Qələm əhli seçki yarışında: - Plakatlar cırılmasa, hər şey daha yaxşı olacaq
9 fevralda keçiriləcək parlament seçkiləri ilə bağlı kampaniya davam edir.
Yanvarın 17-dən təşviqat mərhələsi başlayıb. Namizədlər bir həftədir iş başındadır. Bu prosesdə bir sıra həmkarlarımız da namizəd kimi işitrak edir.
Cebhe.info media nümayəndələrinin təşviqat kampaniyasının necə keçməsi ilə maraqlanıb.
83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən namizədliyi qeydə alınmış Aqil Abbas seçki prosesinin gedişindən razı olduğunu dedi:
“Seçki prosesi çox demokratik gedir. Bu qədər adam qeydiyyata alınıb. Qeydə alınmayanlarda isə çox ciddi səhvlər olub. Düşünürəm ki, proses demokratik şəkildə də davam edəcək. Mən də seçicilərimlə görüşürəm. Bu günə qədər də seçicilərlə 15 görüş keçirmişəm”.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən qeydə alınmış namizəd, Əməkdar jurnalist Afət Telmanqızı də seçki kampaniyasından razıdır:
“Hazırda aktiv iş prosesindəyik. Seçki qərargahında hər səhər işimizi planlaşdırırıq, axşam isə hər kəs nə iş gördüyü ilə bağlı hesabat verir. Üzərində şəkillərim olan təşviqat materialları artıq əksər məntəqələrdə təyin olunan lövhələrə vurulub. Namizəd olduğum dairənin məntəqəsi çoxdur. Sumqayıtda, Bakıda və kənarda seçki məntəqələri var. İşimizi davam etdiririk. Bir neçə görüş keçirmişəm. Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda görüşlər keçirmişəm, seçicilərin bir-bir qapısına getmişəm. Növbəti görüşümüz Masazır Köçkün Şəhərciyində yerləşən Mədəniyyət Evində olacaq. Hazırda həmin görüşə hazırlıq gedir. İşlərimizi təlimata, qrafikə uyğun olaraq aparırıq. Bir namizəd təbliğat-təşviqat prosesində nə işi görməlidirsə, o işləri görmüşük”.
“Şəkilləri cırırlar, bu mübarizə yolu deyil”
Afət Telmanqızı üzləşdiyi problemlərdən də danışdı:
"Mənqələrdə yerləşən lövhələrə yapışdırdığımız şəkilləri cırırlar. Bu cür problemləri müşahidə edirik. Amma şəkillər cırılsa da, nümayəndələrimiz yeni şəkillər yapışdırır. Bu mübarizə metodu deyil. Mübarizə belə aparılmır. Hər bir rəqibimə hörmətlə yanaşıram. Heç bir rəqibim haqqında da mənfi bir söz dilimə gətirmirəm. Çünki düşünürəm ki, layiq olan, eli-obası üçün iş görə bilər, aktiv olan bir insan seçilsin. Təbii ki, özümü də bu sırada görürəm. Ən böyük problem isə seçicilərdəki inamsızlıqdır. O etimadı qazanmaq lazımdır. Çünki seçicilər görüşlərdə seçkilərə getməyəcəklərini bəyan etdilər. Amma mən görüşlərdə seçiciləri seçkiyə səsləyirəm, onların səsvermə hüququnun olduğunu, seçkilərdə aktiv iştirak etməli olduqlarını deyirəm. O cümlədən, ölkə başçısının apardığı islahatları xatırladır və deyirəm ki, Parlament də bu islahatların tərkib hissəsidir. Hər kəs öz hüququnu bilsin, seçdiyi, güvəndiyi, layiq bildiyi namizədinə səs versin, seçkiyə etimadsızlıq mühiti aradan qaldırılsın. Bu da hər kəsin öz əlindədir. Bu seçkilərdə hər şey fərqli olacaq, hər kəs mübarizə aparacaq. Azad seçkinin keçiriləcəyinə əminəm. Əmin olmasaydım, bu yola çıxmazdım”.
