reklam
Regionxeberlericom.az » Gündəm » Ləğv edilmiş MBNP-nın qərarlarının İCRA MÜƏMMASI: - “Yalnız Mərkəzi Bankın iradəsi ilə...”

reklam

Ləğv edilmiş MBNP-nın qərarlarının İCRA MÜƏMMASI: - “Yalnız Mərkəzi Bankın iradəsi ilə...”


“Palatanın ləğv olunması vaxtilə verilmiş qərarların qüvvədən düşməsi anlamına gəlmir”.

Prezidentin 2019-cu il 28 noybar tarixli sərəncamı ilə ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qəbul etdiyi bank sektorunun fəaliyyətinin tənzimlənməsinə yönəlik qərarların icra vəziyyətilə bağlı müəyyən suallar yaranıb.

Bu sırada Palatanın təqribən bir əvvəl təsdiqlədiyi “Bank kapitalının və onun adekvatlığının hesablanması qaydaları”na dəyişikliklərin aqibəti daha çox maraq doğurur.

Çünki 30 noyabrın 30-dan qüvvəyə minməsi gözlənilən və aktivlərdən asılı olaraq, bank risk qruplarının təsnifatının genişləndirilməsini, bazar və əməliyyat riskləri üçün minimum kapital tələblərini, eyni zamanda, bir sıra digər məsələləri ehtiva edən dəyişikliklər bank sektoru üçün çox böyük əhəmiyyət daşıyır.

Lakin MBNP-nın ləğvi və bank sektoruna nəzarət funksiyasının tamamilə Mərkəzi Banka verilməsi yeni situasiya yaradıb. O baxımdan, Mərkəzi Bankın MBNP tərəfindən qəbul edilmiş bir sıra qərarlara yanaşması maraq doğurmaqla bərabər, həm də bank sektorunun fəaliyyətinin tənzimlənməsində həlledici amilə çevrilir.

Bu barədə Yenicag.az-a açıqlama verən sabiq maliyyə naziri, professor Saleh Məmmədovun sözlərinə görə, MBNP-nin fəaliyyətdə olduğu müddətdə qəbul etdiyi qərarlar qüvvədən salınmadığı müddətdə icra olunmalıdır:

“Palatanın ləğv edilib-edilməməsindən asılı olmayaraq, hökumət tərəfindən qərarların keçicilik prinsipi mövcuddur. Ona görə də qəbul edilən və qüvvədə olan istənilən qərar icra olunmalıdır.

Palatanın ləğv olunması isə vaxtilə verilmiş qərarların qüvvədən düşməsi anlamına gəlmir. Həmin qərarlar bundan sonra yalnız hökumətin və ya konkret olaraq, Mərkəzi Bankın istəyi ilə ləğv oluna bilər”.

Qeyd edək ki, prezident İlham Əliyevin yuxarıda qeyd olunan sərəncamına əsasən, maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Mərkəzi Banka verilib.


Paylaş:


Müəllif : Tarix:
3-12-2019, 11:23
Sikayət   


loading...
Загрузка...