reklam
Regionxeberlericom.az » Gündəm » 65 yaşlı azərbaycanlı milyarderin oğlu olub - FOTOLAR

reklam

65 yaşlı azərbaycanlı milyarderin oğlu olub - FOTOLAR


Azərbaycanlı milyarder, Rusiyanın ən zəngin iş adamlarından biri olan Fərhad Əhmədov üçüncü dəfə ata olub.
65 yaşlı milyarder özü bu barədə "Facebook"-dakı hesabında məlumat və fotolar paylaşıb.
"Dünən ailəmizdə gözəl bir hadisə baş verdi, bir oğlumuz dünyaya gəldi. Allaha şükür ki, hər şey qaydasında oldu. Körpə gözəldir, həyat yoldaşımın da səhhəti yaxşıdır. Böyük övladlarımız Süleyman və Aria qardaşından məmnundurlar. Bütün ailəmiz xoşbəxtdir. Rəbbimiz bizə bu sevinci bəxş etdi. Həyat yoldaşım və mən onu Adəm adlandırmaq qərarına gəldik. Bu ad hər kəs tərəfindən hörmətlə qarşılanır və bütün insanlığı birləşdirir. Adəm müsəlmanlar arasında ilk peyğəmbər olaraq hörmətlə qarşılanır və xristianlar arasında müqəddəslərə bərabər tutulur. Hamınıza dinc gələcəyə inam və sevinc arzulayıram. Mən çox xoşbəxtəm!", - milyarder yazıb.
Xatırladaq ki, F.Əhmədov bir neçə ay öncə yarım milyardlıq boşanma qalmaqalı ilə gündəmə gəlmişdi. Məlumatlarda bildirilirdi ki, London məhkəməsi F.Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 584 milyon dollar təzminat ödəməli olduğuna dair qərar çıxarıb. Bu məsələ ilə bağlı KİV-ə açıqlama verən iş adamı haqqında qərəzli məlumatların yayıldığını demişdi.
Fərhad Əhmədov 15 sentyabr 1955-ci ildə Göyçayda anadan olub. Bu rayonda yerləşən “AzNar” şirkətinin sahibidir. Şirkət Göyçay rayonunda 1050 hektar sahədə nar bağları yaradıb.
 







Paylaş:


Müəllif : Tarix:
9-01-2020, 16:21
Sikayət   


loading...
Загрузка...