Nazir Dillər Universitetində baş verənlərdən xəbərdardımı? - İTTİHAM
Günlər həftələri, həftələr ayları əvəz edir, Azərbaycan Dillər Universitetinin kollektivinin isə dərdinə əlac tapan yoxdur. Belə görünür ki, bu məkanın taleyi heç kəsi narahat etmir. Yelkənsiz gəmini Kamal Abdullayevə hədiyyə ediblər, onun da əlində nə sükanı var, nə avarı. Elə kor-təbii, küləyin, havanın, axının və ən əsası da öz kefinin istiqamətindən asılı olaraq gəmisini-universiteti yelləyə-yelləyə, sallaya-sallaya idarə edir, əgər buna idarə etmək deyilirsə.
Son islahatlar, ölkə başçısının çıxışları isə bu lənətlənmiş qəsrin həndəvərində dolanır, içinə daxil ola bilmir. Universitet kollektivi kar deyil, kor olmasa da, lal olmağa məcbur qalıb. Korun da bir xüsusiyyəti var da, tutduğunu buraxmır, elə hey qanunsuzluqla mübarizəyə niyyətlənib. Amma necə? Kor-koranə! Çünki işıq ucu gələn bir dəlik də yoxdur. Muzdlu fəhlələr kimi qan-tərə batdıqları universitetin müqəddəratında həlledici qərar verən tapılmır ki, tapılmır.
Təhsil Naziri Ceyhun Bayramov baş verənlərdən xəbərdardımı? Susur. Aldadıldığının fərqindədir. Çəkindiyi bir şey varmı? Susur, yoxsa ümumiyyətlə, göz yumur?
Dillər Universitetində 1500 nəfərə yaxın işçiyə universitet büdcəsindən maliyyə vəsaiti ayrılırsa, Təhsil Nazirliyinə verilən məlumatda niyə bu rəqəm 1300 nəfər göstərilir? Əslində isə, universitetdə təhsil alan 7483 tələbəyə nisbətdə götürüldükdə 800-1000 nəfər işçi heyətin fəaliyyəti kifayət hesab olunur. Deməli, kimlərsə, boş-boşuna büdcənin vəsaitindən faydalanır. Bu yaxınlarda, təşkil olunmuş böyük universitet elmi şurasında Kamal Abdullayev riyazıyyatdan, məntiqdən uzaq bir fərziyyə ilə, bütün heyətə elan verib ki, universitet büdcəsinin 95%i maaşlara ayrılır. Daha demir ki, bu bədii əsər deyil ki, saqqız kimi uzatsın, obrazlara yeni rəng versin, bu maliyyədir, faiz artımı maaş artımı ilə tərs, işçi sayı ilə düz mütənasib olub. Artan maaşlar deyil, işçi sayıdır, təbii ki, işçi sayı artdıqca, büdcədən maaşa ayrılan vəsait də ümumi faiz göstərici olaraq artacaq. Toplananların yerini dəyişdikdə, cəm dəyişməsə də, cəmdək dəyişir. Maaş artımı məsələsinə gəlincə, Təhsil Nazirliyinin göstərişinə əsasən, 2019-cu ilin oktyabr ayının 1-dən maaşlar 20% qaldırılmalıydı, qanunla hesablaşan bütün təhsil müəssisələri də bu qərarı icra etdi. Bəs ADU-ya aid deyil bu məsələ? Bu yaxınlarda, maaş cəmi-cümü 5cə faiz qaldırıldı ki, yanvar ayından da yenidən 2% əlavə olaraq tibbi sığortaya görə tutulacaq. Yenə toplama-çıxma əməli. Qaldı ki, “qayğıkeş” rektorun 95% məsələsinə, burda Qəribi tutur ağlamaq. Çünki büdcənin 75%i maaşa ayrılmalıdır, 95% i mümkün deyil, bəs bu universitetin təqaüdləri, bəs bu universitetin kommunal xərcləri, bəs konfranslar? Deməli, 95% abstrakt təxəyyülün numeroloji inikasıdır.
Bir az da, yaxın oturun, məntiqi məsələ çözək! 7483 nəfər tələbənin 90a yaxını əcnəbi tələbə olduğunu, 4190 nəfərinin ödənişli əsaslarla təhsil aldığını nəzərə alsaq büdcəyə girən 15 milyona yaxın gözqamaşdırıcı rəqəm təsəvvür edin. Hələ digər mənbələri, dil kurslarından gələn gəlirləri, sosial fonda yığılan məbləği, akademik fərqlərin ödənişini, alt qruplara yazılanları, 25%lik imtahanlarda iştirak edənlərin ödənişini, konfranslar, seminarlar, beynəlxalq layihələrin gətirdiyi maliyyəni, məqalə çapına yığılan pulları və s.saymaqla bitməyən qeyri-təbii resursları, faydalı qazıntıları, yeraltı və yerüstü sərvətləri demirik heç! Oxuduqca başınız hərləndimi? Bunları xərcləyənlərin isə ayaqları konfrans adıyla xarici səfərlərdə gəzintiləri, kurortları hərlənir, başları isə sizinki kimi hərlənmir, dincəlir. Özünə sərf edəndə publik hüquqlu şəxs olan, sərf etməyəndə isə “nazirliyin əsasnaməsi imkan vermir” deyən rektor universitet büdcəsini hara və necə xərcləyir? Niyə maaşları 20% artıra bilmir, indi aydın oldumu?
Adi müəllimin maaşı 500 AZN olduğu halda 700 AZN.ə yaxın, baş müəllim guya 750, dosent guya 1000-dən çox maaş alırmış kimi təqdim olunsa da, yazılan rəqəmlərdən qat-qat aşağı maaş alanların haqqı olan məbləği kimlər öz dəyirmanında üyüdür bəs? Açması, çox da çətin deyil. Təbii ki, Kamal Abdullayev və onun dostları. İsrarla yaratdığı Azərbaycanşünaslıq, Rusiyaşünaslıq, Multikulturalizm, Türkologiya laboratoriyalarında pedoqoji fəalliyyətdən uzaq olan 30-dan çox işçi çalışır. Onlar hardan maliyyələşir? Təbii ki, büdcədən! Lazımdır bu qədər bədxərclik? Hamam suyu ilə özünə dost tutur, öz cibindən vermirki! Dərs yükü çatmır deyərək, Azərbaycan ədəbiyyatı kafedrasının müəllimlərini uzaqlaşdırmağa çalışan “əliaçıq” rəhbər həmin kafedraya qanunsuz şəkildə dövlət büdcəsindən 2,5 ştatın maaşını alan dostu Muxtar İmanovu müdir qoymaqla yanaşı, Muxtar İmanovun “rəfiqəsi” Nuridə Muxtarzadəni, oğlunun yaxın dostu Sərraf Hüseynovu, Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanı da həmin kafedraya işə götürüb. Hələ əlavə olaraq, Muxtar İmanovun baldızı qızı Zülfiyyəni əsasnamədən kənar olsa da tyutor götürüb. Ümumiyyətlə, fakultələrdəki dekan müavini, tyutor, assistent sayları tələbə kontingentinə uyğun nizamlanmayıb, ifrat dərəcədə çoxluq təşkil edir. Bu da öz növbəsində hara vurur zərbəni? Təbii ki, universitet büdcəsinə!
Yaxın günlərdə daha bir tamaşa izlədik universitetdə. 2019-cu ilin dekabr ayının 1-dən tam ştata keçən Psixologiya kafedrasının müəllimi Könül Haqverdiyevanın əsl bacarıqlı psixoloq olduğunu sübut edən “solo-ifası”nı. Yazımız bədii əsər olmadığı üçün psixoloqun səsləndirdiyi vulqarizm və varvarizmləri qeyd etməsək də, onun Kamal Abdullayevə etdiyi psixoloji təsirin sonunda dekabr ayında tam ştata keçməyinə baxmayaraq, əmri dəyişdirib sentyabr ayının 16-na keçirdiyindən də, hətta sentyabrın 16-dan tam ştatı icra etməsə də əlavə maaşı da aldığından xəbərimiz var. Bu vəsait hardan xərclənir? Təbii ki, yenə də universitet büdcəsindən! Belə çıxır ki, universitet büdcəsindən layiq olanlar faydalanmaq əvəzinə, layiq olmayanlar talamaqla məşğuldur. Atası Hesablamalar Palatasında işləyən Əli Rzayevin də bu yaxınlarda ADU-nun maliyyə şöbəsinə işə götürülməsi yaxın gələcəyə hesablanmış strateji addımdır. Maliyyə şöbəsində Kamal Abdullayevin bacısı nəvəsi Bayramla “əli cibində” dolaşan Əli hər halda yaxın günlərdə Hesablamalar Palatasının ADU-da təşkil edəcəyi araşdırılmalarda sipər rolunu icra edəcək.
Bəs Kamal Abdullayev bütün bu cinayətlərin, özbaşınalığın fonunda Prezidentin apardığı islahatlardan kənar qaça biləcəkmi? Biləcəksə, beyinlərdə yaranan sual işarələrinin sayı çoxalacaq və istiqaməti də dəyişəcək deməkdir.
Kamilla Budaqova
P.S. Yazıda qeyd olunan fikirlər müəllifin mövqeyidir. Redaksiya həmin fikirlərə görə məsuliyyət daşımır. //jamaz.info//
Paylaş:
Müəllif : Yazar
Tarix:18-12-2019, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-12-2019, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45