reklam
Regionxeberlericom.az » Gündəm » İmişli şefinin sərvətinin siyahısı yayıldı - Dubayda milyonluq biznesi...

reklam

İmişli şefinin sərvətinin siyahısı yayıldı - Dubayda milyonluq biznesi...


Xaricdə yaşayan bloger Həbib Müntəzir feysbukda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvətinin siyahısını yayıb.

Arqument.az sayı blogerə istinadən bildirir ki, icra başçısının Bakıda, Qazaxıstanda, Gəncədə və Dubayda milyonluq biznesi var.

Həmin yazını olduğu kimi təqdim edirik:

"15 ildən çoxdur icrabaşı 62 yaşlı Vilyam Hacıyev, 7 ildir İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğlu olan Vilyam müəllimin mənə bəlli olan varidatını paylaşıram:

▪️ Bakıda, Həsən Əliyev küçəsində villa
▪️ Bakı, "Sahil" metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil
▪️ Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil

▪️ Bakı, Teymur Əliyev küç. "Milyonerlər məhəlləsi"ndə qiyməti 25 milyon manat civarında olan villa
▪️ İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil
▪️ Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil
▪️ Dubayda milyonluq biznesi
▪️ Qazaxıstanda tikinti biznesi
▪️ İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.

Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. Hüquqşünas oğul mətbuatda dəfələrlə qalmaqal yaradan, davakar kimi məşhurlaşıb. Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:

▪️ 10-PP-369 dövlət nömrə nişanlı "Bentley"
▪️ Eyni nömrə nişanlı "Land Rover"
▪️ 90-AA-369 dövlət nömrə nişanlı "Mercedes S class"
▪️ Həmçinin son model "Mercedes Gelandewagen"".

İmişli Rayon İcra Hakimiyyəti blogerin yazısına münasibət bildirməyib.


Paylaş:


Müəllif : Tarix:
21-12-2019, 10:01
Sikayət   


loading...
Загрузка...