reklam
Regionxeberlericom.az » Gündəm » Ölümlə bağlı "Baku City” restoranından AÇIQLAMA: - “Müdirin ən yaxın dostu idi”

reklam

Ölümlə bağlı "Baku City” restoranından AÇIQLAMA: - “Müdirin ən yaxın dostu idi”

Xəbər verildiyi kimi, Bakıda iki nəfər restoranda zəhərlənib.

Zəhərlənən Bakı şəhər sakini Sərxan Bayramov dünyasını dəyişib.

Qohumu Cəlal Həmzəyev isə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. İddiaya görə, zəhərlənən şəxslər sonuncu dəfə Nərimanov rayonu, K.Rəhimov küçəsindəki "Baku Voice Rooms" və Nəsimi rayonu, Tbilisi prospektindəki "Baku City" restoranlarında müxtəlif spirtli içki və qida qəbul ediblər. Bundan sonra hər iki şəxsin səhhəti pisləşib.

"Baku City” restoranının müdir köməkçisi Rauf Kamaloğlu Cebhe.info-ya açıqlamasında deyib ki, ölən şəxs restoran müdirinin yaxın dostu olub:

“Əsassız yerə bizim restoranın adını çəkib, məlumat yayırlar. Sərxan Babayev bizim müdirin həyatda ən yaxın dostudur. Sadəcə olaraq, o insan restorana hər dəfə ya içkili gəlirdi, ya da özü ilə içki gətirirdi. Sonuncu dəfə restoranımızda ayın 21-də olub. Onda da özü ilə içki gətirib. Bununla bağlı kamera görüntüsü də var. Gedəndən sonra işdə gecə növbəsində yeyib-içib. Səhəri növbədən çıxandan sonra hadisə baş verib. Xəbərdə bizim restoranın adının hallanması doğru deyil. Bununla bağlı müvafiq yerlərə şikayət edəcəyəm. Restoranımız müştərilərə xidməti, qidası və içkiləri ilə ad qazanıb. Belə məsələlərdə restoranımızın adı çəkilməsin. Ekspert və rayon prokurorluğu da gəlib yoxlayıblar. Onu da deyim ki, Sərxan Bayramovun qohumu Cəlal Həmzəyevin qanından içkidən və ya ətdən zəhərlənmə faktı çıxmayıb. Zəhərlənmə başqa bir şeydən olub ki, onu da araşdırırlar. Hər gün səhər “Yaşıl bazar”dan tər meyvələr alırıq. Hər gün bazarlıq edirik. İki ilə yaxındır ki, restoranımız fəaliyyət göstərir. Hər hansı şikayət, narazılıq və ya zəhərlənmə olmayıb. Elə müştərilərimiz var ki, Zaqatala, Balakən və Qubadan yemək yeməyə gəlirlər”.


Paylaş:


Müəllif : Tarix:
24-12-2019, 17:53
Sikayət   


loading...
Загрузка...