İcra başçılarını Zeynəb Xanlarovanın qudasının aqibəti gözləyir - İDDİA
Son vaxtlar Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olan əsas mövzulardan biri də yerli icra hakimiyyətləri başçılarının fəaliyyətidir; xüsusilə Goranboy və Yevlax rayonlarının keçmiş icra başçılarından birinin iş başında, digərinin isə vəzifəsindən azad edildikdən cəmi bir neçə həftə sonra korrupsiya və rüşvətxorluqla bağlı həbsi mövzunun aktuallığını daha da artırıb.
“Unikal” qəzeti yazır ki, Azərbaycanda rayon rəhbərləri əhalinin ən çox narazı olduğu post sahiblərinin başında gəlir, onlar vətəndaşların şikayətlərini dinləyib problemlərini həll etmək əvəzinə əsasən sakinlərdə giley-güzarın ön plana çıxmasını şərtləndirirlər. Bu da ölkədə geniş vüsət alan kadr və struktur islahatları fonunda qarşıya qoyulan strateji hədəflərə daha tez və effektiv çatmaq baxımından arzuedilən sayıla bilməz. Odur ki, cəmiyyətin gözləntisi icra başçılarının fəaliyyətində də ciddi müsbət dəyişikliklərin müşahidə edilməsi yönündədir.
Hesab edilir ki, Goranboyla Yevlaxın eks-icra başçılarının – Nizaməddin Quliyev və Qoca Səmədovun həbsi bu yöndə hakimiyyətin digər rayon rəhbərlərinə ciddi siqnalıdır. Onlar vəzifələrinin büdcə talançılığına yol vermək, rüşvət almaq, vəzifə səlahiyyətlərindən istifadə edərək müxtəlif özbaşınalıqlara qol qoymaq, məsələn, sahibkarları incitmək, vətəndaşları məmur qapılarında süründürmək nəhayət ki, başa düşməlidirlər.Eyni zamanda bu da deyilir ki, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri də rayon icra hakimiyyətlərinin rəhbərləri üçün önəmli test kimi qiymətləndirilir. Ötən illərdə keçirilən seçkilərin təcrübəsindən məlumdur ki, bir sıra hallarda icra başçıları seçkinin nəticələrinə birbaşa təsir etmək üçün qanunsuz təşəbbüslər göstərirlər. Belədə isə həmin nəticələr gərəksiz yerə istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda gərəksiz polemika mövzusuna çevrilir, seçkilərin demokratikliyini və ədalətliliyini şübhə altına almaq istəyənlərin əlinə bəhanə verir.
İcra başçılarının bu özfəaliyyəti adətən, seçkilərin predmetindən (parlament və ya bələdiyyə) asılı olmayaraq, müxtəlif maraqlara xidmət edir. Yenə ötən illərin təcrübəsi göstərir ki, bir sıra hallarda icra başçıları onlara "görüm-baxım" edən, yaxud özlərinə yaxın şəxsləri yerli özünüidarəetmə orqanlarına yerləşdirmək üçün seçki prosesinə qanundankənar müdaxilələrdə maraqlı olurlar.
Və ya: hər hansı dairədən hakimiyyətin namizədinin qələbəsi şübhə doğurmadığı təqdirdə belə seçkinin nəticələrinə təsir etmək üçün irəli atılır, bununla da rəqiblər üçün həmin nəticələrə şübhə ilə yanaşmaqdan ötrü istər-istəməz zəmin hazırlamış olurlar. Məqsədləri də aydındır: millət vəkili seçiləcək iqtidar namizədinin bəri başdan xoşuna gəlmək məqsədilə canfəşanlıq göstərmək! Ya da elə bir mənzərə yaratmağa çalışmaq ki, guya onun rəhbərlik etdiyi rayonda hakimiyyətin namizədinin xeyrinə daha çox səs toplanır, bunun da səbəbi odur ki, camaat həmin rayonun rəhbərliyinin fəaliyyətindən çox razıdır. Sonucda isə yuxarıda da vurğuladığımız kimi, keçirilən seçkilərin nəticələri gərəksiz polemika, lazımsız mübahisə və müzakirə mövzusuna çevrilir.
Kiçik bir xatırlatma: uzaq 1999-cu ildə keçirilən bələdiyyə seçkilərindən qısa müddət sonra Yasamal rayon İcra Hakimiyyətinin o vaxtkı başçısı Arif Ağayev vəzifəsindən azad edilmişdi. 1993-cü ilin avqustunda həmin posta təyinat alan Ağayevin "vurulmasında" həlledici səbəb məhz onun bələdiyyə seçkilərinə aşkar müdaxiləsi idi. Onun bu qanunsuz müdaxilələrinin miqyası o qədər böyük idi ki, hətta sabiq rayon rəhbərinin həbsi məsələsi belə gündəmə gəlmişdi. Lakin Ağayev bu ciddi başağrısından ucuz qurtula – yalnız icra başçısı postunu itirməklə canını qurtara bilmişdi. Əlbəttə ki, tanınmış müğənni və deputat Zeynəb Xanlarovanın sayəsində! Belə ki, Xanlarovanın qudası olması Ağayevə düşdüyü ağır vəziyyətdən minimum itki ilə çıxmağa imkan verdi.
Bunu təsadüfi olaraq xatırlatmırıq. Məsələ burasındadır ki, qarşıdan gələn növbədənkənar parlament seçkiləri icra başçıları üçün də bir sınaq olacaq. Yəni bu prosesə öz səlahiyyətlərindən kənar şəkildə, qeyri-qanuni olaraq müdaxilə edən və ya etməyə çalışan icra başçılarını korrupsiya və rüşvətxorluğa görə qandallanan rayon rəhbərlərinin aqibəti gözləyə bilər. Ən azından həmin icra başçılarının öz postlarını itirmək təhlükəsi ilə qarşı-qarşıya qala biləcəyi şübhə doğurmur. Elə bu baxımdan da növbədənkənar parlament seçkisinin kifayət qədər maraqlı bir prosesə çevrilməsi və seçki bitəndən sonra da eyni dərəcədə maraqlı sürprizlərə yol açması gözləniləndir. Odur ki, rayon rəhbərlərinin qarşıdakı dövrdə öz addımlarını atarkən "yüz ölçüb bir biçməyə" ciddi ehtiyacları var. Əks halda sonra çox gec ola bilər...
Paylaş:
Müəllif : Yazar
Tarix:11-01-2020, 16:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-01-2020, 16:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti