Dilqəm Əsgərovun oğlu NARAZIDIR: - “Atamgil həkim nəzarətində saxlanılır”
“Atam Dilqəm Əsgərov və onunla birgə Qarabağda girov saxlanılan Şahbaz Quliyevin səhhətində ciddi problemlər var”. regionxeberlericom.az bildirir ki, bunu Modern.az-a D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.
O qeyd edib ki, atası artıq 6 ilə yaxındır qanunsuz olaraq girovluqda saxlanılır:
“Atam illərdir ki, ermənilərin əlindədir. Ötən müddət ərzində Azərbaycan dövləti, beynəlxalq təşkilatlar Ermənistana əsir və girovların “hamının-hamıya” prinsipilə dəyişdirilməsi təklifini irəli sürüb. Əfsuslar olsun ki, ermənilər bu təklifi rədd edərək, Azərbaycanda saxlanılan erməni diversantlarla atam Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinə razılıq verməyiblər. Onlar qanunsuz olaraq erməni girovluğunda saxlanılırlar”.
K.Əsgərov qeyd edib ki, 2 ildən çoxdur atasından şəkil və videogörüntü almır:
“Çox istərdik ki, heç olmasa “Skipe” vasitəsilə danışaq. İllərdir bu arzumuz nəzərə alınmır. Heç olmasa görüntü vasitəsilə ona baxaq. Qırmızı Xaç Komitəsi öz mandatına uyğun olaraq başçəkmə həyata keçirir, bu barədə bizi məlumatlandırır. Amma bu, kifayət deyil. Bizə bildirməsələr də, bilirik ki, 6 ildə atamın və dostu Şahbazın səhhəti yaxşı deyil, onların sağlamlığında bəzi problemlər yarandığından həkim nəzarətində saxlanılırlar.
Ermənilər nə istəyir bu iki nəfər yaşlı, xəstə insandan, onu anlaya bilmirəm! Onlar bu iki xəstə insandanmı qorxurlar?! Yoxsa Azərbaycandakı bəzi qüvvələrmi onların azad edilməsinə mane olur?!”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-12-2019, 16:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-12-2019, 16:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25