reklam
Regionxeberlericom.az » Gündəm » Yaqub Mahmudovun aldığı fəxri ad saxtadır? - İDDİA

reklam

Yaqub Mahmudovun aldığı fəxri ad saxtadır? - İDDİA


“Yaqub Mahmudov Oksford Akademik Birliyinin fəxri professoru adına layiq görülüb”.

Söhbət Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdan gedir.

Məlumatı da elə AMEA-nın saytı paylaşıb.

Bildirilir ki, Yaqub Mahmudov müasir cəmiyyətdəki peşə nailiyyətlərinə görə Böyük Britaniyanın Oksford Akademik Birliyinin fəxri professoru adına (“Honorary Professor of the Academic Union, Oxford, UK”) layiq görülüb.

Elmi şuranın iclasında AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova fəxri professor diplomu və mantiyasını Yaqub Mahmudova təqdim edib.

Xəbərdə deyilir ki, tarixçi alimin bu fəxri ada layiq görülməsi Fransanın Kann şəhərində keçirilən “Keyfiyyət və idarəetmədə mükəmməllik” adlı forum və Avropa mükafatları gecəsində açıqlanıb. Bu fəxri ad müasir cəmiyyətin sosial və intellektual tərəqqisinə töhfə verən insanlara hörmət və minnətdarlıq simvolu olaraq verilir.

“Time və Daily Mail” saytının 2017-ci ildə dərc etdiyi araşdırmaya görə, ukraynalı biznesmen Anton Savvovun idarə etdiyi bir təşkilat tərəfindən satılan bu titulun Oksford Universitetinə dəxli yoxdur və əslində bu, fırıldaqdır.

Sosial şəbəkələrdə məsələ müzakirə predmetinə çevrilsə də, Tarix İnstitutundan deyilənlərlə bağlı hər hansı açıqlama verilmir.


Paylaş:


Müəllif : Tarix:
17-12-2019, 09:37
Sikayət   


loading...
Загрузка...