İcra başçıları kabinetlərində gizli kamer axtarır –TƏLAŞ KEÇİRƏNLƏR KİMLƏRDİR?
Ağstafanın icra başçısı Nizaməddin Quliyev və Yevlax şəhərinin sabiq icra başçısı Qoca Səmədovun həbs edilməsindən sonra əksər məmurların kürkünə birə düşüb. JAMAZ.İNFO xəbər verir ki, artıq bütün icra başçıları tikan üzərində əyləşib. Onlar hər an hər şeyin ola biləcəyini təxmin edərək, bəzi addımlar atsalar da, bunun xeyri olmaya da bilər.
Kabinetlərdə gizli kamera axtarışı
Əldə etdiyimiz məlumata görə, Nizaməddin Quliyevin başına gələn hadisədən sonra ciddi əndişə keçirən digər icra başçıları, dünəndən etibarən öz iş otaqlarında gizli kameranın olub, olmadığını dəqiqləşdirmək üçün axtarışlara başlayıblar. Bunun üçün ən etibarlı adamlarını səfərbərliyə alan bəzi icra başçılarının hələlik nəticə əldə etdiyinə dair məlumat yoxdur.
Mənbələr bildirir ki, buna baxmayaraq, həmin icra başçılarının narahatlığı aradan qalxmayıb. Onlar müxtəlif mənbə və münasibətləri olduğu şəxslərdən öz aqibətləri ilə bağlı məlumat almağa cəhd edirlər.
Seyfdə saxlanılan kartlar sahiblərinə verilir
Əldə etdiyimiz məlumata görə, dünən günortadan sonra icra başçılarının bəziləri təlaşa düşərək, seyflərindəki sənədləri saf-çürük etməyə başlayıblar. Pulla bağlı siyahılar olan kağızların artıq yandırıldığı, habelə ayrı-ayrı şəxslərin adına olan kartların sahiblərin verilməsi üçün addım atılıb. Hətta bir neçə rayonda maaş kartları sahiblərinə bir neçə saatın içində çatdırılıb. Və onlardan xahiş edilib ki, soruşan olarsa, həmin kartın daim onların özündə olduğunu desinlər.
Xatırladaq ki, maaş kartlarının icra başçıları tərəfindən götürülərək, öz məqsədləri üçün istifadə edilməsinə dair məlumatlar hələ xeyli əvvəldən gündəmə gəlmişdi. Belə ki, Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayevin 300-dən çox belə kartı özü ilə aparması böyük qalmaqala səbəb olmuşdu. Həbs olunan Yevlaxın keçmiş icra başçısı Qoca Səmədova qarşı irəli sürülən ittihamlardan biri də məhz sözügedən kartlarla bağlıdır. Yəni, Ssəmədov ayrı-ayrı adamların adına olan həmin maaş kartlarındakı pulları özü götürürmüş.
Bir çox icra başçıları ilə bağlı araşdırma aparılıb
Əldə etdiyimiz məlumatlardan belə aydın olur ki, son hadisədən əvvəl bir xeyli icra başçıları ilə bağlı araşdırma aparılırmış. Hətta işdən çıxarılan icra başçılarının vəzifədən olmasının səbəbləri də bununla əlaqəliymiş. JAMAZ.İNFO-ya verilən xəbərlərdə deyilir ki, təkcə, DTX-da deyil, Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin də əlində bir xeyli məlumat var və onların reallaşdırılması üçün konkret göstəriş gözləyirlər.
Sırada kimlər ola bilər?
Qeyd edək ki, Nizaməddin Quliyevin başına gələnlərdən sonra həbslərin davam edəcəyi fikrində olanlar az deyil. Bəzi müşahidəçilər bildirirlər ki, təkcə bir və ya iki icra başçısı ilə prosesin yekunlaşa biləcəyi inandırıcı görünmür. Onlar hətta bu həbslərin keçmiş deputatlar arasında da sıçrayacağını istisna etmirlər.
Bəs, yeni həbslər kimləri əhatə edə bilər? JAMAZ.İNFO-nun bununla bağlı apardığı müşahidələrdən belə qənaətə gəlmək olur ki, proses daha fərqli məcraya yönələcək. Və ən əsası son dönəmlər daha çox hansı icra başçısından şikayət çox olubsa, onların bir qisminin üzərinə gediləcək. Mümkündür ki, bu həbslə yekunlaşan proses olmasın. Lakin həmin məmurların işdən çıxarılması qəti şübhə doğrumur.
