reklam
Regionxeberlericom.az » Gündəm » Kəmaləddin Heydərov Prezidentin tapşırıqlarına əməl etmir – Üç aydır…

reklam

Kəmaləddin Heydərov Prezidentin tapşırıqlarına əməl etmir – Üç aydır…


Məlum olduğu kimi, Prezidentin tapşırığına əsasən, nazir və komitə sədrləri, eləcə də, dövlət qurumlarının digər vəzifəli şəxsləri mütəmadi olaraq vətəndaşlarla görüşüb onların problemlərini dinləyirlər.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüş vaxtı təyin olunmağına baxmayaraq, nazir vətəndaşları qəbul etmir.

Cəlilabad, Neftçala və Şəmkir rayonlarının sakinlərindən Unikal.org-a bildirilib ki, onlar Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşə getsə də, nazir gəlməyib.

Belə ki, 2019-cu ilin iyul-noyabr aylarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə görə Kəmaləddin Heydərov iyulun 26-da Ağdamda (Quzanlı) vətəndaşları qəbul etməli idi. Ancaq nazirin görüşü 27 iyulda baş tutub.

K.Heydərovun əhali ilə sonuncu görüşü də elə o olub. Nazir və komitə sədrlərinin avqust ayında vətəndaşları qəbuletmə cədvəlində K.Heydərovun adı yoxdur. Lakin sözügedən rəsmi cədvələ görə, sentyabrın 27-də Cəlilabadda, oktyabrın 25-də Neftçalada, noyabrın 29-da Şəmkirdə görüş nəzərdə tutulsa da, K.Heydərov heç bir qəbulu həyata keçirməyib.

Belə çıxır ki, “fövqəlnazir” Prezidentin tapşırıqlarına əməl etməyərək, üç aydır ki, vətəndaşlarla görüşüb, onların problemlərini dinləmir.


Paylaş:


Müəllif : Tarix:
2-12-2019, 14:20
Sikayət   


loading...
Загрузка...