reklam
Regionxeberlericom.az » Gündəm » Ölkədən qaçan keçmiş məmur hüquqşünası təhdid edibmiş

reklam

Ölkədən qaçan keçmiş məmur hüquqşünası təhdid edibmiş


Nərimanov Rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı ölkədən qaçdığı bildirilən Rəfael Abdullayev tanınmış hüquqşünas Aslan İsmayılovu təhdid edibmiş.

Bu barədə Aslan İsmayılovun özü bildirib. Onun sözlərinə görə, hadisə 2015-ci ildə baş verib. Həmin vaxt Rəfael Abdullayev Sabunçu Rayon İcra Hakimiyyətində işləyirmiş:

“14 sentyabr 2015-ci il tarixdə Kürdəxanı tərəfdə özlərini İcra Hakimiyyətinin nümayəndələri kimi təqdim edən idmançı formasında olan 4 nəfər NİVA maşınında, eyni görkəmli Rəfail adlı şəxs isə 10 SD 300 avtomobil nişanlı 200 minlik Mersedes G Klass avtomobilində gəlib məni və hüquqlarını müdafiə etdiyim şəxsi təhdid etdilər.

Şikayət edəcəyimi bildirdikdə isə “hara istəyirsən yaz” deyib, məni davaya çəkməyə başladılar. Onların dava salmaq istədiklərini görüb əvvəldən hazırladığım sənədləri, Reyestrdən çıxarışı, qanunlardan qeydləri ona təqdim edib, dərhal oranı tərk etdim.

Baş vermiş hadisə barədə dərhal İcra Hakimiyyətlərinin tabe olduğu Prezident Administrasiyasının məsul işçilərinə müraciət etdim. Müraciətimdə soruşurdum ki, Sabunçu rayonun rəsmi saytında İcra Hakimiyyətinin hüquq şöbəsinin hüquqşünası kimi çalışdığı bildirilən Abdullayev Rəfailə (hüquq diplomunun saxta olması ilə bağlı rəsmi sənəd də təqdim etmişdim) şəxsi torpaq sahəsində hasar çəkməyə qadağa qoymaq səlahiyyətini kim verib? Rəsmi 300 AZN civarında maaşı olan bir şəxs hansı resurslar hesabına dəyəri 200.000-lik avtomobildə gəzərək vətəndaşlardan xərac yığır? Müraciətlərimə reaksiya verilmədi.

Bu günlərdə isə mətbuatdan oxuyuram ki, vaxtilə Sabunçunun icra başçısı Adil Vəliyevin himayə etdiyi R.Abdullayev məsuliyyətdən yayınmaq üçün ölkəni tərk edərək Ukraynaya qaçıb. Buna səbəb R.Abdullayevin vətəndaşları incitməsi və rayon ərazisində tikilən hündürmərtəbəli binaların sahiblərinə qarşı dələduzluq etməsi olub.

Bax beləcə icra başçılarının himayə etdiyi qoçu dələduzlar vətəndaşlarımızın dərisini soyurlar və buna görə heç bir məsuliyyət daşımırlar.

Vaxtında yazılarıma reaksiyalar verilsəydi minlərlə vətəndaş ağır duruma düşməz, hakimiyyətdən bu qədər narazı qalmazdı”.
 
 


Paylaş:


Müəllif : Tarix:
12-12-2019, 13:55
Sikayət   


loading...
Загрузка...