Sabirabadda dializ xəstələri kütləvi zəhərlənib - AĞIR İDDİA
Dünən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının dializ şöbəsində dializ alan xəstələr kütləvi zəhərlənib. AYNA-ya bu barədə Saatlı rayon sakini Vüqar Ağakişiyev məlumat verib.
“Mən 8 ildir dializ xəstələrini evlərindən xəstəxanaya aparıb-gətirirəm. Əvvəllər Saatlıdan Şirvana aparırdım, indi isə Sabirabad Rayon Xəstəxanasına aparıb-gətirirəm. Bu gün də səhər saat 8:00-da xəstəxanaya apardım. Saat 12:00-da geri qaytaranda vəziyyətləri yaxşı deyildi. Sonra evdə daha da ağırlaşıblar və qohumları xətəxanaya aparıb. Hazırda xəstələr Sabirabad Rayon Xəstəxanasının reanimasiya şöbəsindədirlər”,- deyə o bildirib.
Xəbəri hazırda Sabirabad Rayon Mərkəzi Xəstəxanasında olan dializ xəstələrinin yaxınları da təsdiq etdilər. Dializ xəstəsi Əlmədət Ağayevin qardaşı Səbuhi Ağayev AYNA-ya açıqlamasında bildirdi ki, zəhərlənmiş xəstələrə hələ də tibbi yardım göstərilir: “Xəstələr dializdən çıxıb evə gediblər, evdə vəziyyətləri ağırlaşıb. Qardaşım həftədə 3 dəfə dializə gəlir, bu gün dializdən qayıdandan sonra əsmə, üşütmə başladı, bədəni ağac kimi qurudu, sanki ölüsünü götürüb xəstəxanaya gətirmişik. Saat 1-dən burdayıq, reanimasiyada dəva-dərman edirlər, sistem köçürürlər”.
S.Ağayevin sözlərinə görə, zəhərlənmənin səbəbi və ya səbəbləri barədə məlumatsızdırlar: “Bizə deyilənə görə, hələ həkimlər özləri də zəhərlənmənin hansı səbəbdən baş verdiyini bilmirlər, guya araşdırırlar. Dializ həkiminin özü də xəstəxanadadır, amma heç nə demir. Ümumiyyətlə xəstələrin vəziyyəti barədə məlumatsızıq. Həkimlər dəqiq bir söz demir, elə deyirlər ki, “gözləyin, yaxşı olacaq””.
S.Ağayev onu da qeyd edib ki, hazırda reanimasiyada qardaşı ilə eyni vaxtda zəhərlənmiş dörd xəstə var.
AYNA hadisə ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasından məlumat almağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə hadisə barədə arşadırma apararaq ətraflı məlumat verəcəklərini bildirdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-01-2020, 09:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-01-2020, 09:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09