reklam
Regionxeberlericom.az » Gündəm » Ağdaşda deputata söykənən özbaşınalıq... - İDDİA

reklam

Ağdaşda deputata söykənən özbaşınalıq... - İDDİA


Qaradağlı, Malay, Cücük kəndlərini özündə birləşdirən Qaradağlı kənd Bələdiyyəsinin sədri Əli Musayev Bələdiyyə mülkiyyətini öz mülkiyyəti hesab edərək kənd ərazisindəki torpaqları qeyri-qanuni satmaqla məşğuldur. Kənd sakinlərinin mütəmadi şikayətlərindən sonra Əli Musayevin qanunsuz əməlləri haqqında araşdırma aparmağa qərar verdik.

Məlum oldu ki Bələdiyyə sədrinin yolunda millət vəkili Cavid Osmanov tərəfindən "yaşıl işıq"yandırıldığına görə O, Ağdaş Mühafizə Polisi əməkdaşı Sayəddin Behbudova kənd əhalisinin mal-qaranın örüş yeri hesab olunan hissəsini qeyri-qanuni olaraq satməşdır. Məsələnin maraqlı hissəsi ondan ibarətdir ki, Sayəddin Behbudov Ağdaş rayon İcra hakimiyyətində xidmət aparır, rayon İcra Hakimiyyəti rəsmiləri bunagöz yumur.

Bundan əlavə kənd sakinləri bildirir ki Balıq gölünün ətrafında 15 hektar ərazini və "ağ otluq" deyilən ərazini rayonda məskunlaşan İsa və Səyyaf adlı qaçqına qeyri-qanuni satmış və adı çəkilən şəxslər kənd əhalisinin heyvanlarını qeyd oluna ərazilərə buraxmırlar.

Əli Musayev eyni zamanda kənd sakinləri ilə kobud rəftarına görə də əhalinin narazılığına səbəb olur. O seçkilər zamanı seçiciləri Cavid Osmanova səs verməyəcəkləri təqdirdə hədələməsivə təhqir etməsi ilə yadda qalıb.

Ümid edirik aidiyyatı orqanlar Əli Musayev haqqında tədbir görər və xalqa xidmət etmək əvəzinə xalq üzərində xanlıq edən bu şəxs törətdiyi qanunsuz əməllərə görə cəzalandırılar. //7news.az//


Paylaş:


Müəllif : Tarix:
14-12-2019, 12:04
Sikayət   


loading...
Загрузка...