reklam
Regionxeberlericom.az » Gündəm » “AAAF İnşaat”-dan ev almaq istədi və... - "Mülk Allaha məxsusdur" deyib boyun qaçırdılar....

reklam

“AAAF İnşaat”-dan ev almaq istədi və... - "Mülk Allaha məxsusdur" deyib boyun qaçırdılar....

Musazadə Şəfiqə Musa qızı "AAAF İnşaat" MMC tərəfindən aldadıldığını iddia edir.

Belə ki, Musazadə Şəfiqənin Moderator.az-a göndərdiyi şikayət məktubundan bəlli olur ki, sözügedən tikinti şirkətindən 2016-cı ilin yanvar ayında mənzil alıb.

Müqavilənin şərtlərinə görə, 1il 8 aydan sonra mənzil təmirli şəkildə sahibinə təhvil verilməli idi. 15833 manat pul ödəyən Şəfiqə xanım gözlənilən müddət tamam olduqdan sonra “AAAF İnşaat” MMC-yə müraciət edərək mənzili təhvil götürmək istədiyini bildirir. Lakin şirkət mənzilin hələ tam olaraq hazır olmadığını deyib. 2019-cu ilin may ayında Şəfiqə xanım mənzili geri qaytarmaq istədiyini bildirir. Həmin vaxtdan bu günə kimi Şəfiqə xanım “AAAF İnşaat” MMC-yə ödədiyi 15833 manat məbləği geri ala bilmir. Şəfiqə xanımın məktəbli övladı var. Qızı ilə birgə kirayələrdə yaşayır. Çox çətinlik çəkən Şəfiqə xanım “AAAF İnşaat” MMC-yə ödədiyi 15833 manat pulun geri qaytarılmasını istəyir.

Redaksiyadan: Biz “AAAF İnşaat” MMC-ni deyil, Şəfiqə Musazadəni qınayırıq. O, gərək həmin şirkətdən ev almaq niyyətinə düşəndə yüz ölçüb bir biçməliydi və şirkətin çox orijinal "Mülk Allaha məxsusdur" şüarının arxasında gizlənən kodlu mesajdan özü üçün nəticə çıxarmalıydı. Şirkət açıq şəkildə müştərilərə deyir ki, pul ödəsiniz də sizə mülk verən deyilik, çünki mülk nə sizə, nə də bizə deyil, Allaha məxsusdur... //moderator.az//





Paylaş:


Müəllif : Tarix:
10-01-2020, 10:00
Sikayət   


loading...
Загрузка...