reklam
Regionxeberlericom.az » Gündəm » Mehdi Səlimzadənin yaratdığı korrupsiya şəbəkəsi dövlət vəsaitini talan edir-ŞİKAYƏT

reklam

Mehdi Səlimzadənin yaratdığı korrupsiya şəbəkəsi dövlət vəsaitini talan edir-ŞİKAYƏT

Göyçaydan şikayətlər səngimir.Bu həmin rayonda məmur özbaşınalığının baş-alıb getməsinin göstəricisidir.Mehdi Səlimzadənin yaratdığı korrupsiya şəbəkəsinin cinayət əməllərindən sakinlər əziyyət çəkirlər.Onların etdikləri şikayətlər obyektiv araşdırılmadığı üçün mətbuata üz tutmalı olurlar.
Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğluda mətbuat vasitəsi ilə prezident İlham Əliyevə və Kənd Təsərrüfatı Naziri İnam Kərimova müraciət ünvanlayır.

"Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin mühasibi Səhrab Bağırov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət vəsaitini saxtakarlıq yolu ilə talan etmişdir.Belə ki, kənd təsərrüfatı məhsullarının əkilməsi üçün dövlət tərəfindən subsidiyanın verilməsi təmin edilir.Qaraməryəm bələdiyyəsinin mühasibi Səhrab Bağırov dövlət tərəfindən ona və ailə üzvülərinə verilmiş torpaq sahəsini satmış bundan sonra özünə və torpaq satdığı adama eyni torpağa görə qanunsuz olaraq subsidiya yazaraq dövlətin vəsaitini mənimsəmişdir. Həmçinin Qaraməryəm kənd icra nümayəndəliyinə tabe olan Qaraməryəm, Yekəxana, Şahsoltanlı və Qarayazı kəndlərində mühasib Səhrab Bağırov eyni əməlləri təkrarlamışdır.Belə ki, bu kəndlərin sakinlərinə məxsus topağın sahə ölçüləri və ödənilən subsidiya pulları araşdırılarsa Səhrab Bağırovun cinayət əməli təsdiqini tapacaq. Qaraməryəm, Yekəxana, Şahsoltanlı və Qarayazı kəndlərində əkilməyən torpaqlara subsidiyalar yazılır, əkin sahələrinin ölçüləri çox göstərilir, yonca əkilmiş sahəni buğda kimi qeyd edilir və digər saxtakarlıqlarla subsidiya pulları talan edilir.

Bütün bu göstərdiyim faktlar mənim iştirakımla yerində araşdırılarsa tam subut olunacaq.Qeyd edim ki, Qaraməryəm bələdiyyəsinin mühasibi Səhrab Bağırov bu cinayət əməllərini Göyçay Kənd Təsərrüfatı İdarəsinin rəhbərliyi ilə əlbir olub etmişdir.Bu korrupsioner cütlüyün cinayət əməlləri nəticəsində dövlət büdcəsinin küllü miqdarda vəsaiti mənimsənilmişdir.
Həmçinin Səhrab Bağırov bizim ailəni aldadaraq saxta sənədlərlə bizə torpaq sahəi satmışdır. Buna görə həmin ərazidə tikinti işi apara bilmirik.Çünki bu ərazidən kommunikasiya optik kabel xətti keçdiyinə görə həmin torpaq sahəsi satıla bilməz.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən və Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovdan xahiş edirəm şikayətimdə göstərdiyim faktları mənim iştirakımla yerində obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan Qaraməryəm bələdiyyəsinin mühasibi Səhrab Bağırovun və Göyçay Kənd Təsərrüfatı İdarəsinin rəhbərliyi barəsində ciddi tədbir görülməsinə tapşırıq verəsiniz".

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq...

regionxeberlericom.az 
 











Paylaş:


Müəllif : Tarix:
20-12-2019, 08:52
Sikayət   


loading...
Загрузка...