Sabiq deputat Rəfael Cəbrayılov həbsə gedir - GƏLİŞMƏ
2019-cu ilin ən qalmaqallı olaylarından biri də Rafael Cəbrayılovun deputat mandatını lombarda girov qoyub faizlə külli miqdarda pul götürməsi oldu. Bu məsələ ictimailəşəndən sonra Rəfael Cəbrayılovun mandat ləğv olundu. Sonradan məsələ səngidi, şikayətçilər mətbuatdan gen gəzməyə başladılar.
Yenisabah.az bunun səbəbi haqda maraqlı məlumat paylaşıb. Belə aydın olur ki, həmin günlərdə Rəfael Cəbrayılov ondan şikayətçi olan şəxslərlə görüşüb, pullarını qaytaracağına söz verib. Amma yenə də vədini tuta bilməyib. Sayt yazır ki, onun borclu olduğu vətəndaşlar baş prokuror Zakir Qaralova və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.
Altı nəfərin imzaladığı müraciətdə Rafael Cəbrayılovun müxtəlif bəhanələrlə borcunu qaytarmadığı bildirilir. Məlumatda deyilir ki, borc sahibləri Rafael Cəbrayılovun mandatı ləğv ediləndən sonra baş prokurora müraciət etmək istəyiblər. Lakin keçmiş deputat onlarla görüşərək tezliklə borcu qaytaracağını bildirərək müraciətin qarşısını alıb. Borc sahibləri bir müddət gözlədikdən sonra Rafael Cəbrayılovla əlaqə saxlayaraq verdiyi vədi ona xatırladıblar. Keçmiş deputat bu dəfə bildirib ki, borcunu qaytarmaq üçün villasını satışa çıxarıb. Aylar keçsə də, villa satılmayıb. Bu dəfə Rəfael Cəbrayılov qardaşı Elşən Cəbrayılovu önə verərək borc sahiblərinə məhz ondan şikayətçi olmağı təklif edib. Keçmiş deputat bildirib ki, əslində pulları qardaşı götürərək xaricdə özünə biznes qurub. Borc sahibləri isə Rəfael Cəbrayılovun təklifini qəbul etməyiblər. Bu halda keçmiş deputat onlardan bir qədər də möhlət istəyib. Beləliklə, Rəfael Cəbrayılovun bir neçə dəfə verdiyi sözü tutmadığını görə borc sahiblərinin səbir kasası daşıb və nəhayət, onlar baş prokurora müraciət ünvanlayıblar.
Borc sahiblərinin fikrincə, bu müraciətdən sonra Rəfael Cəbrayılov onların pulunu ya qaytaracaq, əks təqdirdə isə dələduzluq ittihamı ilə həbs ediləcək. Qeyd edək ki, Rəfael Cəbrayılovun mandatdan imtina etməsi barədə Milli Məclisə müraciətindən sonra onun cinayət məsuliyyətinə cəlb oluna biləcəyi haqqında ehtimallar səsləndirilməyə başlanıb. Baş prokuror Zakir Qaralovun bu məsələ barədə jurnalistlərə açıqlaması isə ehtimalları bir qədər də möhkəmləndirmişdi.
Zakir Qaralov demişdi ki, əgər məhkəmə baxışında Rəfael Cəbrayılov tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, onun barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. “Bundan sonra biz həmin araşdırmaları aparacağıq”, - deyə baş prokuror əlavə etmişdi.
Yenicag.az Rəfael Cəbrayılova külli miqdarda borc vermiş şəxslərin haqqında da ötən ilin sentyabrında “300 minin gerçək sahibi üzə çıxdı - ”Hərbi vətənpərvər" Tofiq Salmanov və “Hacı xanım”ın şok sərgüzəştləri..." sərlövhəli yazı yayınlamışdı.
Yazıdan sitat: “Həmin pulların əslində Xatirə Nəcəfovaya aid olmadığını ortaya qoyulub. Belə ki, universitet müəlliməsi bu məsələdə, sadəcə, ”vitrin" funksiyasını oynayır. Əslində isə pulu verən də, pulun sahibi də özlərini kölgədə saxlamaq üçün onu irəli sürüblər. Belə ki, deputatın qardaşı Elşən Cəbrayılov borc pulu illərdən bəri əməkdaşlıq etdikləri, daha böyük məbləğlərdə pul alıb qaytardıqları, özünü “Hacı xanım” adlandıran həkim ginekoloq Təranə Fətəliyevadan götürüb. Bu isə yuxarıda qeyd etdiyimiz kimi, ilk iş olmayıb. Elşən Cəbrayılovla Fətəliyevanın uzun müddətdən bəri biznes əlaqələri (faizlə pul alış-verişi) olub. Sadəcə, devalvasiyadan sonra Elşən Cəbrayılov ilə Fətəliyeva arasında ödəmələrə görə narazılıq yaranıb və bu da sonucda millət vəkilinin başında çatlayıb. Pulun əsl sahibinə gəlincə, özünü kölgədə saxlamağı bacaran şəxs Tofiq Salmanovdur. Onun kimliyi də çox maraqlıdır. Belə ki, T.Salmanov uzun müddətdən bəri Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) adlanan, hazırda isə adı dəyişdirilərək publik şəxs olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin direktor müavinidir".