“Qələbə bizimdir”
117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəd, Əməkdar jurnalist Ləman Ələşrəfqızı da deyir ki, seçki prosesi çox yaxşı gedir:
“Mən şəxsən prosesin gedişatından razıyam. Oğuzda artıq təşviqata başlamışıq. İndiyə qədər 10-a yaxın kənddə seçicilərlə görüşlər keçirmişəm. Hər birinin çox ciddi dəstəyini müşahidə edirəm. Qəbələ camaatı da “bizim namizədimiz Ləmandır” deyir. Görüşlərim gözəl keçir, zövq verir, ruh verir. Müəyyən problemlər ola bilər, amma əminəm ki, bu, bizim çıxdığımız yola, Prezidentin açdığı islahatlar cığırına kölgə salmayacaq. Düşünürəm ki, “Bizimkidir Qələbə!”
“Bukletləri qapı-qapı paylayacağıq”
96 saylı Goranboy-Naftalan seçki dairəsindən qeydə alınmış namizəd Əli Həziquliyev isə aktiv təşviqat kampaniyasına fevral ayının əvvəlində başlayacaq:
“Ümumi seçki prosesi çox normal şəkildə gedir. 2005-ci ildən seçkilərdə namizəd oluram. Bu, artıq 4-cü namizədliyimdir. Bir maraqlı, ürəkaçan odur ki, bu seçki ötənlərə nəzərən xeyli aktiv keçirilir. Demək olar ki, YAP-ın və digər partiyaların təmsilçiləri, o cümlədən müstəqil namizədlər çox aktiv şəkildə seçkiyə qoşulublar. Seçki kampaniyasını demək olar ki, bütün yerlərdə namizədlər qapı-qapı düşüb seçicilərlə görüş keçirirlər. Halbuki bu seçkiyə qədər şəxsən namizəd olduğum 96 saylı Goranboy-Naftalan Seçki Dairəsində heç vaxt belə seçki keçirilməmişdi. İndiyə qədər olan namizədlər nə seçicinin ayağına gedirdi, nə də görüşlər keçirirdi. Amma bu seçkilərdə mənzərə fərqlidir. Görünür, bu da Prezidentin gəncliyə üstünlük verməsi ilə bağlı mesajlarından irəli gəlir. Eyni zamanda, insanlara ruh verib. Bizdə də artıq 17 yanvardan etibarən plakatlar yapışdırıldı. Açığı, bizim qapı-qapı düşüb seçicilərlə görüşməyə imkanımız yoxdur. Bu da inzibati resurslardan asılıdır. Bukletlər hazırlamışıq və orada bizim seçki platformamız əks olunub. Biz həmin bukletləri qapı-qapı paylayacağıq. Prosesi isə fevral ayının əvvəlinə saxlamışıq. Fevral ayının əvvəlindən aktiv seçki kampaniyamıza başlayacağıq”.
“Ciddi pozuntularda söhbət belə gedə bilməz”
45 saylı Abşeron seçki dairəsindən qeydə alınmış namizəd, jurnalist Ceyhun Musaoğlu da seçki prosesindən tam olaraq razı qaldığını deyib:
“Bütün sorğularda favorit namizəd kimi demək istəyirəm ki, ötən seçkilərin hamısından fərqli, demokratik, şəffaf bir mühitin içinə düşmüşük. Bildiyiniz kimi mənim namizədliyin DSK tərəfindən qeydə alınmamışdı. Əslində burada mənim tərəfimdən qanunsuzluq olmamışdı. Sadəcə olaraq, mən vacib olan iki sənədi təqdim etməmişdim. Onlar da mənə xəbərdar etməmişdi. Arada belə bir anlaşılmazlıq yaranmışdı. Çünki o sənədlərin təqdim olunması vacib idi. Həmin sənədlərdən biri mən layihədən 1 il 4 ay maaş almışam onu, bir də sıfır hesabatım var idi, seçki hesabında onu göstərməmişdim. Sonra mən MSK-ya müraciət etdim və anlaşılmazlıq aradan qalxdı və namizədliyim qeydə alındı. MSK-da o qədər mədəni, gözəl mühitlə qarşılaşdım. Başda sədr Məzahir Pənahov olmaqla hər kəs orada seçkilərin demokratik şəraitdə keçirilməsi üçün əllərindən gələni edirlər. Hazırda da proses davam edir. Şəxsən namizəd olduğum dairədə heç bir problemlə qarşılaşmamışam. Hətta jurnalist olduğum üçün digər dairələrlə maraqlanıram. Digər dairələrdə də ciddi pozuntularda söhbət belə gedə bilməz. Ona görə də çox sevinirəm ki, islahatlar naminə başladığımız bu proses demokratikdir və gələcəyə ümid yaradır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-01-2020, 09:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-01-2020, 09:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16