“Bu iş məhkəməyə qədər davam edəcək”
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 5 aydan sonra 12 adda transyağdan yalnız birinin adını açıqladı.
Söhbət “Belorusskaya Korova” əmtəə nişanlı 12 tondan çox saxtalaşdırılmış kərə yağından gedir. Agentliyin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçiriblər. Yoxlama zamanı məlum olub ki, ştrix kodu “Foodini” MMC tərəfindən ölkəyə idxal olunan “Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı saxtadır.
“Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının “Luninec” ASC olması qeyd edilib. Belarusun “Luninec” ASC süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin “Belorusskaya Korova” əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib. Məlum olub ki, “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Belarusskaya Korova” əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi “SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan qida təhlükəsizliyi sertifikatı (“İdxalçı müəssisənin adı və ünvanı”, “göndərən müəssisənin adı və ünvanı”, “mənşə ölkəsi”, “yüklənmə yeri”, “istehsalçının adı və ünvanı bölmələri”) saxtalaşdırılıb.
Yağdan götürülən nümunələrin laborator analizi zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı, sözügedən məhsulun saxtalaşdırıldığı təsdiqini tapıb. Qanunvericiliyin tələbləri çərçivəsində aşkarlanan faktlar üzrə materiallar hüquqi qiymətin verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilib. “Bizim market” şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul edilmiş və göstərilən məhsul partiyası dövriyyədən çıxarılıb.
Sözügedən hadisə ilə bağlı "Bizim Market" MMC mediaya açıqlama verib. Bildirilib ki, qeyd olunan yağı rəsmi qaydada “SN Qida Təhcizat” MMC-dən alıb və buna görə istehsalçı "Bizim Market"ə AQTA-nın sertifikatını təqdim edib. Araşdırmalar zamanı məlum olub ki, “SN Qida Təhcizat” MMC-nin təqdim etdiyi sertifikat saxtadır və məhsul satışa çıxmadan, dərhal dövriyyədən çıxarılıb. Adıçəkilən market vəziyyətdən haqlı çıxmağı “bacarıb”.
Qida Təhlüksəziliyi Agentliyi adından verilən sertifikatın doğru və ya saxta olduğunu yoxlamaq üçün hazırda heç bir vasitə olmadığını əsas gətirək məsuliyyətdən yaxa qurtarmağa çalışıb. Bunun üçün təklif də irəli sürülüb ki, AQTA istehsalçılara verdiyi sertifikatları öz saytında yerləşdirsə, çox yaxşı olardı:
“Supermarketlər də məhsul alarkən ona təqdim olunan sertifikatı agentliyin saytından yoxlasın və bu kimi hallar baş verməsin. Çünki heç bir supermarketin laboratoriyası yoxdur ki, aldığı hər bir məhsulu laboratoriyada yoxlayıb alsın. Buna görə "Bizim Market" MMC özü də baş verən hadisədə zərərçəkən tərəfdir. Çünki qeyd olunan məhsullara görə təchizatçıya ödəniş edib. Ancaq bütün bunlar aydın olsa da, media qurumları xəbər başlıqlarında məhz "Bizim Market"in adını hallandırıblar".
AQTA sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinin mağazasında aşkarlanan 12 ton saxta kərə yağı ilə bağlı məsələyə münasibət bildirib:
“Hazırda bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olurlar. Yoxlama zamanı marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Həmin əmtəə nişanı altında, ümumiyyətlə, kərə yağı yoxdur. Ekspertizanın nəticəsi onu göstərdi ki, həmin yağ kərə yağı deyil. Bu cür faktların aşkarlanması üçün sahibkarlar məsuliyyətli olmalıdırlar”.
Sədr “Bizim Market”in AQTA-nın adından verilən sertifikatın doğru və ya saxta olması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, market bu məsələdə AQTA-nı günahlandıra bilməz:
“Hər hansı bir şəxs, cinayətkar sertifikatı elektron tətbiq vasitələrindən istifadə edərək, saxtalaşdırıbsa, həmin saxta yağı qablaşdırıb ticarət şəbəkəsinə veribsə, bunun AQTA ilə nə əlaqəsi var? Bizim saytda şirkətlərin reyestri var və biz həmin şirkətlərin Azərbaycana idxal olunan məhsulları barədə məlumat veririk. Hər hansı bir ticarət şəbəkəsi bununla maraqlansa, o zaman bilər ki, saxta mal var, ya yoxdur. Biz bu faktla bağlı “Bizim Market”i günahlandırmamışıq. Açıqlamamızda da bildirdik ki, burada sırf cinayətkar dəstə iştirak edib, digər şirkətin əmtəə nişanını oğurlayıb və saxtalaşdırıb”.
Görünən odur ki, “Belorusskaya Korova” 12 tondan çox saxtalaşdırılmış kərə yağına görə məsələ məhkəmə predmetinə çevriləcək.
Maraqlıdır, indiyə qədər satılan yağlara görə məsuliyyəti kim daşıyır?
İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, AQTA-nın təsdiq olunmuş nizamnaməsində bütün ərzaq məhsullarının süfrəyə qədər nəzarətdə saxlamaq öhdəliyini varsa, bu məsələdə Agentlik də məsuliyyət daşıyır:
““Təhlükəsiz qida” tarladan süfrəyə qədər, yəni istehsalçıdan istehlakçıya çatanadək bütün qida qaynaqlı xəstəlik riskindən azad edilmiş qidaya deyilir. Əksər vaxtlarda idxal olunan bəzi ərzaq məhsullarının riskli olub-olmadığını gömrük-keçid məntəqələrində yoxlayıb aşkarlamaq mümkün olmur. Əgər gömrük-keçid məntəqələrində belə bir şərait varsa, amma nəzarət olunmursa, Dövlət Gömrük Komitəsi də məsuliyyət daşıyır. “Bizim Market” MMC iddia edir ki, ona həmin yağı gətirən “SN Qida Təhcizat” MMC AQTA-nın sertifikatın təqdim edir. Bu məqam məhkəmə çəkişməsinə çevriləcək. Məsuliyyətin bölgüsü də məhkəmə qərarından sonra bəlli olacaq. Fakt ortadırsa, nə AQTA, nə Dövlət Gömrük Komitəsi, nə "Bizim Market" MMC, nə də “SN Qida Təhcizat” MMC məsuliyyətdən yaxa qurtara bilməz. Marketlərin hamısı satdığı məhsulun keyfiyyətinə tam əmin olmalıdır. Sözsüz ki, bu məsələ məhkəməyə qədər davam edəcək. Amma Azərbaycan məhkəmələri müstəqil qərara vermək iqtidarında olmadığını nəzərə alsaq, düzgün araşdırmanın olacağı şübhə altındadır. Bu məqsədlə çox istərdim ki, məsələ mətbuatın diqqət mərkəzində olsun. Araşdırmalar aparılıb təqdim olunsun ki, cəmiyyətin də müstəqil qərara çıxarmasına dəstəyi olsun”.
Qeyd edək ki, “Cümhuriyət” qəzetinin bu yağların sərhəd buraxılış məntəqələrindən ölkəyə necə buraxılması, eləcə də buraxılış məntəqələrində laboratoriyaların fəaliyyəti və nəzarət mexanizmi necə təşkil olunması ilə bağlı Dövlət Gömrük Komitəsinə ünvanlandığı suallara cavab verilməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-01-2020, 10:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-01-2020, 10:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24