Azərbaycanın 16 neft yatağının sahibi ölkədən qaçıbmı... - "Bu çirkin iftiranın sifarişçilərini tapıb açıqlayacağıq"
Rusiyanın “Rusneft” şirkətinin sahibi, “Safmar” sənaye-maliyyə qrupunun əsas səhmdarı, inquşetiyalı maqnat Mixail Qutseriyevin ölkədən qaçdığı haqda xəbərlər yayılıb.
regionxeberlericom.az virtualaz.org-a istinadən xəbər verir ki, Qutseriyevin hakimiyyətlə problemlərinin yarandığı, vergiləri gizlətdi və bu üzdən həbs olunmaq təhlükəsi qarşısında qalaraq ölkədən qaçdığı haqda xəbərləri jurnalist-teleaparıcı Kseniya Sobçak və “Bilmək haqqı” proqramının aparıcısı Dmitri Kulikov yayıb.
Lakin “Safmar” sənaye-maliyyə korporasiyası Qutseriyevin Rusiyadan qaçdığı haqda xəbərləri təkzib edib, bunu “çirkin iftira” adlandırıb.
“İnterfaks”ın məlumatına görə bəyanatda deyilir ki, bəzi internet-resurslarda və KİV-lərdə Qutseriyvin həbs olunmaqdan qorxaraq guya Rusiyadan qaçdığı haqda xəbərlər yayılıb. Bu xəbərlər açıq-aşkar yalan və təxribatdır.
“Safmar” qrupu bu xəbərlərin yayılmasını Qutseriyevin nüfuzdan salınması və onun işgüzar imicinə zərbə vurulması üçün planlaşdırılmış aksiya hesab edir.
“Ölkənin aparıcı sənaye-maliyyə qrupunun əsas səhmdarının “Rusiyadan qaçdığı” haqda yalan informasiyanın yayılması şirkətin işgüzar imicinə və indiki fəaliyyətinə zərbə vurur”-bəyanatda deyilir.
“Safmar” qrupu vəd edir ki, bu “çirkin iftiranın” sifarişçilərini tapacaq və adlarını açıqlayacaq. Habelə həmin kampaniyanın iştirakçıları Qutseriyev qarşısında üzr istəməyə çağırılır.
Xatırladaq ki, Mixail Qutseriyev Azərbaycanın quruda yerləşən 16 neft yatağının sahibidir. 2008-ci ildə SOCAR M.Qutseriyevin yaratdığı, öz strukturlarında “Abşeron Operating Companu Limited” (“Zığ” və “Hövsan” yataqlarını işləyir), “Karasu Operating Companu” (“Kəlamətdin” və “Mişovdağ”), “Kura Valey Operating Companu” (“Padar-Hərəmi”), “Neftçala İnvestments Limited” (“Neftçala”, “Xıllı”, “Durovdağ-Bazanan”), “Binagadi Oil Companu” (“Binəqədi”, “Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmayı”, “Şabandağ” və“Sianşor”) şirkətlərini birləşdirən “Qlobal Enerji Azərbaycan Ltd.” ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.
Qutseriyev artıq 2000-ci illərin ortalarında bir dəfə Kremlin qəzəbinə düçar olub və Rusiyadan qaçıb. Bir neçə il Londonda mühacirətdə olub. Azərbaycanın neft yataqlarına yatırım qoyulması haqda müqaviləni də məhz Londondan imzalayıb. Daha sonra o, Kremllə anlaşıb və geri qayıdıb, Rusiyanı tərk etməzdən əvvəl satdığı “Rusneft” şirkətini geri qaytarıb. Biznesini genişləndirib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-04-2019, 14:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-04-2019, 14:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45