Yol çəkmək adı ilə olan-qalan yolları da dağıdırlar... - GİLEY
Zərdab rayon Çallı kənd sakini Məmmədov Mehman Məhəmməd oğlu tərəfindən AAYDA rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Hörmətli cənab Saleh Məmmədov. Sizə etdiyim müraciətimin əsas məqsədi ondan ibarətdir ki, hörmətli cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə Ucar-Zərdab-Ağcabədi magistral yolunun əsaslı təmiri ilə əlaqədar sizin Səhmdar Cəmiyyətinizə pul vəsaiti ayrılmışdır. Amma sizin Cəmiyyətin MAC markalı yük maşınları bizim Çallı kənd kəndarası yolları bərbad və yararsız günə salmışdır. Belə ki,mən öz şəxsi əmək haqqı maaşımla öz küçəmizin daşlanması üçün xərclər çəkmişəm. Mənim evim qəza vəziyyətində olduğu üçün öz küçəmizin daşlanmasını özüm etdirmişəm ki, yağan yağış və qar suları mənim həyətimə axmasın və evim uçmasın. Hal-hazırda mənim evim FHN-də qəzalı ev kimi siyahıdadır.Həmin MAC markalı yük maşınları mənim küçəmi pis günə salmışdır. Bütün bunlarla əlaqədar aidiyyatı qurumlara məlumat versəm də heç bir tədbir görülməyibdir. Sonra mən yola nəzarət edən vəzifəsini və soyadını bilmədiyim Mübariz adlı şəxsə məlumat versəm də həmin Mübariz bu işin ona aid olmadığını mənə bildirdi. Mən ona bütün bu olanlarla əlaqədar sizə müraciət edəcəyimi dedikdə o mənə kimə istəyirsən de mənlik deyil cavabını vermişdir. Hörmətli Saleh müəllim. Sizdən xahiş edirəm mənim sizə etdiyim müraciətimi şəxsi nəzarətə götürüb mənə dəyən ziyanın ödənilməsi ilə əlaqədar mənə köməklik edəsiniz və MAC markalı yük maşınları sayəsində əlavə Bizneslə məşğul olanlar barəsində ciddi tədbirlər görəsiniz. Əks təqdirdə Zərdab rayon Çallı kəndində baş verən haqsızlıqlarla və yol tikinti ilərində işləyən rəhbər məmur özbaşınalıqları barədə ölkə Prezidentimiz İlham Əliyevə və Birinci Vitse-Prezidenti Xanım Mehriban Əliyevaya mətbuat vasitəsilə müraciətlər edəcəyəm. Cavabınızı gözləyirəm".
Paylaş:
Müəllif : Yazar
Tarix:28-01-2020, 11:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-01-2020, 11:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01