətin şıltaqlıları təşkil edir, biz məhsuldarlığı itiririk. İndi ilkin yaz dövrüdür, dolu yağacaq. Daha sonra yaz gələcək və zərərvericilərin əkinə ziyan verməsi dövrü başlayacaq. Yayın ortasında isə kütləvi sirayətlənmə, çəyirtkə hücumları baş verəcək. Kənd təsərrüfatının hər dövründə risk var, bu risklərin təhlili mütləq lazımdır ki, aqrar sektorda ilk hansı sahələr sığortalana bilər. Bunlar ciddi iqtisadi təhlil tələb edən məsələlərdir. Dünyada bu praktika yoxdur ki, kənd təsərrüfatını başdan-başa sığortalansın. Çünki risklər həddindən artıq çoxdur. Dövlət onun hamısını sığortalaya bilməz, orada obyektiv və subyektiv məsələlər var. Bəzən fermerin özünün bilməməzliyi, səhvi ucbatından dəyən zərərlər olur. Fermer görür ki , sahəsi sirayətlənir, gedib 10 manatlıq bir dərman alıb, sahəyə vurmur. Ona görə də, dəqiq müəyyən olunmalıdır ki, hansı halda fermerə dəstək olunmalıdır, hansı hal təbii fəlakət sayılır. Bunun mexanizmi hazırlanmalıdır ki, təbii risklər nədən ibarətdir”.
İqtisadçının sözlərinə görə, hazırda Kənd Təsərrüfatı Nazirliyində risk proqramı hazırlanır: “Bu proqram hazırlandıqdan sonra biz görəcəyik ki, risklər nədən ibarətdir. Sığorta şirkətləri fermerə pulu nəyin əsasında verməlidir. Bunlar ciddi ictimai müzakirə tələb edən məsələlərdir. Sığorta sisteminin və fermerin müdafiə sisteminin olmaması motivasiyaya çox ciddi təsir edir, ikincisi də iqtisadi fəallığa təsir göstərir. Hazırda kənd təsərrüfatında işləyən 854 min ailə var. Onların hansından soruşsaq ki, rentabelli biznes qura bilmisənmi, xeyr cavabı verəcək. Çox təəssüf ki, bu gün bizdə kənd təsərrüfatına biznes yanaşması yoxdur. İnsanlar ancaq gündəlik tələbatlarını ödəmək üçün əkirlər. Bu isə ölkənin müasir çağırışlarına cavab vermir. Artıq bu sahə biznesə çevrilməlidir. Model olaraq yaxın ölkələrin modelinə müraciət etməliyik. Bu günə kimi ölkədə kənd təsərrüfatında risk faktorları müzakirə olunmayıb. Hansı riskin nə qədər iqtisadi ziyan verməsi müəyyən edilməyib. Hələ ki, biz bunun müzakirə mərhələsindəyik. 2019-cu ildə bu istiqamətdə uğurlu bir addım atılmasını gözləmirəm. Yəqin ki, 2020-ci ildə normal bir mexanizm ortaya qoyulacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-03-2019, 10:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-03-2019, 10:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16