reklam
Regionxeberlericom.az » Gündəm » Gəncə Texnologiya Universitetində FƏTÖ tərəfdarları İŞ BAŞINDADIR

reklam

Gəncə Texnologiya Universitetində FƏTÖ tərəfdarları İŞ BAŞINDADIR

Gəncə Texnologiya Universitetinin rektoru Akif Süleymanov 2013-cü ildən bəri bu təhsil ocağının bütün maddi-texniki bazasını məhv edib, rəhbərlik etdiyi 6 il müddətində universiteti iflic vəziyyətinə salıb.

Rektorun oğlu Şamil Süleymanov Bakı Şəhərində - keçmiş ünvanı Əhməd Rəcəbli 186-da yerləşən “Black Pearl Plaza” biznes mərkəzinin 3-cü mərtəbəsindəki "AZİNKA” şirkətinin işçilərini Texnologiya Universitetinə mühüm vəzifələrə təyin edib. Hansı ki, onun təyin etdiyi prorektorlar və şöbə müdirləri Texnologiya Universitetini şəxsi mülkünə çevrib.

Qeyd edək ki, Şamil Süleymanov “AZINKA" şirkətinin vasitəsi ilə universitetə kadr axtarıb tapır və öz məqsədləri üçün istifadə edir. Məqsədlərinə uyğun olmayanlar isə qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır.

Onu da qeyd edək ki, "AZINKA" əməkdaşlarının böyük əksəriyyəti bağlanmış "Zaman” qəzetindən gələnlərdir. O qəzetin qardaş Türk xalqına ağır zərbələr vurmuş Fətullah Gülənə bağlılığı hamıya məlumdur.

Fətullah Gülənə bağlı Qafqaz Universitetdə və Türk liseylərində formalaşmış, "Zaman” qəzetində işləmiş bu insanlar Akif Süleymanovun oğlu Şamil Süleymanov tərəfindən "AZİNKA” şirkətinin vasitəsi ilə 5 avqust 2015-ci ildə universitetdə mühüm vəzifələrə təyin olunublar.

Qardaş Türkiyə dövlətində FƏTÖ tərəfdarlarına qarşı əməliyyatlar aparılanda prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda Qafqaz Universiteti, "Zaman” qəzeti də dayandırılmışdır. Bu qədər təsadüf ola bilməz ki, Türkiyəyə ağır zərbə vurmuş və Azərbaycanda fəaliyyəti dayandırılmış FƏTÖ ilə bağlılığı olan Qafqaz Universitetinin, "Zaman" qəzetinin əməkdaşları bir araya gəlsinlər.

Artıq 4 ildir mətbuatda çoxsaylı yazılar gedir ki, Azərbaycan Texnologiya Universitetində Gülən tərəfdarları vardır.

Gəncə Texnologiya Universitetinin Türk dövlətinə ağır zərbə vurmuş Fətullah Gülənlə bağlılığı oduğunu Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) tərəfindən tanınmaması da bunu bir daha təsdiqləyir.

Yüksək Öyrətim Kurumunun ( Yök) rəsmi sənədi:



Paylaş:


Müəllif : Tarix:
26-12-2019, 16:26
Sikayət   


loading...
Загрузка...