Sayt yazırdı ki, T.Fətəliyevanın bu barədə borclularla təhdidvari danışıqlarında da T.Salmanovun adı əsl pul sahibi kimi çəkilir: “Faizlər və əsas məbləğlə bağlı borclulara verdiyi kağızlar da bir daha göstərir ki, sərvətin əsl sahibi Tofiq Salmanovdur. Onun əvvəlki və yeni sədrinin pullarını da belə ”sələmçilik"lə dövriyyəyə buraxdığı iddia edilir. Onun bu işlərinin icraçısı isə hər zaman bu “Haci xanım” olub. Maraqlıdır ki, borc sahibləri ilə dialoqları zamanı T.Salmanovun ailə üzvləri də bunu təsdiq ediblər. O cümlədən borca qarşılıq olaraq, Elşən Cəbrayılovun Təranə Fətəliyevaya və Tofiq Salmanova mənzillər verməsi barədə sənədlər də mövcuddur".
Tanınmış hüquqşünas İradə Cavadova bildirib ki, Rəfael Cəbrayılovun əməli cinayət məsuliyyəti yaradır. “Burada, Cinayət Məcəlləsinin 178-ci maddəsində göstərilən dələduzluq əməli var. Çünki zərərçəkənlər deyir ki, pul ona borc kimi deyil, mənzil almaq üçün verilib. Lakin 5 il müddətində nə mənzili, nə də verdikləri pulu ala biliblər. Bu, artıq dələduzluqdur. Tikinti sektorunda belə hallar çoxdur və hüquq-mühafizə orqanları buna qarşı mübarizə aparır. Hətta buna görə həbs olunan iş adamları var”,- deyə İradə Cavadova vurğulayıb. Hüquqşünas qeyd edib ki, bu məsələyə mülki qaydada baxılması və Rəfael Cəbrayılovun vətəndaşlardan külli miqdarda pul alması məhkəmə qətnaməsi ilə təsdiqlənib: “Bu qətnamə pulun qaytarılması barədədir. İşə mülki qaydada baxılması o demək deyil ki, növbəti mərhələdə cinayət işi başlanmaya bilər. Xeyr. Əslində həmin qətnamə cinayət işi başlanması üçün ciddi əsasdır”. İradə Cavadovanın sözlərinə görə, Rəfael Cəbrayılovun pulu qaytaracağını bəyan etməsi də onu cinayət məsuliyyətindən azad etmir. “Rəfael Cəbrayılovun əməli ağır cinayətdir. Burada külli miqdardan, təkrarçılıqdan söhbət gedir. Əgər bu məsələ ədalətlə araşdırılacaqsa, o zaman Rəfael Cəbrayılov 178-ci maddənin məhz ağır hissəsi ilə təqsirləndirilməlidir. Onun pulu qaytarması isə yüngülləşdirici hal kimi qiymətləndirilə və cəzası azaldıla bilər”, - deyə vəkil bildirib. Rəfael Cəbrayılov bir neçə vətəndaşdan külli miqdarda pul alıb. Zərərçəkənlər deyir ki, pul faktiki olaraq ona məxsus tikinti şirkətindən mənzil alınması üçün verilib. Lakin sonradan zərərçəkənlər aldadıldıqlarını anlayıb məhkəməyə müraciət ediblər. Rəfael Cəbrayılov pulu qaytaracağına zəmanət kimi isə III və IV çağırış Milli Məclisin vəsiqələrini girov qoyub. Rəfael Cəbrayılov isə mətbuat konfransı keçirib deputat vəsiqəsini nümayiş etdirərək girov məsələsinin yalan olduğunu iddia edib. Məhkəmə qətnaməsində onun deputat vəsiqələrinin girov qoyması faktının əks olunması Rəfael Cəbrayılovun bu məsələdə səmimi olmadığını göstərir. Aldadılan vətəndaşların artıq deputat toxunulmazlığı olmayan Rəfael Cəbrayılovdan şikayətləri sonuncunun həbsi ilə nəticələnə biləcəyi də istisna edilmir.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:29-01-2020, 09:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-01-2020, 09:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
20-11-2024, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
20-11-2024, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20-11-2024, 11:20