"Diqlas"a göstərilən diqqət Sumqayıtdakı "Karvan"a niyə şamil olunmadı? - Prezidentə müraciət olundu
"Hörmətli redaksiya, bizim külli miqdarda maddi zərərə düşməyimiz haqda şikayətlərimiz dəfələrlə mətbuatda işıqlansa da , bu barədə 6 il ərzində müraciət etmədiyimiz qurum,məsul şəxs qalmasa da, şikayətlərimizin çəkisi fantastik dərəcəyə- 15 kq-a çatsa da problemimiz öz həllini tapmır. 2013-cü ilin oktyabrında “Karvan” Ticarət Mərkəzində baş verən dəhşətli yanğın zaman bizə-Sumqayıt sai kinlərinə- Şirəli Əsgərova 170 min, Füzuli Quliyevə 55 min(ümumilikdə 225 min manat) zərər dəyib və zərərin miqdarı məhkəmə tərəfindən rəsmən təsdiqlənib. Ancaq buna baxmayaraq “Karvan”ın icraçı direktoru Kamil Əhədov ədalətsiz olaraq bizə dəyən zərəri indiyəcənilə min bir bəhanə ödəmək istəmir". Bu sözlər DİA.AZ-a müraciət edən sahibkarlara aiddir.
Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Saytınız vasitəsilə cənab prezident İlham Əliyevə müraciət edərək bildirmək istəyirik ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov da səyyar görüşdə söz verdi ki,ziyanınız ödəniləcək,amma sonradan o da bildirdi ki, o heç nə edə bilməz,problemi həll etməyə gücü çatmır.
Mallarımız yananacan biz ticarətlə məşğul olub dolanışığımız təmin edirdik.Lakin yanğın nəticəsində bizə dəyən ziyandan sonra maddi durumumuz hədsiz dərəcədə pisləşib,banklara olan külli miqdarda borcumuzu ödəyə bilmirik və hal-hazırda acınacaqlı vəziyyətdəyik. Sizin martın 26-da Bakının Nizami rayonu ərazisindəki “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində sahibkarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi haqda operativ qərarınız çox humanist addımdır. Bu qərarınızla siz sübut etdiniz ki,dövlət bütün hallarda vətəndaşın yanındadır ,prezident olaraq vətəndaşların problemlərinə çox həssas yanaşırsınız ,laqeyd qalmırsınız ,tez bir zamanda reaksiya verirsiniz və hamının prezidentisiniz.Amma nə səbəbdənsə illərdir sizə və vitse-prezident xanım Mehriban Əliyevaya etdiyimiz minlərlə müraciətlərə indiyəcən müsbət reaksiya verilməyib.
Biz də istərdik ki,siz “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarlar kimi bizim ailələri də sevindirəsiz və bizə dəyən ziyanın ödənilməsi üçün tədbir görülməsinə göstəriş verəsiniz!Bizə dəyən ziyan özü də rəsmən məhkəmə tərəfindən tanınıb və ziyanın miqdarı “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarların mallarından fərqli olaraq dəqiq müəyyən edilib,ziyanın kimin ödəməli olması da məlumdur-bu “Karvan” ticarət mərkəzinin rəhbərliyidir . Hansı ki,bizim malların təhlükəsizliyinə cavabdeh idi.Bununla bağlı o zaman cinayət işi də açılmışdır.Biz də Azərbaycan vətəndaşıyıq və hüquqi dövlətdə yaşadığımızdan istəyirik ki,hüquqlarımız təmin olunsun,bizə dəyən ziyan ödənilsin!Maddi,mənəvi sıxıntı keçirən zərərçəkən vətəndaş kimi sizdən bu məsələni öz nəzarətinizə götürmətinizi xahiş edirik!"
Paylaş:
Müəllif : Yazar
Tarix:30-03-2019, 15:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
"Hörmətli redaksiya, bizim külli miqdarda maddi zərərə düşməyimiz haqda şikayətlərimiz dəfələrlə mətbuatda işıqlansa da , bu barədə 6 il ərzində müraciət etmədiyimiz qurum,məsul şəxs qalmasa da, şikayətlərimizin çəkisi fantastik dərəcəyə- 15 kq-a çatsa da problemimiz öz həllini tapmır. 2013-cü ilin oktyabrında “Karvan” Ticarət Mərkəzində baş verən dəhşətli yanğın zaman bizə-Sumqayıt sai kinlərinə- Şirəli Əsgərova 170 min, Füzuli Quliyevə 55 min(ümumilikdə 225 min manat) zərər dəyib və zərərin miqdarı məhkəmə tərəfindən rəsmən təsdiqlənib. Ancaq buna baxmayaraq “Karvan”ın icraçı direktoru Kamil Əhədov ədalətsiz olaraq bizə dəyən zərəri indiyəcənilə min bir bəhanə ödəmək istəmir". Bu sözlər DİA.AZ-a müraciət edən sahibkarlara aiddir.
Paylaş:
Müəllif :
Yazar
Tarix:30-03-2019, 15:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29