İndi isə təxminlərimizi sıralayaq:
Ziya Məmmədovun bacısı oğlu təhlükədə
Ucarın icra başçısı, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı oğlu olan Mənsur Məmmədovun yaxın vaxtlarda işdən çıxarılacağı istisna edilmir. Çünki dünən dövlət başçısının keçirdiyi müşavirədə ən çox tənqidə məruz qalan icra başçısı Mənsur Məmmədov oldu. Onun işdən çıxarılmasından sonra barəsində cinayət işinin açıla biləcəyinə dair iddialar da var. Güman edilir ki, işinin öhdəsindən gələ bilməyən bu adam, indiyə qədər yığdıqlarından məhrum ediləcək.
Onu da bildirək ki, Mənsur Məmmədov ən çox şikayət olunan, habelə adı daha çox qalmaqallara qarışan rayon rəhbərlərindən biri sayılır. O, hələ Göyçayda icra başçısı işləyən zaman bir çox hərəkətləri və əməlləri ilə mətbuatın dilinə düşmüşdü.
27 illik karyeranın sonu
Bu sırada Lənkəranın icra başçısı Taleh Qaraşovun da işdən çıxarılacağı xəbəri yayılıb. 27 ildən çoxdur icra başçısı işləyən Qaraşovun artıq pensiyaya göndəriləcəyi deyilir.
JAMAZ.İNFO-ya daxil olan məlumata görə, sözügedən icra başçısı artıq hazırlıqlarını da görməyə başlayıb. Onun işdən çıxarılandan sonra aqibətinin necə olacağı isə bəlli deyil.
Baxış Abdullayev Nizaməddin Quliyevin güdazına gedəcək
Bəzi məlumatlara görə, baş verən son hadisələrdən sonra təkcə, hazırda vəzifə başında olanlar deyil, həmçinin işdən çıxarılanlar üçün də yaxşı perspektiv görünmür. JAMAZ.İNFO-ya verilən məlumata görə, onlardan biri də Goranboy icra başçısının sabiq müavini Baxış Abdullayevdir.
Belə ki, Baxış Abdullayev Nizaməddin Quliyevlə işlədiyi dövrdə külli miqdarda dövlət vəsaitinin bölüşdürülməsində, ayrı-ayrı iş adamlarından xərac toplanılmasında, habelə rayonda abadlıq işlərini həyata keçirən şirkətlərə pulların ödənilməməsində yaxından iştirak edib. Həmin məlumatlara görə, hətta buna görə, Abdullayev bir neçə dəfə məhkəmə çəkişmələrində şahid kimi ifadə də verib.
Gələn məlumatlarda deyilir ki, Maliyyə Nazirliyinin Goranboyda son yoxlamalarında Baxış Abdullayevin də adı keçir. Bildirilir ki, yeyinti hallarında sabiq müavinin yaxından iştirak etdiyi sənədrlərdə təsdiqini tapıb. Hətta o da vurğulanır ki, Baş Prokurorluğa göndərilmiş işlə əlaqədar cinayət işi açılacaq ki, bu zaman sabiq müavinin də istintaqa çağırılacağı, hətta həbs ediləcəyi gözlənilir.
P.S. Bu əsnada, bir çox rayon rəhbərlərinin təlaş içində olduğu barədə də məlumatlar gəlməkdədir. Bildirilir ki, Yardımlının icra başçısı Ayaz Əsgərov, Astaranın icra başçısı Qəzənfər Ağayev, Tovuzun icra başçısı Məmməd Məmmədov, Samuxun icra başçısı Alı Qocayev, Göyçayın icra başçısı Mehdi Səlimzadə və Ağcabədiyə yeni təyinat almış Rafil Hüseynov da yaxın vaxtlarda vəzifələrindən olacaqlar. Bununla bağlı dəqiqləşdirmə apardırdıqdan sonra geniş məlumat verməyə çalışacağıq.
P.P.S. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-12-2019, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-12-2019, 09:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09