“İcra hakimiyyətinin memarını iş yerində yox, çayxanada tapa bilirik” – Şəhid AİLƏSİ
“Ailəmizin xəbəri olmadan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qardaşım Zohrabov Sarvan Şirvan oğlunun adını Ağsunun kənarında olan bərbad bir dalana veriblər”.
Bunu Sozcu.az saytına Ağsu rayon Meleratorlar qəsəbəsində yaşayan şəhid qardaşı Zöhrabov Sərdar Şirvan oğlu deyib:
Mənim qardaşım Zöhrabov Sarvan Şirvan oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub. Bizim ailəmiz dəfələrlə aidiyyəti qurumlara müraciət edərək, şəhidin adının yaşadığı küçəyə verilməsini xahiş etmişik. Baxmayaraq ki, şəhidin yaşadığı ünvana bu günə qədər rəsmi küçə ünvanı verilməyib, ancaq yenə də bizim xahişlərimizə baxan olmadı. Bunu da qeyd edim ki, bizim qəsəbədə yeganə şəhid qardaşım Sarvan Zöhrabovdur. Bir neçə ay bundan öncə isə tam təsadüfü olaraq öyrənmişik ki, qardaşım Sarvanın Zöhrabovun adını Ağsunun kənarında olan bərbad bir dalana veriblər. Bizim ailəmizin bundan xəbəri olmayıb. İcra hakimiyyətindən heç kim bizə məlumat verməyib ki, “ay şəhid ailəsi, sizin ailənin bir üzvünün adına dalan adı veririrk” .
Bundan sonra mən dəfələrlə Ağsu rayon İcra Hakimiyyətinə gedərək, ailəmiz adına etiraz etdim və bildirdim ki, faktiki olaraq şəhidin ailəsinin yaşadığı yer dura-dura sizi nəyə görə, şəhid adını kiçik, başdan ayağa dağınnıq olan bir dalana vermisiniz? Nəhayyət ki, mən Ağsu rayonuna yeni təyin edilən Vahid Tağıyevin qəbuluna düşə bildim. Vahid müəllim məni qəbul edərək, etirazımızın haqlı olduğunu bildirərək, qısa bir zamanda istəyimizin təmin olunacağını söz verdi. Bundan sonra Vahid müəllim icra hakimiyyətinin memarı Mirəli Qurbanova bizim tələbimizin həll edilməsi ilə bağlı tapşırıq verdi. Mən Mirəli Qurbanovla görüşdükdə, Mirəli Qurbanov mənə bundan da vacib işlərinin olduğunu deyib, məni başından etdi. Mirəli Qurbanovun etinasızlığından sonra dəfələrlə icra hakimiyyətinə getsəm də, Mirəli Qurbanovu icra hakimiyyətində tapa bilmirəm. İş yerində tapa bilmədiyim Mirəli Qurbanovu çayxanalarda görürəm. Məcbur olub çayxanada sözümü deyəndə də, “bura iş yeri deyil” deyib yenə başından edir. Başa düşmək olmur Mirəli Qurbanov icra hakimiyyətində işləyir, yoxsa çayxanada….
Əgər icra başçısı Vahid Tağıyev bu adama, bizim şikayətimizin həlli ilə məşğul olmağı tapşırıbsa və bu adam icra başçısının tapşırığını gözardına vurursa, biz adi bir vətəndaş olaraq bunu necə başa düşək? Ağsu İcra hakimiyyətində xaos hökm sürür?! Əgər şəhid ailəsi məmura problemini deyə bilmirsə, adi bir vətəndaş necə etməlidir? Ağsu rayonuna yeni icra başçısı təyin ediləndə, biz düşündük ki, yəqin bu süründürməçiliklərdən canımız qurtarar. Ancaq reallıq budur: “Köhnə hamam, könhə tas”. Ağsu rayon İcra Hakimiyyətində köklü islahatlara ehtiyac var. Vahid Tağıyev bunun öhdəsində gələ biləcəkmi?
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Paylaş:
Müəllif : Redaktor
Tarix:19-12-2019, 10:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:19-12-2019, 10:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45