Tovuz cinayətində kilid məqam: - Efirdən müraciət olmasaydı...
Cəmiyyət, əvvəl itkin düşmüş, sonra isə yanmış meyitinə şahidlik etdiyi, 10 yaşlı Nərmin Quliyevanın faciəsinin təsiri altındadır. Tovuzun Dondar Quşçu kənd sakini olan qızcığaz noyabrın 21-də qohumunun evində qəfil yoxa çıxıb və yanvarın 6-da yanmış cəsədi tapılıb. Yəni ay yarımdan sonra...
Burada bir sıra suallar meydana çıxır, şübhələr yaranır, narahatlıqlar doğulur. Həmin suallara hüquqşünas Nicat Gözəlovla AYNA tutmağa çalışdıq.
- Nərminin yandırılmış meyitinin tapılması neçə gündür cəmiyyətdə ajiotaja səbəb olub. Sizin düşündürən, narahat edən daha çox hansı məqamlardır?
- Dəhşətli faciədə hiddətlənəcək çox məqam var. Əvvəla, bir ölkədə ki, gündəm, problemlər Xoşqədəm kimilərinin ümidinə qalıb, onda biz nə gündəyik? Biz necə oldu, belə anormal vəziyyətə gəlib çıxdıq? Düşüncə əxlaqsızlığı hökm sürür, niyə heç kəs bunun fərqində deyil?! Bu əxlaqsızlığın qarşısı alınmalıdır! İnsanlar niyə hansısa verilişə üz tutub imdad istəməlidirlər? Sonra da telekanal sinəsinə döyür ki, “baxın, biz qışqıran kimi uşaq tapıldı”. Məlum veriliş bəyan edir ki, uşağın tapılmasında “rol” oynayıb. Belə “rol” olar? Deyən yoxdur ki, əslində telekanaldakı veriliş bu uşağın yanmış halda ortaya çıxmasına səbəb olub, hətta daha ağır cinayətin törədilməsi baş verib. Çünki ananın TV-dəki çağırışından sonra uşaq yanmış halda küçəyə atılıb.
Axı əvvəl ümid var idi ki, uşaq tapılacaq, xilas oluna bilərdi, həmin uşaq öldürülüb-basdırıla da bilərdi... Amma niyə onu öldürüb kəndin ortalığına yanmış halda atdılar? Bu sualların cavabını aidiyyəti qurumlar tezliklə tapmalıdır. Ana TV-dən kiməsə müraciət edirmiş kimi “uşağımın ölüsünü gətirin, heç olmasa” demişdi. Demək, ananın bildiyi şeylər, şübhələndiyi məsələlər olub ki, dilə gətirib. Bəs istintaq hara baxıb? Niyə valideynin müvafiq orqana müraciəti ciddi araşdırılmayıb? Əməliyyat-axtarış xidməti araşdırma zamanı ananın efirə çıxmasına da imkan verməməli idi.
- İş üzrə əməliyyat-axatarış prosesini necə dəyərləndirirsiniz?
- Bilirsiniz, mən prosesin əvvəldən necə olduğunu bilmirəm. Amma bir hüquqşünas kimi deyə bilərəm ki, ortada ağır cinayət və ağır cinayətə qədər vəzifəsinin öhdəsindən gəlməyən insanlar var ki, nəticə belə ağır sonluqda bitib. Əgər itkin düşən uşaqla bağlı 46 gün əvvəl ailə rəsmi orqanlara müraciət edibsə, bəs rəsmi orqan məsələyə nə qədər ciddi yanaşıb? Burada yanaşma çox vacibdir. Maraqlıdır, axtarış sadəcə itkin düşən şəxs kimi, yoxsa barəsində cinayət ehtimalı olunan biri kimi həyata keçirilirdi? Və ya da yetkinlik yaşına çatmamış biri barəsindəki kimi bir axşarış işi başlamışdı? Bunlarla bağlı şübhələrim var.
- Yəni, əslində uşaqla bağlı araşdırma necə aparılmalı idi?
- “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanun var. Fəaliyyətin müəyyən subyektləri nəzərə alınmalıdır. Qanuna uyğun müvafiq qurumlara məlumat verilməyibsə, vəzifə səhlənkarlığı varsa, burada da başqa məsuliyyət var. “Hüquq məntiqi” deyilən bir anlayış var. Hüquq cameəsi niyə susub? Vəkillər niyə müdafiəyə qalxmırlar, danışmırlar? Axı hadisə kiçik bir kənddə baş verib. Əməliyyat-axtarış prosesi zamanı telefonların izlənməsi deyilən məqam var. Son ekspertiza rəylərindən belə qənaətə gəlmək olur ki, uşaq haradasa saxlanılırmış, hansı şərtlərdə olsa da, kənddə də ola bilərdi. Şou xatirinə telekanal bu məsələni qabardanda, ana da efirdən danışanda görünür, uşağın saxlanıldığı yerdə televizor olub və ya onu aparan həmin verilişə baxıb.
Çünki ortada olan fakt odur ki, uşaq məhz veriliş yayımlandıqdan sonra ortaya çıxdı, amma dəhşətli şəkildə. İndi də baxıram ki, uşağı dəfn edəndə çələnglə vidalaşırlar. Kənddə nə vaxtdan ölü üçün çələng qoyulub? Bu güllük-gülüstanlıq əvəzinə, qatilin tapılmasını tezləşdirsinlər. İşlərini cəld görsünlər ki, insanlar ədalətin olduğuna inana bilsinlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-01-2020, 10:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-01-2020, 10:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39