AzTV sədri Rövşən Məmmədovdan Prezidentə ŞİKAYƏT olundu
KONKRET.az-ın redaksiyasına Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətindəki (AzTV) “kadr islahatları” ilə bağlı şikayət və müraciətlər gəlməkdə davam edir. Bu müraciətlərdən biri də keçmiş ideoloq Əli Həsənovun kadrı kimi tanınan Rövşən Məmmədov tərəfindən uzun illərdi televiziyada çalışan mütəxəssislərdən olan Knyaz Mehdiyev və onun ailəsinə qarşı edilən ədalətsizliklə bağlıdır. KONKRET.az məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edən Sədaqət Hüseynovanın məktubunu təqdim edir:
“Hörmətli Prezidentimiz, cənab İlham Əliyev, Sizin BDU-nun 100 illik yubileyindəki çıxışınızı dəfələrlə dinləyib ailəmin adından Sizə müraciət etmək istəyirəm.
Möhtərəm Prezident, Siz öz çıxışınızda rəhbər işçilərin yaşlı işçilərə qarşı islahatların düzgün və işçinin bacarığına uyğun aparılmasını söylədiniz. Bu baxımdan mən AzTV sədri Rövşən Məmmədovun özbaşınalığı sayəsində qarşılaşdığımız problemlərdən danışmaq istəyirəm. Belə ki, mən, həyat yoldaşım və oğlum uzun illərdi Dövlət Televiziyasında çalışmağımıza baxmayaraq, R.Məmmədov kanala rəhbər gətiriləndən sonra hər üçümüzü heç bir əsası olmadan işdən kənarlaşdırıb. Həyat yoldaşım və oğlum onun tərəfindən qanunsuz olaraq qabaqcadan xəbərdarlıq edilmədən bir günün içində – 01/02-2019-cu ildə məcburən və təhdidlə işdən azad edilib.
Xatırladım ki, həyat yoldaşım, Azərbaycan Televiziyasının keçmiş baş mühəndisi Knyaz Mehdiyev Ulu Öndərimiz Heydər Əliyev və Sizin tərəfinizdən iki fəxri ada layiq görülüb. Peşəkar televiziya işçisi və əməkdar mühəndis olmasına baxmayaraq, o, R.Məmmədov tərəfindən böyük ədalətsizliklə üzləşib. Bu “gənc sədr” hansı əsasla 45 illik iş stajı olan işçinin, Azərbaycanın televiziya məkanında bacarığına görə tanınan güclü bir mütəxəssisin illərlə şirkətə verdiyi dəyərli əməyini bir günün içində öz ambisiyalarına qurban verib?! Əgər sədr Knyaz Mehdiyevi yaş həddinə görə işdən kənarlaşdırırsa, o halda şirkətə dəvət etdiyi 70-80 yaşında olan işçiləri niyə nəzərə almır?! Yaxud özünün vəzifəyə gətirdiyi həyat yoldaşının əmisi, texniki biliyi olmayan və mənim yoldaşımdan da yaşlı olan Xəlil Məmmədovu, onun qaynı Xanəli Zeynalovu və digərlərini niyə nəzərə almır?!
Qeyd edim ki, uzun illər AzTV-də çalışan, 2015-ci ildə öz bacarığını Olimpiya oyunlarının çəklişində nümayiş etdirən 34 yaşlı oğlum Həmid Mehdiyev də atası ilə eyni gündə işdən qanunsuz və məcburən azad edilib.
Cənab Prezident, Sizdən artıq dərəcədə xahiş edirəm ki, AzTV sədri Rövşən Məmmədovun ailəmə qarşı etdiyi məmur özbaşınalığına son qoyub, həyat yoldaşımın və oğlumun pozulmuş haqlarının bərpa edilməsinə kömək edəsiniz.
Hörmətlə, Sədaqət Hüseynova”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-12-2019, 09:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-12-2019, 09:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25