“Rüşvət və korrupsiyaya bulaşmış məmurlar…” – Keçmiş icra başçısı
“Bu hadisə bütün icra başçılarına və məmurlara dərs olmalıdır. Onlar bilməlidirlər ki, cinayət cəzasız qalmır”.
Bu sözləri Yenisabah.az-a Naftalanın keçmiş icra başçısı, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev, müavinləri Ramiz Tatarovla Lalə Eyyubova və Yevlaxın keçmiş icra bşaçısı Qoca Səmədovun həbsinə münasibət bildirərkən deyib.
Musa Musayev əlavə edib ki, proses davam edəcək. “Kimlər bu cür qanunsuz əməllərlə məşğul olursa, cəzalandırılacaq. Prezident özü də dəfələrlə bildirib ki, rüşvət və korrupsiyaya bulaşmış məmurlar barəsində sərt tədbirlər görüləcək. Lakin görünür, bəzi məmurlar yenə də keçmiş işlərindən əl çəkmək istəməyiblər. Nəticə göz qabağındadır. İndi digər icra başçıları və digər məmurlar bu həbslərdən ibrət götürməlidirlər.
Mən təəssüf edirəm ki, icra başçısı vəzifəsində çalışan şəxs bu cür işlərlə məşğul olub. Belə halları qınayıram. Çünki bu cür çirkin işlər dövlətin adına xələl gətirir”, - deyə YAP funksioneri vurğulayıb.
Musa Musayev Nizaməddin Quliyevlə Ramiz Tatarovun YAP-çı olduğuna diqqət çəkərək bildirib ki, hakim partiyada da islahatlara ehtiyac var: “Mən hələ Baş nazir dəyişəndə müsahiblərimdə, o cümlədən sosial şəbəkədəki yazılarımda vurğulayırdım Nazirlər Kabineti ilə yanaşı Prezident Admnistrasiyasında, Milli Məclisdə və YAP-da islahatlara ehtiyac var.
Nizaməddin Quliyev və onun müavini YAP-çıdır, partiyada vəzifə tutublar. Hələ dünən YAP-ın Sabirabad təşkilatının sədri ilə bağlı da nəsə mənfi bir xəbər getmişdi. Bunlara diqqət edilməli, partiyada islahatlar aparılmalıdır”.
Keçmiş icra başçısı qeyd edib ki, yerli icra orqanlarının rəhbərləri həmişə vətəndaşların xidmətində dayanmalıdır: “İcra başçısının qəbul günü olmamalıdır. Vətəndaşlar istədiyi vaxt onunla görüşüb problemlərini deyə bilməlidir. Gedin Naftalana araşdırın, yaxud orada yaşayan kiməsə zəng vurun, görün mənim barəmdə necə danışırlar. Mən orada icra başçısı olarkən xidməti maşından istifadə etməmişəm. Həmişə işə piyada getmişəm. Camaatla da küçələrdə görüşmüşəm.
Ora təzə gələndə yerli əhali mənə dedi ki, burada yuyat yeri yoxdur. Camaat ölüsünü küçədə yuyur. Buna görə də uşaqlar həyətə düşməkdən qorxur. Mən orada yuyat yeri və kiçik bir məscid tikdirdim. Yəni, deməyim odur ki, icra başçısının ilk işi vətəndaşları narahat edən problemlərlə maraqlanmalı və tədbir görməlidir. Vəzifəyə qazanc yeri kimi baxmamalıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-12-2019, 17:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-12-2019, 17:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti