Bakıdakı dəhşətli qətlin təfərrüatı ortaya çıxdı - Aldadıldığından şübhələndi və...
Xəbər verdiyimiz kimi, əri tərəfindən vəhşicəsinə döyülən 24 yaşlı Nuranə Əliyeva həkimlərin müdaxilələrinə baxmayaraq, dünyasını dəyişib.
“Yeni Sabah” xəbər verir ki, həmin hadisə ilə bağlı yeni detallar məlum olub.
Əldə etdiyimiz məlumata görə, cinayəti törədən şəxs artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanıb.
Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. Aldadıldığından şübhələnən ərin cinayətə əl atdığı deyilir.
Onu da əlavə edək ki, Goranboy rayonundan olan və Bakıda kirayə yaşayan cütlüyün 2 azyaşlı övladı var.
Xatırladaq ki, cinayət 26 dekabr tarixində paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. 24 yaşlı Nuranə Əliyeva həyat yoldaşı tərəfindən döyülüb və onu ağır vəziyyətdə heç kimin görməməsi üçün yol kənarındakı kolluğun içərisinə atıb. Lakin, bir müddət sonra geri dönərək Ə.Nuranəni 3 saylı Şəhər Klinik Xəstəxanasının həyətinə gətirib və tibb işçilərinə təhvil vermədən hadisə yerindən uzaqlaşıb.
Növbədə olan tibb işçiləri qadını dərhal xəstəxanaya gətirib, müvafiq tibbi yardım göstəriblər. Lakin, həkimlərin səyinə baxmayaraq Ə.Nuranə bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-12-2019, 12:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-12-2019, 12:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti