“Quba İcra Hakimiyyətindən deyirlər ki, hara istəyirsən yaz” - GİLEY
“Çarpayımın ətrafına, otaqların hər küncünə vedrələr düzmüşəm ki, yağış yağanda otaqlar suyla dolmasın. Bu dəqiqə yağış yağır, yorğan-döşəyim, pal-paltarım suyun içindədir. İllərdir ki, xəstə qızımla bu vəziyyətdə yaşayıram. Hara müraciət edirəmsə, deyirlər, sənin evini təmir etməyə dövlətin imkanı yoxdur. Mənimsə pensiyam heç dərmanlarıma çatmır, indi necə olsun, mən bu zillətin içində necə yaşayım?” Qubanın Gədik kənd sakini Mirvari Mehrəliyevanın 78 yaşı var. O, xəstəlikdən əziyyət çəkən qızı ilə birlikdə qəzalı evdə yaşayır.
regionxeberlericom.az-un DİA.AZ-a istinadən məlumatına görə, Mirvari xanım danışır ki, yaşadıqları ev 1936-cı ildə tikilib və istismar müddətini çoxdan başa vurub. Ancaq imkansızlıqdan evin dağılan hissələrini bərpa edə bilməyib. Nəticədə həm qızı, həm də özü xəstəlik tapıb. “Gözlərimiz görmür, nəmişlikdən ayaqlarımız da tutulub, ciyərlərimiz, böyrəklərimiz sıradan çıxıb. Dam örtüyü dağılıb deyə, yağış evin içinə yağır. Yayda isə tavandakı deşiklərdən evə ilan girir. Bilmirik ki, özümüzü necə qoruyaq. Başqa nə deyim, hər şey göz qabağındadır. Yağış yağır, otaqları su basır. Ona görə də vedrələr, ləyənlər düzürük”, – şikayətçi danışır.
Mirvari xanım problemi hər yerə yazıb, hətta prezidentə də… O, ölkə başçısına yazdığı məktublarda evinin təmiri üçün aidiyyəti qurumlara tapşırıq verməsini xahiş edib. Ancaq müsbət cavab alımayıb: “İlham Əliyevə yazdığım məktublar Qubanın İcra Hakimiyyətinə gəlir, ordan da bir mənə parça kağız gəlir ki, sənin prezidentə yazdığın məktub bizə gəlib. Vəssalam… Bu cümlədən başqa ortada heç nə yoxdur. Əgər bu məktub icra hakimiyyətinə göndərilibsə, deməli, tədbir görülməsi üçün göndərilib, ancaq görünür, bunlar Prezident Administrasiyasını da saymırlar. İcra hakimiyyətinə gedəndə deyirlər, əlin hara çatır, yaz. Prezident Administrasiyasından yüz belə məktub gəlsə də, xeyri yoxdur. Çünki sənin evini təmir etmək bizim vəzifəmizə daxil deyil”.
Mirvari Mehrəliyeva kənd bələdiyyəsinə də müraciət edib. Bələdiyyədən ona bildirilib ki, evin təmiri üçün bələdiyyə fondunda pul yoxdur.
Mirvari Mehrəliyeva qorxur ki, bir gün qəzalı ev tamamilə çökər, qızı ilə daş-kəsəyin altında qalar. Ancaq köç etməyə başqa yeri də yoxdur. Ona görə də gecələri yuxusuz qalır: “Səhərə qədər nə mən, nə də qızım yata bilirik. Səlsəkə içində oluruq. Yağış, külək bərkiyəndə qorxuruq ki, ev başımıza dağılar. Bir evin ki daşları hissə-hissə qopub düşür, o evin içində necə rahat yaşayaq?"
Paylaş:
Müəllif : Yazar
Tarix:9-12-2019, 18:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-12-2019, 18:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01