reklam
Regionxeberlericom.az » Gündəm » "Həmin abidəni iki dəfə yandırmağa da cəhd ediblər" - QALMAQAL

reklam

"Həmin abidəni iki dəfə yandırmağa da cəhd ediblər" - QALMAQAL


Sabirabad rayon sakini Mirismayıl Tağıyev ulu babasının 1900-cü ildə inşa etdirdiyi tarixi hamamın yararsız hala düşdüyünü deyib.

regionxeberlericom.az bildirir ki, bu barədə Axar.az-a danışan Mirismayıl Tağıyev bildirib ki, həmin hamam rayon üzrə qeydiyyata alınan 17 yerli tarixi əhəmiyyətli memarlıq abidəsindən biri olsa da, aidiyyəti qurumlar təmirlə bağlı tədbir görmür.

“Həmin abidəni iki dəfə yandırmağa da cəhd ediblər. Bununla bağlı məktub yazmışam, bildiriblər ki, məktubunuza cavab veriləcək. Amma heç bir nəticə yoxdur”, - şikayətçi qeyd edib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynovun sözlərinə görə, Sabirabad rayonunda yerləşən tarixi hamam dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidəsi kimi Dövlət Xidmətinin nəzarətindədir. XIX əsrin sonlarında inşa olunan hamam bir neçə ilə öncəyə qədər istifadədə olub. Hazırda isə hamamın bərpaya ehtiyacı var. Bərpa ilə bağlı yaxın vaxtlar üçün hər hansı işlərin aparılması nəzərdə tutulmayıb.

F.Hüseynov deyib ki, sözügedən hamam yerli əhəmiyyətli abidə kimi özəlləşdirilib, bərpa edilərək istifadə oluna bilər:

“Bu məsələ ilə bağlı müraciət etmək istəyən şəxslər həmin abidəni hansı məqsədlə istifadə edəcəkləri ilə bağlı layihə hazırlayıb müvafiq qaydada müraciət edə bilər. Müraciətə baxıldıqdan sonra müvafiq qərar verilə bilər”.

Qeyd edək ki, sözügedən hamam ölkə üzrə qeydiyyatda olan 6308 abidədən biridir.


Paylaş:


Müəllif : Tarix:
5-12-2019, 10:30
Sikayət   


loading...
Загрузка...